Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən Sammitində çıxışı zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasından sonra nəqliyyat imkanları daha da genişlənəcək və bu, region üçün, bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq.