1461-ci ildə Sultan Mehmet Fateh İstanbulda erməni patriarxlığının açılması barədə xüsusi fərman imzaladıqdan sonra Osmanlı dövlətində “milləti-sadıka” (sadiq millət) sayılan ermənilərin təşkilatlanması, dövlətin içinə yerləşdirilməsi prosesi sistemli hal aldı. Erməni mənbələri dövlətdə 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 11 universitet müəllimi, 41 yüksək rütbəli məmurun olduğunu adbaad göstərmişlər.
Avropa diplomatları, hərbçiləri inana bilmirdilər ki, Osmanlıdakı durumu, yaşamı ancaq qibtə doğuran ermənilər, Osmanlını süquta uğratmaq planlarında onlara bu qədər yardımçı olacaq. Tarix sübut etdi ki, bu namərdliyi ermənilərdən savayı başqa heç bir millət bacarmazdı. İlk erməni ailələri 1515-ci ildə Suriyadan və İraqdan İrəvan xanlığına və Üçkilsəyə (Eçmiədzinə) köçürülməyə başlamışdı. 1519-cu ildə İrəvanın bəylərbəyi Rəvan xan Şah İsmayıl Xətaiyə yazmışdır: “...Bütün əmrləriniz ədalətlidir və tabeyəm... Əziz şahım, kilsə bu yerlərə xətakar erməniləri yerləşdirir. Bu, gələcəkdə xalqımıza təhlükə yarada bilər...”
1701-ci ildə İsrael Ori və arximandrit Minas I Pyotrun imperatorun şəxsi qəbulunda oldular. Avropanın dövlət başçılarına təqdim edə bilmədikləri 36 maddəlik «erməni proqramı»nı I Pyotra verdilər. Rusiyanın növbəti işğal planında Qafqaz, İran, Türkiyə əraziləri seçilmişdi və bu torpaqlarda dağınıq halda yaşayan ermənilərlə bağlı Pyotrun siyasəti konkretləşdi.1703-cü ildə I Pyotr artıq «Ermənistan» xəritəsini dönə-dönə nəzərdən keçirmişdi. İ.Orinin təqdim etdiyi bu xəritədə İrəvan xanlığı və Zəngəzuru qabarıq şəkildə təsvir olunurdu». Pyotr 1724-cü ilin oktyabrında erməni xalqını himayə etmək haqqında fərman imzaladı. Və demək olar ki, bu günə qədər də İsrael Ori və arximandrit Minasın həmin təklifləri; Quzey və Güney Qafqazı, daha sonra İranı əsarət altına alaraq isti dənizlərə çıxış əldə etmək; Qafqaza erməniləri köçürərək, orada çar Rusiyasına dayaq ola biləcək sədaqətli bir xristian icması formalaşdırmaq; tədricən erməniləri himayə edərək Türkiyədə də erməni dövləti yaratmaq... Türkiyə və İranın birdəfəlik süqutuna səbəb olmaq və s. 300 ildir ki, velikorus siyasətinin ana xəttini təşkil edir. XVII-XIX əsrlərdə Osmanlı-Rusiya, İran-Rusiya arasında baş verən bir neçə müharibədə, Qafqazı, o cümlədən Azərbaycan və Gürcüstanı işğal planlarında ermənilər hər yerdə dəfələrlə yerlilərə xəyanətlə ruslara məkrli xidmət göstərmişlər.
İlk mükafatları da Araz çayı ilə Azərbaycanı ikiyə bölərək, 15 il mərdliklə müqavimət göstərən İrəvan xanlığının süqutundan sonra, 1828-ci il martın 21-də - bugünkü siyasətinin təməli kimi, əhalinin cüzi bir hissəsi erməni olan ərazidə mərkəzi İrəvan şəhəri olmaqla, «Erməni vilayəti»nin yaradılması oldu.
1795-96-cı illərdə general (qraf) Valerian Zubov Dəmirqapı Dərbəndə hücum edir və itki verərək geri çəkilir. Nəhayət, erməni Arakelin casusluğu ilə arxiyepiskop İosifin planı ilə Dərbənd qapıları xəyanətlə Zubovun dəstələrinin üzünə açılır.
