Sevimli şairimiz Qasım Qasımzadə ilə əmim professor Mədəd Allahverdiyev haqqında mənim bir neçə xatirələrim var.

Yadımdadır, Sovet hökumətinin asıb -kəsən vaxtları idi. Əmimgildə idim. Əmim dedi ki , bağa- Bilgəyə gedirəm, səni də aparıram. gedək, maşın gəlməlidir. Həmin ərəfədə telefon zəng etdi.Danışdıqdan sonra dedi ki, zəng edən Qasımdır , Onu da razılaşdırdım, birlikdə bağa gedirik. Yolda görüşəndə bildim ki, şairimiz Qasım Qasımzadədir. Bağda bir balaca gəzdikdən sonra Maştağa bazarından aldıqları əti manqalda bişirib süfrə arxasına oturdular. Guya. mən xidmət edirdim . Əslində isə özləri hər şeyi etdilər. Müxtəlif mövzularda maraqlı söhbət etdilər. Birdən nə isə mövzu Qasımzadənin övladlarından hansının sa " Nİk " adlı itə şeir yazmasından Və hansısa mətbuatda çap etdirməsindən söhbət etməyə başladılar. Mən təqribən anladım ki, həmin şeirdə Qasımzadənin oğlu " Qalasan andıra Nİk " deyərək qonşunun itini Ermənilərin tayqulaq Andranikinə bənzədib. Bu da Bakı ermənilərinin hiddətinə səbəb olub. Əmim hiss etdim ki, Qasımzadəyə deyir ki,oğluna tapşır ehtiyatlı olsun. Bir neçə dəfə əmim təkrar etdi. Birdən Qasımzadə əsəbləşərək ,Neyniyim ,Mədəd, cavandı, məndən xəbərsiz yazıb, dedi . Sonra isə yaxşı, Mədəd, O, cavandı, bəs sən niyə BAM tikintisi ilə əlaqadar Maskvada iqtisadi müzakirə vaxtı Aqanbekyanı vurdun.Əmim dedi, əsəblərimi ələ ala bilmədim.Yaxşı əsəblərini ələ ala bilmədin, bəs Azərbaycan Qosplanın iqtisadiyyat inistutunda direktor vaxtı hesblama apararaq Abalkinə (SSRİ nin baş iqtisadçısı idi) SSRİ - nin iqtisadiyyatının 90 -cı ilə kimi tamamilə çökəcəyini bəyan edəndə də əsəbi idin. Niyə dedin? Sən də cavansan ? Niyə?, Niyə? Q. Qasımzadə bunu bir neçə dəfə təkrar edəndən sonra sakitləşdi və qayıtdı ki, Mədəd, vallah, bunların hamısı Qubadlılıqdan, o Ağa çayının suyundandı. Oğlum şeir yazır, çap etdirir,sən narahat olursan. Sən Aqanbekyanı Maskvada vurursan,SSRİ -nin həqiqətən iqtisadiyyatının çökəcəyini Abalkinə deyirsən. mən narahat oluram. Qanımızdadır da biz Qubadlılar beliyik ağına- bozuna baxmırıq. ( Təəssüf ki o şeirdən mənim xəbərim ovaxt da yox idi , İndi də bilmirəm,elə bir şeir olub, yoxsa yox. Və ya elə bir şeir çap edilibmi? Və edilibsə, hansı qazetdə . Hacı, hər halda Sənin məlumatın olar. Maraqlıdır. Belə bir şeir Sovetlər dövründə yazılıb , çapedilibsə.) 2 -ci dəfə mənım şairimizi görmək Dəmirçilərdə qismət oldu.Qarabağ hadisələri başlayan zaman əmim, Q. Qasımzadə və 12 nəfərə qədər diğər qonaqlar Bakıdan Qubadlıya gəlmişdilər. Təbliğt təşviqat aparmaq üçün. Əmim onların hamısını gətirmişdi bizim kəndə Səngər deyilən yer var oranı göstərmək üçün .Həmin yer sıldırım qayalıqların ən yuxarı hissəsində 70 -dən artıq heç bir yapışdırıcı materialdan istifadə edilmədən tikilmiş ardıcıl otaq divarlarının qalıqları idi. Əmim istəyirdi ki həmin yeri onlara göstərsin. Oranı əmim iddia edirdi ki Koroğlunun Çənli belidir. Əfsuslar olsun ki həmin yerə əmimlə Q.Qasımzadədən başqa heç biri çıxa bilmədi.Zarafatlaşırdılar ki, Siz hər ikiniz dağ adamısınız , bizlik deyil. Ordan da rayona qayıtdılar. Əmimə dedilər ki bu gün rayonda olmalıdırlar. Sabah Mədəd müəllim gildə obed etməyi planlaşdırdılar. Axşam Əmimlə Şairimiz birlikdə ikisi gəldı bizdə axşam yeməyi yedilər.

Aslan Allahverdiyev,

Qubadlı rayonu, Dəmirçilər kəndi,

ARDNŞ-in mühəndisi