Bir sıra tanınmış dünya xəbər portalları – İrlandiyanın “Medium.com”, Rumıniyanın “News24hours.ro”, Səudiyyə Ərəbistanının “Alebaallc.com”, Türkiyənin “Dibace.net”, Əlcəzairin “Alharir.info”, El Salvadorun “Reflexiones Internacionales”, İraqın “Afkarhura.com”, “Ashurnews.com” və “Mustaqila.com”,Mərakeşin “News International”, Gürcüstanın “İverioni” saytları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin  ölkədə elan olunmuş “Şuşa ili”nə töhfə olaraq müxtəlif dillərdə hazırladığı “Şuşa musiqi ocağının dahi yetirməsi” məqaləsinin yayınına başlayıb.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən məqalənin müəllifi – tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, ərəb dilinə tərcümə müəllifi – Mərkəzin ərəb dili mütəxəssisi Fərid Camalov, rumın dilinə tərcümə müəllifi – Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, tanınmış rumın tərcüməçisi Jozefina Blazsani-Batto, türk dilinə tərcümə müəllifi – Mərkəzin türk dili mütəxəssisi Kəmalə Ələkbərova, ingilis dilinə tərcümə müəllifi – Mərkəzin ingilis dili mütəxəssisi Məryəm Səmədova, ispan dilinə tərcümə müəllifi – Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyevagürcü dilinə tərcümə müəllifi - Mərkəzin gürcü dili mütəxəssisi İmir Məmmədlidir.