GİRİŞ
Tarix boyu uzun zamanlar Azərbaycan adıyla tanınmış ölkə XX-nci yüzillikdən bəri başqa adlar’la, o cümlədən Rus Azərbaycanı, SSRİ Azərbaycanı, İran, SSRİ, İraq Türkmənləri, Azəri kimi qondarma kimliklər’lə tanıtdırılmağa başladı.
Türk ulusunun böyük bir parçasını öz türk kimliġindən sıyırıb başqa qondarma kimliklər vermək böyük Oğuz eli ilə Türk xalqını aradan aparmaq stratejisinin bir parçasıydı. Bu siyasətin Azərbaycan ulusuna vurduğu ən böyük, ən acı zərbə 1813-dəki Gülüstan ilə 1828-dəki Türkmənçay bağlaşmaları oldu. Bu başğlaşmaların son yolqası (hədəfi) yalnız coğrafi ayrılıq dəġildi. Təməl yolqası Azərbaycan Türk ulusunu öz milli kimliġindən ayrı salıb özgələşdirmək, manqurtlaşdırmaq və sümürgəçilərin siyasətlərinin uğrunda çalışan qullara çevirmək idi. Bu gün bu ayrılmış torpaqlarda yaşayan Azərbaycan Türklərinin yeni nəsli ana dildə təhsildən məhrum olduqlarına görə bir azı başqa dillərdə danışıb öz doğma kimliklərindən xəbərsiz böyüsələr də, damarlarında Türk qanı daşıyırlar. Onları öz gərçək kimlik, tarix, ədəbiyyat, hünər (incəsənət), uyqarlıq (mədəniyyət)ləri ilə tanış etdirib uluscul (milli) kimliklərini qaytarmaq qələm əhlinin insanlıq borcu dır. Bu nədən’lə, günümüzdə tarixi sənədlər kimi işlənən tarixi mətnləri araşdırıb Azərbaycanın tarixi coğrafiyası ilə uluscul kimliġini oxuculara çatdırmaq üçün bu qələm əldəki məqaləni təqdim edir.
ARAŞDIRMALAR
Azərbaycan adına işarə edən ən əski mətnlərdən biri 656-661 illərində xilafət edən İslamın dördüncü xəlifəsi, Hz. Məhəmmədin əmoğlusu və kürəkəni, Əli ibni Əbitalibin Nəhjülbəlağə kitabı dır. Ən adlım məktublarının birində ərəbicə “و من کتاب لهُ علیهِ السلام الی الاشعث بن قیس و هو عامل آذربٰیجان”[1] ünvanlanmış məktub o vaxt Xəlifə tərəfindən Azərbaycanın valisi təyin olunmuş Qeys ibni Əşəsə yazılmış məktubda Hz. Əli əslində bütün tarix boyu valilərə hökümət dərsi verir. Bu məqalədə önəmli olan bu məktubun tarixi və ünvanı dır. İslam dövlətinin rəsmi sərəncamı (hökmü) olaraq Azərbaycanın valisinə yazılmış bu məktubun yazılma tarixi 1366 il bundan qabağa qayıdır. İslam Azərbaycana yayılmaqdan sonra da Azərbaycanın coğrafi bütövlüġü özünə olan sınırlarıyla birlikdə rəsmiyyətə tanınması gün kimi bir gərçək olduğu bu məktubda özünü aydıncasına görsədir. Baxmayaraq, İslam xilafətinin siyasi-dini quruluşu ilə təyin olunmuş bir vali ilə idarə olunurdu.
İkinci ən əski kitab yüksək rütbəli bir fars məmuru və coğrafiyaçısının yazıdığı bir coğrafiya kitabı dır. Yazarı Abbasilər xəlifəliġi vaxtında yaşayan Əbilqasım Übeydullah ibni Abdullah ibni Xurdadbeh (820/825-913) dir. 870 hüdudunda ibni Xurdadbeh “əl-Məsalik vəl-Məmalik” kitabını yazır, 885-də isə ikinci dəfə bu kitab yayılır. İbni Xurdadbeh kitabında Abbasilər xilafətində birləşdirilən ayrı-ayrı xalqlar’la əyalətlərdən yazır. Xəritələri ilə birlikdə kitab həm də Güney Asiyanın Brahmaputra, Andaman adaları, Malaziya ilə Cavaya qədər uzanan torpaqların, xalqların, mədəniyyətlərindən yazır. Tanq Çin, Birləşmiş Sila (Korea) və Yaponiyanı da öz kitabında gətirib. O habelə Vikinqlərin günçıxana yönəlmış alverindən yazan ilk müsəlman yazarlardan biri dir: “Qara dəniz ilə Xəzərdə Rus adlanan alverçilər mallarını dəvələr ilə Bağdadacan gətirirlər.”
İbni Xurdadbeh hər xalq öz şahını necə adlandırdığını yazaraq 224 miladi ilində Sasanilər emperatorluğunu quran Ərdəşir I-in (180–242) şah kimi təsdiq etdiġi şahların adını yazır. Ərdəşirin təsdiq etdiġi Azərbaycan şahlarının adı bunlar dır: “Azərbazqan şah/آذرباذگان شاه”, “Allan şah/آللان شاه”, “Baraşkan şah/باراشکان شاه”, “Hidivan şah/هیندیوان شاه”, “Kaplan (Qaflan) şah/کاپلان شاه” və “Şiran şah/شیران شاه”.[2] Sasanilərin təsdiq etdiġi Azərbaycan şahlarının Sasanilərdən də qabaq dövrlərdə olan varlığı Azərbaycanın İslamdan qabaqkı dövrdə bağımsız bir ölkə olduğunun tarixi sənədi dir.
Sonra ibni Xurdadbeh Azərbaycanın bəzi adlım şəhərlərindən ad aparır: Təbriz, Ərdəbil, Urmiyə, Zənqan, Xoy, Marağa, Salmas, Mərənd, Vərziqan, Beyləqan, Şirvan, Bərdə, Qəbələ, Naxçıvan, Bəz və Dərbənd. Eyni halda Tiflis, Xalat, Erciş kimi bəzi şəhərləri də erməni şəhəri kimi görsədir (göstərir).[3]
Üçüncü ən əski mətnlərdən biri də 839-da Təbəristan, Amol şəhərində dünyaya gəlmiş, 923-də Bağdadda dünyasını dəġişmiş Əbu Cəfər Məhəmməd ibn-i Cərir ət-Təbəri, Qurana yorum (təfsir) və qədim İslam tarixini yazan böyük İslam düşünəri dir. Onun yazdıqları yalnız bunlar dəġil. Eyni halda dünya tarixi, şer, sözlük, dil qaydaları, əxlaqiyyat, riyaziyyat, və tibb əsərləri də yazmış bir bilgə dir. Ən adlım əsəri “Təfsir ət-Təbəri” bir də “Tarix ət-Təbəri” adıyla tanılan “Peyğəmbərlər ilə şahlar tarixi” kitabları dır. O 2260 səfhəlik “Tarix ət-Təbəri” kitabında İslam ordusunun Azərbaycanı tutması tarixini belə yazır:
“Deyir: Nəim ikinci dəfə Həmədanı alıb Vac Rud tərəfindən Rey şəhərinə gedəndə (İslamın birinci xəlifəsi) Ömər Ona məktub yazıb Azərbaycanı almaq üçün Səmmak ibn-i Xərəşəni Bükeyr ibn-i Abdullanın köməġinə yollasın. O Reyin qapılarını açanacan bu işi gecikdirir , sonra Səmmak Azərbaycana yola düşür. Səmmak ibn-i Xərəşə ilə Ətəbə-t ibn-i Fərqəd ərəblərin varlılarından idilər və Kufəyə varlı gəlmişdilər. Bükeyri yola saldıqdan sonra Cormizanda Vac Ruddan gəlmiş Fərruxzadın oğlu İsfəndiyar ilə yolları kəsişir. Bu onun Azərbaycanda birinci savaşı idi. Onlar savaşdılar, Allah İsfəndiyarın ordusunu enik saldı, Bükeyr də İsfəndiyarı əsir tutdu. İsfəndiyar ona dedi: “Barışmağımı daha çox istəyirsən, yoxsa savaşmağı?” Bükeyr isə “Barışmağı” dedi. İsfəndiyar isə dedi: “Məni yanında saxla. Mən Azərbaycan xalqının tərəfindən səninlə barışmasam, xalq dağ-daşa düşüb Qıbıc və ya Rum dağlarına doğru gedəcək. Qalası olan da qalasında qalacaq.” Bükeyr İsfəndiyarı yanında saxladı, o da qalalardan başqa ölkə təslim olanacan əsir qaldı.”[4]
Ondan sonra Səmmak Dərbəndə doğru yola düşüb aldığı yerləri Ömərin buyuruğu ilə Ətəbəyə tapşırır. Bu arada Bəhrəm gəlib Ətəbənin yolunu kəsir. Ətəbə onu enir. Bəhram isə qaçaq düşür. Bəhramın enilmə xəbəri Bükeyrin əlində əsir olan İsfəndiyara çatır. İsfəndiyar “Artıq barış olar, savaş dayanar” deyib Bükeyr ilə barışır. Ondan sonra Azərbaycan toxtayır. Bükeyr ilə Ətəbə Azərbaycandan aldıqları qənimətlərin beşdə birini bir məktub’la birlikdə ömərə yollayırlar. Beləlik’lə də Azərbaycan Hicrətin on səkkizinci ilində İslam ordusunun əlinə keçir.[5]
İbn-i Xəldun da yuxarıdakı tarixi eyni biçimdə ət-Təbirinin əsərindən alıb öz kitabında gətirir.[6] 27 May, 1332-də Tunisdə anadan olmuş İbn-i Xəldun sosioloji və tarix biliklərində İslam tarixinin ən önəmli kişilərindən biri sayılır. Uyqarlığı (mədəniyyəti) anlatmaqda ən çox payı olan parlaq ulduzlardan biri dir. İbn-i Xəldun Topal Teymur ilə də görüşüb dərbarına çağırılır. Oradan qayıtdıqda yenidən Misrdə olduğu məqamına, dərbar Qadısı (Hakimi) vəzif-əsinə dönür. Qahirədə yetmiş dörd yaşında, Mart 17, 1406-da, dünyasını dəġişən İbn-i Xəldun Bab ən-Nəsr qəbristanlığında torpağa tapşırılıb.[7]
Başqa ən əski mətnlərdən biri də fars şairi Firdovsinin (940-1019/1025) Şahnaməsi dir. İran şahlarının başqa ölkələrə qoşun çəkməsini nəzmə çəkərək İranın qədim şahlarından biri Xosrov Pərvizin Azərbaycana qoşun yürütməsinin dastanını yazır. Bu dastan farsıca belə adlanır: “لشکرکشی خسرو بسوی آذر آبادگان”[8]. Bu əski mətn öncəki mətnlərdə olan gərçəġi (həqiqəti) təsdiqləyir. Xosrov Pərviz İranın İslamdan qabaqkı şahıydı. Onun Azərbaycan adlı başqa bir ölkəyə qoşun yürütməsi Azərbaycan ölkəsinin İslamdan qabaq var olduğunu təsdiqləyən başqa bir sənəd dir.
Azərbaycan ölkəsinin adı, varlığı öncədən təsdiqlənib’sə, sınırları necə aydın edilə bilər? Cavabı ən əski səfərnamə və coğrafiya kitablarından birini yazan Əbu İshaq İbrahim ibni Məhəmməd əl-Farsi əl-İstəxri yazıb. 10-ncu yüzillikdə, Abbasilər dövründə yaşayan bu coğrafiyaçı çoxlu müsəlman ölkələrini gəzib ərəb dilində çox dəġərli bir kitab yazıbdır. Onun “Kitabu əl-Məsalik vəl-Məmalik”, (Məmlkətlər və Yollar Kitabı) adlanan əsəri tanıdığı dünya, Xilafət deyimində “Savad”, avropa ölkələri deyimində “Persia” adlanan coğrafiya ilə qonşuluqda olan ölkələrin xəritəsi ilə birlikdə tərif edici bir mətn ilə o ölkələrin coğrafiyansına görə bilgi verir. Xəlilinin İslami Hünər (Sənət) Toplusunda 1306-7-nci illərdə qələmə alınmış bir əlyazması saxlanır. Bu əlyazmanın bəzi yerləri yoxa çıxsa da çoxlu xəritələri var. Bu məqalənin qaynağı isə Hollandiyanın Laydın bilyurdunda (universitetində) saxlanılan əlyazmanın internetdə yayılmış pdf nüsxəsi dir.
Bu dəġərli kitabda əl-İstəxrinin çəkdiġi xəritəyə görə Azərbaycan günbatandan Rum ilə İraq, Güneydən Xuzistan’la Fars, günçıxandan Deyləm, Təbəristan, Kuhistan, Kirman, Xorasan və Sicistan, quzeydən’sə Əllan və başqa ölkələr’lə qonşu dır. Əl-İstəxrinin “Ərməniyyə, Ərran və Azərbaycan xəritəsi/صوره ارمنیه الران و آذربیجان” adlandırdığı xəritənin üzərində Azərbaycanın bəzi adlım şəhərləri, çayları, dağlarının adı var. Azərbaycanın ən quzeyində, xəzər dənizinə yapışan yerdə “Bab-ul əbvab/باب الابواب” yaxud “Dəmir qapı Dərbənd” şəhərinin adı yazılıb. Ondan başqa, Şirvan, Şamaxı, Bakı, Qəbələ, Bərdə, Şəmkir şəhərlərinin adı gedir. Xəzər dənizi, Kür, Araz, Qızıl üzən çayları, Urmu gölü, Savalan, Səhənd və başqa neçə dağın görüntüsü çəkilib. Xəritənin günbatanında Tiflis, Qalın qala, Malazgird, ortada Təbriz, Urmiyə, Salmas, Xoy, Marağa, və başqaları, günçıxanda Ərdəbil, güneydə’sə Zənqanın adı yazılıb. Bu xəritədə adları yazılmış şəhərlərin hamısı bugünkü Azərbaycanın xəritəsində duran şəhərlər dir, yalnız Tiflis Gürcüstan, Dərbənd isə bugünkü Rusiya xəritəsində yerləşdirilib.
Xəritənin batıgüneyində, Urmu gölünün yanında əl-İstəxri bir cizgi ilə üç şəhəri ayırıb “Erməni şəhərləri/بلاد ارمنیه” adlandırıb. Bu şəhərlər “Xlat/خلاط”, “Bitlis/بدلیس” və “Miyafarqın/میافارقین” şəhərləri dir. Adı gedən bu şəhərlər çağdaş Türkiyə coğrafiyasında Ahlat, Bitlis və Silvan şəhərləri dir.
Azərbaycan ölkəsinin şahlarından örnək olaraq Şirvanşahın adını çəkir. İçəri şəhərdə yerləşən Şirvanşahlar sarayı bu gün Bakının ən çox qonaq çəkən abidələrindən biri dir.