Erməni generalı Suren Kişmişevin yazdığına görə, Tiflis erməni Məcnun və Abo Ağa Məhəmməd Şah Qacara 1795-ci ildə casusluq və bələdçilik edərək bu şəhəri talan etdirib yandırırlar. O vaxtan gürcülərin dilində bu məsəl yaranıb: “erməni gəldi, bəla gəldi.”
Şair İlya Çavçavadze yazırdı: “Bizi məyus edən odur ki, özlərini gürcülərdən yüksək tutan erməni quldurları maddi və mənəvi varlığımızı yox edərək, bizə qəbir göstərirlər, sanki, bizim yoxluğumuz onların xoşbəxt həyatını təmin edəcək.”
Rus podpolkovniki Nikolay Yakovleviç Tverdoxledov 14 mart 1877-ci ildə Osmanlıya qarşı işğalçı müharibədə görüb şahid olduqlarını “2-ci Ərzurum Qala artilleriya polkunun formalaşdığı gündən türk qoşunlarının Ərzurumu aldığı 1918-ci il 27 fevral/12 mart gününə qədərki vəziyyəti barədə oçerk”ində («Очерк положения 2-го Эрзерумского Крепостного артиллерийского полка со дня его формирования и до занятия Эрзерума турецкими войсками 27 февраля / 12 марта 1918 года») yazırdı: “Ermənilərlə birgə vuruşurduq. Hücum zamanı hərəsi bir yerə qaçıb gizlənərdi, amma elə ki kəndi, qəsəbəni alırdıq, dərhal daşın dalından çıxan ermənilər qaça bilməyən uşaqlara, qadınlara, qocalara yüz cür əzab verib, onların qulaqların kəsir, gözlərin çıxarır və öldürürdülər. Belə hərəkətlər rus ordusuna ləkə gətirdiyi üçün biz onları qovduq”.
1915-ci ildə erməni nizami quldur dəstələri əli silah tutan türk, kürd kişilərinin I Dünya savaşında döyüşdüyünü bilərək Trabzon, Ərzurum, Ərzincan, Van və Bitlisdə yaşayan 3,3 milyon müsəlmana qarşı hücumlar edib qətliam törətdilər. Bu qırğında 600 min əhali sağ qalmışdı. Geri qayıdan əsgərlər kənd, şəhərlərinin yerində xarabalıqlar gördülər.
Yazıçı-jurnalist Maleville “1915-ci il erməni faciəsi” kitabında yazır ki, rus zabitləri ermənilərin vəhşiliklərindən dəhşətə gəldilər. Rus podpolkovniki Tverdoxledov yazırdı ki, ermənilərlə birgə vuruşurduq. Hücum zamanı hərəsi bir yerə qaçıb gizlənərdi, elə ki kəndi, qəsəbəni alırdıq, dərhal daşın dalından çıxan ermənilər qaça bilməyən uşaqlara, qadınlara, qocalara yüz cür əzab verib (qulağını kəsmək, gözünü çıxarmaq) öldürürdülər. Belə hərəkət rus ordusuna ləkə gətirdiyi üçün biz onları ordudan qovduq.
Erməni müəllifi Hovannes Ter-Martirosyanın (A-do) 1907-ci ildə İrəvanda çap edilən “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla”, Simon Zavaryanın 1907-ci ildə Sankt-Peterburqda rus dilində çap edilən “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”, İ. Alibekovun 1906-cı ildə Tiflisdə rus dilində çap olunan “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” əsərlərində ermənilərin 1905-1906-cı illərdə qarət edib yandırıb dağıtdığı, yer üzündən sildiyi 75 azərbaycanlılar yaşayan kəndin adlı siyahısı verilib: Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 kənd. 1918-20-ci illərdə Zəngəzurun daha 165 kəndi yandırılıb məhv edildi.
1915-ci il martın 8-də erməni quldurları Van şəhəri və onun ətrafında yerləşən bütün qəsəbə və kəndlər alovlara qərq etdilər. Lakin az sonra ermənilər Avropaya yaydılar ki, türklər Vanda və ətrafdakı yaşayış məskənlərində bizi məhv etdilər. Amma rus diplomatı general Q.Mayevski yazırdı: “Mən əks hadisənin şahidi oldum. Bütün qanlı hadisələr erməni quldurları tərəfindən törədilmişdi.”
Qafqazda Dərbənddən sonra 2-ci ən qədim islam ibadətgahı olan Şamaxı Cümə məscidini 743-744-ci illərdə Şirvan və Dağıstanı fəth edən ərəb sərkərdəsi Əbu Müslüm inşa edib. 1918-ci ildə erməni quldur dəstələri mühasirəyə aldıqları Şamaxı əhalisini məscidə yığıb 1700 körpə, qadın, uşaq və yaşlıları məsciddə diri-diri yandırıb su quyularına tökmüş, çoxsaylı qədim nadir əlyazmaları və kitabları da tonqalda yandırmışdı.
Stepan Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin “geniş mandat” verdiyi Stepan Lalayevin dəstəsinin ardınca Şamaxıya gələn bolşevik Pavel Boçarov yazırdı: “Bir gecə ərzində şəhər sanki yoxa çıxmışdı.”
1 may 1918-ci ildə daşnak Amazasp Srvandztyan Qubaya yalnız ermənilərdən ibarət olan üçminlik ordu birləşməsi ilə daxil oldu. Birləşmənin rəhbəri müsəlmanlara və yəhudilərə heyvani nifrət bəsləyirdi. Qəzanın yəhudi slobodasında Qızıl Ordu dəstəsində xidmət edən S.İlyansev gördükləri barədə Fövqəladə Təhqiqat Komissiyasına verdiyi ifadəsində belə xatırlayır: “Amazaspın dəstəsi yolboyu kəndləri və Quba şəhərini yandıraraq, əhalini soyub, milli qırğın törədib getmişdi.”
1918-ci ildə və ondan sonrakı dövrdə bolşevik Rusiyasının hərbi-siyasi yardımı ilə paytaxt Bakıda hakimiyyəti ələ alan ermənilər 20 mindən çox azərbaycanlını məhv etməkdən əlavə, şəhərdəki və ətraf kəndlərdəki ən gözəl arxitektura binalarını, o cümlədən xristian ibadətgahlarını da yandırıb, dağıtmışdılar.
İsmailiyyə binası, Şirvanşahlar sarayı, Şah məscidi, Bibiheybət məscidi, Aleksandr Nevski kafedralı və Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi və sair bunların yalnız bir qismidir.
1918-ci ildə Azərbaycan Hökuməti yanında yaradılmış Föqəladə Təhqiqat Komissiyasının sənədlərində dağıdıcı xislətə malik ermənilərin belə bədnam əməlləri barədə tükürpədən 300-dən çox fakt sənədləşdirilib. Belə ki, 1918-ci il 22 noyabrda Bakı Quberniyasının mühəndisi A.M.Şternberqin iştirakı ilə tərtib olunmuş Aktda göstərilir ki, Şərq və Avropa memarlığının nadir incisi “İsmailiyyə” binasına baxış keçirilmişdir. Bina Birinci və İkinci Nikolayevskaya döngələrinin arasında yerləşən 440 kvadrat sajen ərazini əhatə edib, Mavritaniya üslubunun qarışığı ilə qotika üslubunda tikilmişdir. Binanın mərkəzi giriş pilləkəni tamamilə uçurulmuş, təmiz qızıl-gümüşlə işlənmiş əl işləri sökülərək talan edilmiş, sonra binanın içərisində tonqallar yandırılmışdır. Bakının neft milyonçusu Musa Nağıyev gənc yaşda dünyadan köçən oğlu İsmayılın xatirəsinə tikdirdiyi bu binanın təkcə daxili bəzək işlərinin hər kub metrinə görə 100-120 rubl ödəmiş, Avropadan çoxlu mühəndis, ustalar gətirmişdi. Binanın qiyməti o zaman 7.260.000 rubl təşkil edirdi. Komissiya üzvləri: Mühəndis Şternberq, Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
Ayrı-ayrı nömrələrdən ibarət olan unikal görkəmli “Dağıstan” mehmanxanası, Qubernskaya küçəsinə 15 böyük dükan, Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiya binası, 1.500.000 rubla təzə alınıb limanda saxlanmış “Əbdül Hüseyn Dadaşov” gəmisi sahibinin 90.000 rubl dəyərində müxtəlif qiymətli daş-qaş və zinət əşyaları ilə birlikdə, Əhməd Dövlətova, Ələkbər Əliyevə və Cahangir Əhmədova məxsus 4 anbar 6 000 000 rubl dəyərində mallarla birlikdə yandırılıb məhv edilmişdir.
