Qafqazda Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, bu məqsədlə ermənilərin indiki İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi I Pyotrun 1724-cü il 10 noyabr tarixli fərmanı ilə rəsmiləşdirilmişdi. Bu fərmana görə, ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynamalı idi. Bu əmr Rusiyanın Qafqazdakı hərbi uğursuzluqları səbəbindən bir əsr müddətə donduruldu.
Qacarlar İranı ilə Osmanlı İmperiyasının ruslara məğlubiyyəti və 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin nəticəsi olaraq, əvvəlcə 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar, əsasən, Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.
Rusiya İmperiyasının İrandakı səfiri, şair Aleksandr Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər ... onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar". A.S.Qriboyedov səfir iqamətgahında qətlə yetirilən günədək rus ordusunun tutduğu rayonlardan – Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürülməsinə şəxsən rəhbərlik etmişdir.
Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. Bununla bağlı arxivlərdə ardıcıl araşdırmalar aparmış XIX-XX əsr Qafqaz tarixinin ən yaxşı tədqiqatçılarından olan amerikalı alim Castin Makkarti Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında yazırdı: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir…Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş, yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər. 1877-1878-ci illər müharibəsində, ruslar Qars–Ərdəhan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70 000 erməni məskunlaşdırmışdılar…….1895-1896-cı illərin hadisələrində isə təxminən 60 000 erməni Qafqazda məskun edilmişdir…..birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400 000 erməni Qafqazın 400 000 müsəlman əhalisinə dəyişdirilmişdir.”
Amerikalı alimin hesablamalarına görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüş, Azərbaycan torpaqlarında, xüsusən Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başlamışdı.
Erməni yazıçısı, separatizm və terrorun əsas ideoloqlarından olan Zori Balayan etiraf etmişdir: "Onun (İrəvanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi İrəvanlı erməni yoxdur". Akademik A. İ. İonisian yazır ki, "İrəvan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir".
Nikolay Şavrov yazırdı: “1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənisi köçürmüş və onları Yelizavetpol, Qarabağ və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi... 124 min rəsmi köçürülən erməni ilə yanaşı, qeyri-rəsmi köçən ermənilərin sayı 200 mindən artıqdır... Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb”.
1823-cü il məlumatına görə Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişdi. Artıq 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. 1897-ci ildə rusların həyata keçirdiyi siyahıyaalmaya görə, Cənubi Qafqazda cəmi 900 min erməninin yaşadığı göstərilir. 1911-ci ilin rəsmi məlumatına görə isə, ermənilərin Qafqazdaki sayı artıq 1,3 milyona çatmışdı. Təqribən 13-14 il ərzində 400 minə (45%) qədər çoxalan ermənilər Cənubi Qafqazdakı çar hakimiyyətinin dayağına çevrilmişdilər. Bunun nəticəsi olaraq onlar Rusiya Dumasında təmsil olunmaq haqqı qazandılar. Artıq ermənilər Cənubi Qafqazın “müqəddəratını təyin edən” üç xalqdan biri idilər.
Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni vilayəti" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək “İrəvan quberniyası” qoyulmuşdur.
Ərazilərinin gunişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri (daha dəqiq desək Qarabağ regionu) ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qriqoryanlaşdırılması, erməniləşdirilməsi prosesi başlandı.
Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə keşmiş Mardakert / Ağdərə rayonunun (indiki Tərtər rayonunda) Marağaşen (indiki Şıxarx) kəndində xüsusi abidə qoymuşdular.
Ermənilərin Azərbaycana gəlmə olduğu, XIX əsrə qədər burada məskunlaşdığı yazılan, erməni kimi göstərilənlərin isə alban əsilli olduğu, sonralar xristianlaşdığı barədə təkzibolunmaz dəlillər vardır. Məşhur rus tarixçisi İ.P.Petruşevskiyə görə, "Qarabağ heç bir zaman erməni mədəni mərkəzlərinə mənsub olmamışdır." O, yazır ki, erməni kilsəsi Albaniyada "Ölkəni erməniləşdirmək aləti olmuşdur."
Erməni tarixçisi B. İşxanyan yazırdı: "Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir".
I Şah Abbas dövründə Qarabağda yaratdığı kiçik inzibati idarə sistemi olan məlikliklər (Xəmsə məliklikləri) Şimali Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın ruslar tərəfindən tutulmasında dəridən-qabıqdan çıxırdılar. Belə ki, 1729-cu ilin fevralında məliklər II Pyotra yazırdılar: "Sizin ayaqlarınızın altına yıxılırıq…əl tutun."
Yalan uydurmaqda ermənilərin mahir olması söz yoxdur ki, onların genlərindən irəli gələn hal idi. Məsələn, 1790-cı ildə onlar "Yekaterinaya yazmışdılar ki, təkcə Şamaxı ətrafında 17 min silahlı erməni var. Halbuki 1811-ci ildə Şamaxı xanlığında olan 24 000 ailənin yalnız 1500-ü erməni ailəsi idi.
Əgər 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdisə, çarizmin XIX əsrin birinci yarısında kütləvi köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8%-ə endi, ermənilərin faizi isə 34,8%-ə qalxdı.
Beləliklə də XX əsr boyu ermənilərin azərbaycanlılara qarşı 1905-1906, 1917-1920, 1948-1956, 1988-1994 və nəhayət 2020-ci ilin 27 sentyabrından başlanan qətliam, etnik təmizləmə, deportasiya siyasəti çar Rusiyası tərəfindən işlənib hazırlanmış ssenarinin məntiq nəticəsidir.