Əl-İstəxrinin bu dəġərli kitabında, başqa tarixi-coğrafiya kitabları kimi, “İran” adlı bir ölkədən əsər-əlamət yox dır. Ona görə ki Xilafət dövrünün deyimlərində birlikdə “Savad” yaxud “İraq-i Əcəmi” (ərəb olmayan İraq) adlandırılan “Azərbaycan”, “Xuzistan”, “Kirman”, “Kuhistan”, “Fars”, “Təbəristan”, “Xorasan” və “Sicistan” ölkələri Avropalıların deyimində “Persia” adlandırılırdı.
Ensiklopedik yazılarına görə İslam dünyasının adlım coğrafiyaçısı, Suriyalı Yaqut əl-Həməvi “Mocəm-ul buldan” əsəri ilə dünyada tanınır. Həməvinin bu ensiklopedik sözlüġündə özkeçmiş (bioqrafiya), tarix və uyqarlıq (mədəniyyət) üzərində bilgi var. Ərəb alimliġinin ilkin qaynaqlarından olan bu dəġərli ensiklopediada adı gəlmiş yerlərin izgə (tarix), elyazı (etnoqrafiya) və aynlarına (miflərinə) görə bilgi var. Beş cildlik bu əzəmətli kitabın əlifba sırası ilə düzülmüş adlarının tərifindən oluşan bəzi Azərbaycan şəhərlərinin yığıcam açıqlaması aşağıda təqdim edilir.
(1-nci sənəd: əl-İstəxrinin çəkdiyi Azərbaycan xəritəsi)
“Təbriz: Azərbaycanın ən adlım şəhərlərindən biri; çox abad, gözəl, pişmiş (bişmiş) kərpic ilə ağ suvaqdan hörülmüş möhkəm duvarları var; şəhərin ortasından isə çay axır, dövrəsində gözəl bağlar var.”[9]
“Xoy: Azərbaycanın ən adlım şəhərlərindən biri; çoxlu xeyratı və meyvələri olan bir qala.”[10]
“Urmiyə: Azərbaycanda böyük və qədimi bir şəhərin adı; göldən yalnız 3-4 ağac aralıqda. Deyilənlərə görə bura Məcusların peyğəmbəri olan Zərdüştün şəhəri dir; çox yaxşı abhavası, xeyratı olan bir şəhər dir. Təbrizdən üç günlük, Ərbildən isə yeddi günlük arada yerləşir.”[11]
“Ərdəbil: Azərbaycanın ən adlım şəhərlərindən biri; İslamdan qabaq Azərbaycanın baş şəhəri (paytaxtı); Ortasıyla dövrəsində çoxlu çaylar axan çox böyük bir şəhər dir.”[12]
“Marağa: Azərbaycanın ən böyük, ən adlım şəhərlərindən biri.”[13]
“Aran: çox şəhəri əhatə edən böyük bir bölgə; o cümlədən yerli xalq arasında “Gəncə” adlanan “Cənzə” şəhəri, Bərdə, Şəmkir və Beyləqan şəhərləri; Aran’la Azərbaycan arasında “Araz” adlı bir çay var. Bu çay quzeybatıdan Aranın içindən, günçıxana doğru isə Azərbaycanın içindən axır.”[14] Burada qabarıqcasına gözə çarpan sorun Türki dilinə Yaquti kimi yad olan coğrafiyaçıların yerli dilin deyimlərini yaxşı başa düşə bilmədikləri dir. Türkidə (Azərbaycan türkçəsində) “aran” özəl bir yer adı dəġil, əslində “yaylaq yerlərə görə alçaq və iqlimcə isti olan yerlər” dir. Azərbaycanın ən tanınmış aran yerləri Muğam, Qarabağ, Şirvan, Mil düzləri dir. Türkidə belə bir məsəl var: “Aranda buğdadan oldum, Bağdatda xurmadan!” Əldə olan neçə girəvənin (fürsətin) heç birindən yararlanmayanda bu məsəli işlədərlər.
Azərbaycan şəhərlərinin tərifini yazanda “Azərbaycan” adını təkrar işlədən Yaqut Həməvi çox önəmli və tarixi bir gərçəġi ortaya qoyur. Azərbaycan çox keçmişlərdən, hətta İslamdan da qabaq, özünə sınırları, şəhərləri, dağları, çayları, gölləri, dənizi, milləti və kimliġi olan bağımsız bir coğrafiya olub. 12-ci yüzillikdə yaşayan Həməvinin vaxtından çox qabaqlar əski bir ölkə olan Azərbaycan Qacar emperatorluğunun sonunacan bütöv bir məmləkət olub.
Pəhləvi faşizmi işə gətirilməzdən qabaq “Məmalik-i Məhrusə/ممالک محروسه” yaxud Avropalıların deyimində “Persia” adlandırılan coğrafiyanın adı 01/01/1314 tarixindən (22 Mart 1935) rəsmi bir sərəncam’la “İran” adıyla dəġişdirildi.[15] Bu sərəncamın sənədi İranın prezident aparatının rəsmi sənədlər arxivindən gələn səfhədə təqdim olunur.
