ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ

XƏBƏRLƏR

"Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Laçın dəhlizinə hərbi nəzarət tamamilə Azərbaycan silahlı qüvvələrinə keçməlidir

Empty
  • Çap
  • E-mail

13 sentyabr 2022-ci il tarixdə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Bəyanat yaymışdır. Bəyanatda deyilir:

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 12 sentyabr 2022-ci il tarixdə gecə saatlarında başlayaraq atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə Laçın, Kəlbəcər, Daşkəsən rayonları istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması,  nəticədə əsgər və zabitlərimiz şəhid olduğu barədə məlumat yaymışdır.

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi təcavüzkarları lənətləyir, şəhid hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir, başın sağ olsun, Vətən!

Birliyin İdarə Heyəti və Ağsaqqallar Şurası bununla bağlı Azərbaycan Ordusunun ölkəmizin sərhədləri daxilində bir sıra hərbi-strateji əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsini, Milli Ordumuzun qətiyyətli cavab tədbirlərini dəstəkləyir, Azərbaycan ərazilərində qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoymaq, Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisində Azərbaycanın hərbi-siyasi nəzarətini təmin etmək üçün apardığı anti-terror əməliyyatlarını dəstəkləyir.

Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanından belə halların qarşısının birdəfəlik alınması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmini, iki dövlət arasında etibarlı sülhün bərqərar olması, keçmiş məcburi köçkün əhalinin doğma yurdlarına qayıdıb təhlükəsiz yaşaması üçün birinci addım olaraq, Laçın dəhlizinə hərbi nəzarətin tamamilə rus sülhməramlılarından alınıb Azərbaycan silahlı qüvvələrinin, ilk növbədə sərhəd qoşunlarının ixtiyarına verilməsinin tam reallaşmasını gözləyirik, bu taleyüklü şərəfli missiyanın yaxın zamanlarda gerçəkləşəcəyinə ümid edirik. 

Zəfərlər səninlə olsun, Azərbaycan Ordusu! 

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından

 Sədr                             Hacı Nərimanoğlu

13.09.22

Baxış sayı: 660
  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin
Bütün hüquqlar qorunur © 2022 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert