Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən Şərqi Zəngəzur yazarları: Böyük Qayıdışın önündəyik!” layihəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində yaradılan "QHT kitabxanası"nda “Şərqi Zəngəzur elləri yolumuzu gözləyir” mövzusunda dəyirmi masa təşkil olunub.
İctimai Birliyin Cəbrayıl rayon filialının rəhbəri, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev əvvəlcə məktəbin ayrıca geniş, işıqlı, bütün lazımi avadanlıqla təmin edilmiş yardımçı otağında bu ilin aprelində “QHT Kitabxanası” yaratdığına görə QHT Agentliyinə təşəkkürünü bildirib. O, kitabxanaya hədiyyə edilən 200 adda dövlətçiliyin, rəsmi siyasətin təbliği, elmi-kütləvi, vətənpərvərlik ruhlu bədii əsərləri müəllim və şagirdlərlə bilrikdə kənd sakinlərinin də daim maraqla oxuduğunu bildirib.
Dəyirmi masada iştirak edən yerli icra strukturlarının, kənd bələdiyyəsinin üzvləri, müəlllim, valideyn və yuxarı sinif şagirdləri işğaldan azad edilmiş torpaqlarımıza qayıdışın məhz Cocuq Mərcanlıdan başlandığını fəxrlə bildiriblər, uğurlu yolun ardınca hazırda Zəngilan rayonunun Ağalı kəndində də 200-dən artıq sakinin məskunlaşdığını qeyd ediblər. Çıxış edənlər ikinci ildir ki, Şərqi Zəngəzurun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında geniş miqyaslı abadlıq, yol-tikinti, elektrikləşdirmə, hərbi təyinatlı, sosial, mülki obyektlərin inşasının sürət və keyfiyyətlə davam etdirildiyi faktlarla vurğulayıblar. İştirakçılar ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin nüfuzunun möhkəmlənməsi, bütün sahələrdət ictimai iştirakçılığın genişlənməsinin xeyirli nəticələrindən danışıb, təklif və rəylərini səsləndiriblər.
Qeyd edilib ki, Şəhid və qazilərimizin canı, qanı bahasına işğaldan azad edilmiş, yolumuzu gözləyən yurd yerlərimizə böyük qayıdışın şərəflə reallaşması hər kəsin vətəndaşlıq borcudur.