Fielding Jr. Lukasın 1823-də çəkdiġi “Persia”nın xəritəsi qabaqkı tarixi sənədlərdə təqdim olunan təriflər və xəritlər ilə eyni olduğu bu tarixəcən adı çəkilmiş ölkələrin bağımsız varlığının 19-ncu yüzillikdə dünyaya təqdim olunan başqa sənədi dir. Bu xəritədə yalnız bir sorun var: o da qabaqkı coğrafiyanı görsədən (göstərən) bölgənin yalnız bir ölkəsinin adı dır. Qabaqkı coğrafiyaçıların sənədləşdirdiġi bölgənin Azərbaycan adıyla təqdim olunan bölgəsi Lukasın xəritəsində “IRAK AJEMI” (Əcəm/Ərəb olmayan İraq) adlandırılıb. Qabaqca dediġimiz kimi, bu ad ərəb xilafətinin radikal düşüncəliləri tərəfindən ərəb olmayan bütün qonşu ölkələrə işlədilirdi. “Əcəm” ərəb dilində “ərəb olmayan; dilqanmaz adam” anlamında işlənir. Yəqin Lukas da o tipli ərəb qaynaqlardan yararlanıb, yoxsa dünyanın o başında yaşayan bir coğrafiyaçı hara, Azərbaycana qərəzli yanaşmaq hara!
(2-nci sənəd: İranın xarici işlər nazirliginin rəsmi məktubu)
(3-ncü sənəd: Lukasın 1823 tarixində Persia xəritəsi)
Bu xəritədə Xorasanın quzeyindəki qonşusunun adı da diqqətə layiq dir: Xəzərin günçıxanında olan bu qonşunun adı “TARTARY” yazılıb! Xəritənin solundakı ən yuxarı bucaqda yazılan “ERVAN” isə 1823-də Azərbaycan torpağından olduğu aydın dır.
Azərbaycanın milli kimliġinə gəldikdə isə bu kimliġi aydıncasına görsədən başqa iki məşhur tarixi kitabdan qaynaq olaraq yararlanacağıq. Onlardan biri Vəhb ibni- Münəbbihin Himyər şahlarına görə yazdığı “ət-Tican” kitabı dır. Yəmənnin Dhimar qəsəbəsində yaşayan bu yəmənli folklor bilgini ərəb yazarların görsətdiġi fərqli illərin birində, 725, 728, 732-də anadan olub doxsan yaşında dünyasını dəġişib. Bənu əl-Əhrar (Özgür xalqın oğulları) adlı bir toplumdan Pers köklü bir atanın oğlu olub. Tabeindən olan İsrailliyyat ravisi idi. Deyilənlərə görə peyğəmbələrə aid yetmiş kitabın oxucusu, Tövrat və Məhəmməd peyğəmbər haqqında deyilmiş dastanların çox məharətli bir nağılçısı (ravisi) imiş.
Ət-Tican kitabında xəlifə Muaviyə ilə Übeydin arasında keçən danışqlarında belə yazır: “Şimr yüzüncü hicri ilində Azərbaycana yollandı. Sonunda o Azərbacana vardıqda onların döyüşçülərini öldürüb arvad-uşaqlarını əsir tutdu, sonra öz etdikləri və gəldiġi yolları iki daşın üstündə oydurtdu. Bu iki daş hələ də Azərbaycanda bir duvarın üstündə durur. Muaviyə dedi: “Azərbaycanı necə gördün?” O da belə cavab verdi: “Şübhəsiz Azərbaycan Türklərin yurdu dır və Türklər orada toplaşıb. (و بعث شمر بن القطاف بن المنتاب بن عمرو بن زید بن عملاق ابن عمرو بن ذی أنس فی مائه ألف حتی دخل علیهم آذربیجان فقتل المقاتله و سبی الذریه، ثم أقبل فکتب فی حجرین مسیره، فهم الیوم علی جدار آذربیجان. قال معاویه: و ما بال آذربیجان لله أنت؟ قال: له انها کانت من أرض الترک واجتمعوا له. )”[16]
Başqa məşhur bir kitab isə Həmzə əl-İsfahanı, 10-ncu yüzilliġin tarixçi və filoloji bilgininin yazdığı əsər dir. 893-ncü ildə anadan olmuş 961, başqa qaynaqlara görə 970/71-də dünyasını dəġişib. Ömrünün çoxunu ana yurdu İsfahanda keçirdib. Üç dəfə Bağdada gedib, biri 920/21-də, üçüncü isə 935-də. Ət-Təbəri və İbn Duryad kimi görkəmli tarixçilər və bilginlər ilə görüşüb. İsfahanın tarixi, islamdan qabaq və İslamdan sonrakı sülalələrin və peyğmbərlərin tarixi olan “Yer kürəsinin peyğmbərləri və şahlarının tarixi” (تاریخ سنی ملوک الارض و الانبیا) adlı məşhur kitabın, başqa leksikoqrafi və şer əsərlərinin yazarı dır.[17]
Himyər, indiki Yəmənin, şahlarından biri əl-Haris ər-Rayiş adlı şahına görə yazdığı mətndə o vaxtlarda Azərbaycanda yaşayan millətin milli kimliġindən yazır: “Ər-Rayişin ən böyük etkisi öncə onun Hindistana etdiġi hücumu idi. Sonra Türklərin yurdu Azərbaycanı işğal etdi, döyüşçülərini öldürüb arvad-uşağını əsir tutdu. O 125 il şahlıq etdi. (فکان أقصی أثر الرایش فی أولی غزواته الهند، ثم غزا بعد ذلک الترک بآذربیجان فقتل المقاتله و سبی الذریه، و کان ملکه مایه و خمساً و عشرین سنه.)”[18] Qabaqkı tarixi sənəd kimi bu kitab da Azərbaycanda yaşayan xalqın Türk olduğunu aydıncasına sənədləşdirir.
YENİLİKLƏR
Azərbaycan ölkəsinin yüzlər il qabaqkı varlığı və onda yaşayan millətin milli kimliġini sənədləşdirən başqa tarixi əsərlər də var. Ancaq, yazarın fikrinə görə bu mətndə təqdim olunan sənədlər Azərbaycanın tarixi coğrafiyası ilə onda yaşayan xalqın milli kimliġini sənədləşdirməġə yetərli dir.
Məntiqli olaraq oxucular beləcə soruşa bilərlər: “Coğrafiyası bəlli, özünə şahları, tarixi, uyqarlığı (mədəniyyəti), kimliġi, hətta siyasi sınırları olan bir ölkəni necə başqa bir ölkənin bir parçası kimi hesablamaq olar?” Cavabı çox da qatmar (ərəbicə: mürəkkəb) dəġil. Ancaq, İslam xəlifəliġinin gərçək hökumət fəlsəfəsini anlamaq gərək dir.
Hər nədən öncə, xilafətin mərkəzi olan İraq ölkəsinin 12 qonşusu – o cümlədən Azərbaycan, Xuzistan, Fars, Kuhistan, Sicistan, Deyləm, Təbəristan, Xorasan, Kirman – birlikdə xəlifəlik deyimində "Savad” yaxud “Əcəmi İraq” adlanırdı.[19] Savad, bu gün bəzi federativ ölkələrdə olduğu kimi, 12 iki “Kurə/کوره”, yaxud əyalətdən ibarət idi. Bu əyələtlərin xalqı İslamı qəbul edib İslam xəlifəliġi ilə savaşdan əl çəkib xilafəti qəbul etdikdən sonra Xilafətə çeşitli biçimlərdə “xərac” yaxud vergi verməli olurdular. Ayrı-ayrı ellərdən, dillərdən, rənglərdən, soylardan, uyqarlıqlardan olduqlarına baxmayaraq İslam xilafətinin sancağı altında yaşayan xalqlara “İslam Ümməti” deyilirdi. Bu xalqları bir-birinə bağlayan yalnız inanc və din birliġi idi. Xəlifə isə bütün İslam ümmətinin rəhbəri ya xəlifəsi olurdu. Ona görə yerli hökümətlərin şahları xəlifəyə tabe olurdu. Bu üzdən İslam xəlifəliġinin “Savad”dakı quruluşunda olan torpaqların varlığı Qacar silsiləsinin sonunacan dəġişməz qalmışdı. Azərbaycan da bu quruluşun ən önəmli bölmələrindən biri kimi öz varlığını qoruyub saxlamışdı. Abbasilər xəlifəliġindən sonra Azərbaycanlılar Səlcuqilər, Qaraqoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar kimi emperatorluqlar qurub “Savad”ın coğrafiyasını hətta genişləndirdilər. Şah İsmayılın qurduğu Səfəvilər dövründə Türki rəsmi dövlət dili olaraq bu emperatorluğun sınırları və torpağı ən geniş bir ərazıya şamil olurdu. Onların hökümətinin genişlənməsi onların nisbi ədalətli davranışından irəli gəlirdi. Ən azı bugünkü fars ədəbiyyatıyla mədəniyyətinin yayılması Türklərin ən güclü vaxtlarında gəlişdirilə bilib.
Osmanlı emperatorluğu da Türklərin yaratdığı İslam xilafəti idi. Osmanlının Afriqaya və batıya yayılması eyni İslam Xəlifəliġinin idealları əsasında irəli getdi, hətta qabaqkı xəlifəliklərdən də daha uğurlu oldu. Onların emperatorluğunun yeddi yüzillikdən çox bir dönəmdə yayılması onların hökm sürdükləri torpaqlarda ədalət ilə hökümət etdiklərinin şahidi dir. Amma iki Xəlifəliġin qonşuluğu “Qızıl Alma” stratejisində böyük dəġişiklik yaratdı. Bəzi özəl nədənlərə görə, örnək üçün, qarı düşmənlərin intiqam qurğuları, arxada iş çevirməkləri, iki xilafətin arasındakı çəkişmələri qabardıb alovlandırmaq, yaşadıqları torpaqlardakı dirlikləri və yaşayışlarına baxmayaraq düşmənlər’lə əl birlik edən bəzi etnik azınlıqların xəyanəti iki güclü İslam xəlifəliġini getdikcə gücdən salıb sonunda çökürtdü. Yalnız Qacar emperatorluğunun çöküşündən sonra “Savad” yaxud “Persia” adlandırılan tarixi ölkələrin rəsmi durumu dəġişdirilməġə başladı və demək olar iġirminci yüzillikdən işə gətirilən Pəhləvi rejimində aradan qaldırıldı.
SONUC (NƏTİCƏ)
Sonuc olaraq, Azərbaycanın tarixi torpaqları Gülüstan ilə Türkmənçay bağlaşmalarınacan tarix boyu bütöv idi. Azərbaycanın parçalanmış bölgələrində yaşayan xalqın dili, ədəbiyyatı, uyqarlığı (mədəniyyəti), musiqisi, rəqsi, hünəri (incəsənəti), memarlığı, ayın-oyumları, geyimləri, aşmanlıqları (mətbəxi), xalçası, və bir söz’lə, ruhu Azərbaycan millətini qanlı tarixləri boyu bir arada tutub bütövləşdirib və bundan sonra da onları sonsuzacan bütöv saxlayacaq.
ABSTRACT
The outcome of the two treaties of Gulistan in 1813 and Turkmanchay in 1828 between Russia and Qajar empire was the fragmentation of Azerbaijan and separation of its people. This fragmentation was not only a geographical one, it was the fragmentation of Azerbaijani nation into several parts. Obviously, the strategy behind this separation was to weaken the nation and expose them to other cultures in order to assimilate and then remove the Turkic identity of this geography through the time. After that the separated lands took different political terms and identity. The main part of it was introduced to world as Iran, the other part as Russia or the USSR. Some parts became part of Georgia and some parts as Iraq. And a major part of it was changed into a new country as Armenia. Then, the topographical names started to be changed. However, the biggest problem was the identity of the separated lands’ people’s identity and culture. They tried to give the Azerbaijani people of the separated lands a fake identity by depriving them from native education to assimilate them and turn them into their slaves. In order to understand the catastrophic depth of this separation and the truth about the de facto geographical history and nationality of Azerbaijan the scientific methodology is to refer to the ancient manuscripts, diaries and historical texts showing the reality about the historical geography and nationality of Azerbaijan. The writer of this paper is trying to offer some documents from some ancient historical textbooks and some contemporary ones to show how Azerbaijan was an intact land and how its nation has always been united in spite of its catastrophic history.
Key words: Azerbaijan, history, nationality, identity, geography, historical borders
ÖZƏT
Rusiya çarlığıyla Qacar emperatorluğu arasında 1813-də bağlanan Gülüstan, 1828-də isə Türkmənçay bağlaşmalarının sonucu Azrbaycanın parçalanması oldu. Bu parçalanma yalnız coğrafiya ayrılığı dəġildi, bu ayrılıq bir millətin neçə yerə ayrılması idi. Bu siyasətin stratejisi (strategiyası) Azərbaycanın Türk millətini zaman içərisində gücdən salıb aradan aparmaq ya da ən azı Türk kimliġini dəġişdirib başqalaşdırmaq idi. Bu ayrılıqdan sonra bu torpağın ayrılmış bölmələrinə başqa adlar verib dünyaya İran, Rusiya, Gürcistan, İraq kimi tanıtdırdılar. Sonra da bir parçasının yerli əhalisini ev-obalarından sürgün edib çöllərə saldıqdan sonra Ermənistan adlı yeni bir ölkə yaratdılar. Ondan sonrakı işləri tarixi toponimləri dəġişdirib yad toponimlər yaratmaq idi. Ama ən böyük sorun parçalanmış torpaqlarda yaşayan xalqın milli kimliġini və uyqarlığını dəġişmək idi. Bu plan üçün onlar Azərbaycan millətini ana dildə eġitimdən (təhsildən) məhrum edib ən təməl insan haqlarını belə ayaqları altına saldılar. O vaxtdakı siyasi güclərin Azərbaycan millətinə etdiġi zülmdən öncə Azərbaycanın varlığı tarixi coğrafiya baxımından araşdırılıb meydana qoyularsa, o zülmün nə qədər qansoranlıqcasınalığı aydın ola bilər. Ona görə bu məqalədə yazar Azərbaycanın tarixi coğrafiyası ilə milliyyət kimliġini əldə olan ən qədim əlyazmalar və tarixi mətnlərdən tutmuş 19-ncu yüzilliġin başlanqıcındakı tarixi-coğrafi sənədləri bir araya gətirmək’lə Azərbaycanın tarix boyu necə bütöv bir ölkə, bir millət olduğunu görsətməġə (göstərməyə) çalışacaq.
Açar sözcüklər: Azərbaycan, tarix, milliyyət, kimlik, coğrafiya, tarixi sınırlar
QAYNAQLAR
Ərəbicə
- ابراهیم بن محمد الفارسی الاستخری، کتاب المسالک والممالک، اصل هذه النسخه فی مکتبه لیدن، فی هولندا. (مکتبه الاستاذ الدکتور محمدبن ترکی الترکی)
- ابن خلدون ع. تاریخ ابن خلدون، الجزء الثانی، بیروت: دارالفکر، 2000، 656 ص.
- الاصفهانی ح.، تاریخ سنی ملوک الارض و الانبیا، 183 ص.
- حموی یاقوت، معجم البلدان، المجلدالاول، بیروت: دارصادر، 1977م، 540 ص.
- حموی یاقوت، معجم البلدان، المجلدالثانی، بیروت: دارصادر، 1977م، 549 ص.
- حموی یاقوت، معجم البلدان، المجلدالخامس، بیروت: دارصادر، 1977م، 461 ص.
- کتاب نهجالبلاغه، و هو ما جمعه السید المرتضی من کلام سیدنا امیرالمومنین علی ابن ابی طالب کرم الله وجه، وعلیه شرح یحل و موجر جمله للشیخ محمد عبده المصری، الجزالثانی، بیروت: المطبعه الادبیه، 1885، 151ص.
- الطبری أ. تاریخ الطبری، تاریخ الامم و الملوک، الاردن، بیت الافکار الدولیه، 2260 ص.
- منبه و. کتاب التیجان فی ملوک حمیر، صنعا: مرکز الدراسات والابحاث الیمنیه الجمهوریه العربیه الیمن، 1347، 504 ص.
Farsıca
- ابن خردادبه، مسالک و ممالک، ترجمه سعید خاکرند، تهران، موسسه انتشارات تاریخ و میراث ملل، 1371، 222ص.
- اصطخری ا.ا.، مسالک و ممالک، بکوشش ایرج افشار، تهران: بنگاه ترجمه و نشر کتاب، 1340، 334 ص.
- فردوسی ا.م.، شاهنامه، تحت نظر برتلس، بر اساس نسخه چاپ مسکو، تهران: انتشارات سپهر ادب، 1396، 636 ص.
WEBSITES:
http://dx.doi.org/10.1163/1573-3912_islam_SIM_2697
http://www.muslimphilosophy.com/ik/klf.htm
https://www.nlai.ir/exhibition?p_p_id=exhibitionview_WAR_nlaiportlet&p_p_lifecycle=0&p_p_col_id=column-1&p_p_col_pos=1&p_p_col_count=2&_exhibitionview_WAR_nlaiportlet_exid=244510
[1] کتاب نهج البلاغه، التجمیع: سید مرتضی، الشرح: م.ع. المصری، الجزالثانی، بیروت: المطبعه الادبیه، 1885، ص. 4
[2] ابن خردادبه، مسالک و ممالک، ترجمه فارسی: سعید خاکرند، تهران: میراث ملل، 1371، ص. 22
[3] Eyni qaynaq, s. 120
[4] الطبری أ. تاریخ الطبری، تاریخ الامم و الملوک، الاردن، بیت الافکار الدولیه، ص. 689
[5] Eyni qaynaq, s. 689
[6] ابن خلدون ع. تاریخ ابن خلدون، بیروت: دارالفکر، 2000، ص. 561
[7] http://www.muslimphilosophy.com/ik/klf.htm
[8] فردوسی ا.، شاهنامه، تحت نظر برتلس، بر اساس نسخه مسکو، تهران: نشریات سپهر ادب، 1396، ص.571
[9] حموی یاقوت، معجم البلدان، المجلدالثانی، بیروت: دارصادر، 1977م، ص. 13
[10] Eyni qaynaq, s. 408
[11] حموی یاقوت، معجم البلدان، المجلدالاول، بیروت: دارصادر، 1977م، ص. 159
[12] Eyni qaynaq, s. 145
[13] حموی یاقوت، معجم البلدان، المجلدالخامس، بیروت: دارصادر، 1977م، ص. 93
[14] حموی یاقوت، معجم البلدان، المجلدالاول، بیروت: دارصادر، 1977م، ص. 136
[15]https://www.nlai.ir/exhibition?p_p_id=exhibitionview_WAR_nlaiportlet&p_p_lifecycle=0&p_p_col_id=column-1&p_p_col_pos=1&p_p_col_count=2&_exhibitionview_WAR_nlaiportlet_exid=244510
[16] منبه و. کتاب التیجان فی ملوک حمیر، صنعا: مرکز الدراسات والابحاث الیمنیه الجمهوریه العربیه الیمن، 1347، ص. 416
[17] Rosenthal, F., “Ḥamza al-Iṣfahānī”, in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs. Consulted online on 03 August 2022 http://dx.doi.org/10.1163/1573-3912_islam_SIM_2697 First published online: 2012, First print edition: ISBN: 9789004161214, 1960-2007
[18] الاصفهانی ح.، تاریخ سنی ملوک الارض و الانبیا، ص. 99
[19] ابن خردادبه، مسالک و ممالک، مترجم: سعید خاکرند، تهران: موسسه مطالعات و انتشارات تاریخی میراث ملل، 1371، ص. 7
Abbasəli Əhmədoğlu
İngilis ədəbiyyatı PhD
Azərbaycan Dillər Universiteti
+98 914 432 3402
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.