Çoxu rus, yəhudi, polyak vəkillərdən ibarət Komissiya üzvlərinin vətəndaşlara dəyən zərər barədə tərtib etdiyi belə aktlar arxivlərdə saxlanılır.
1988-ci il noyabrın 24-də gecə saatlarında Gorus şəhərində yaşayn ermənilər yaxınlıqdakı Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndini qəflətən mühasirəyə alıb bütün evləri yandırıb, tövlələrdə, quş damlarında soyuq qış yuxusuna getmiş mal-qaranı, toyuq-cücəni, it-pişiyi oda verib yandırmış, sakinlərin bir daha qayıdıb yaşamaması üçün ağır texnika ilə silib izini itirmişdilər.
Aşağıdakı material bu barədədir. “Eyvazlı – 1-ci Qarabağ müharibəsində Qubadlının ilk Şəhid kəndi”
https://avropa.info/post/361144?fbclid=IwAR0AGj5oRoyY5XyibnG8AVL5iNg2bex7LW_YEUdV03I5fb2bZ7bhP8xG_DQ
7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə Gümrü (Spitak) zəlzələsində 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalmışdı. Azərbaycan dövləti də humanist addım ataraq fəlakət zonasına təyyarədə yardımla birlikdə 78 azərbaycanlı xilasedici də göndərmişdi. Ermənistanın hava məkanına daxil olandan az sonra təyyarə vurulmuş, yalnız bir nəfər xilas olmuşdu. Xarici KİV-in diqqətini həmin günlərdə ən çox cəlb edən həm də o idi ki, dağılmış ev, dükan, bazarlarda ermənilərin kütləvi hal alan oğurluğu yardıma gələn əcnəbiləri heyrətləndirmişdi.
“Respublikas” partiyasının lideri, parlamentdə qətlə yetirilmiş Ermənistanın baş naziri Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan faktlarla eks-prezident Robert Köçəryanı Ağdamın işğalı zamanı soyğunçuluq və talançılıq etməkdə ittiham edərək əlavə etmişdir: “…Ağdamda törətdiyi soyğunçuluqdan sonra Köçəryan elə zənn edir ki, öz ölkəmizi də talan edə bilər”. O vaxtkı müdafiə naziri, sonra Ermənistan prezidenti olmuş Serj Sarkisyan isə mətbuatda orijinal “təkzib”lə çıxış etmişdi: “Soyğunçuluq edilirdisə də, onda elə Vazgen Sarkisyanla birlikdə edilirdi”. Burada isə, necə deyərlər, şərhə ehtiyac yoxdur: prezident, baş nazir, müdafiə naziri-oğrular, soyğunçular dəstəsinin 30 ilə yaxın işğalda qalan Azərbaycan torpaqlarında etdikləri cinayətə görə Beynəlxalq məhkəmələrdə cavab verəcəklər.
Dünya mediası son günlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın işğaldan azad etdiyi bölgələrdə qanunsuz məskunlaşdırılmış ermənilərin talançı, dağıdıcı əməllərindən xəbərlər, videosüjetlər verir. Onlar 30 ilə qədər azərbaycanlıların evlərində rahatca yaşadıqları bəs deyilmiş kimi, tərk etdikləri şəhər və kəndlərdə indiyədək istifadə etdikləri evlərin dam örtüklərini, mal-materialını, məişət əşyalarını tualet unitazlarına qədər söküb aparırlar, ardınca da od vurub yerdə qalanı, o cümlədən məktəb, xəstəxana, kitabxana, mədəniyyət evi, məscid, tarixi abidələri odlayıb yandırır, apara bilmədikləri ev heyvanlarını güllələyib öldürür, leşlərini yol qıraqlarına atır, bunları video-lentə alıb paylaşırlar. Kəlbəcər rayonunun başı üstündə yaranmış qalın tüstü örtüyü insanlıq, təbiət əleyhinə ekoloji cinayətin təzahürüdür; yandırılan meşələr, məhv edilən zəngin, nadir flora və fauna yalnız insanlıqdan uzaq dağıdıcı mentalitetinin təzahürüdür.
2020-ci ilin 10-25 noyabrında 28 il həsrət qaldıqları yurdlarındakı dağıdılmış qəbiristanlıqlarda əzizlərinin məzarlarını axtaran 10 mülki şəxs bu yerləri tərk edən ermənilərin basdırdığı minaların qurbanı olub.
İndi dünyada daşı daş üstə qalmayan Ağdam “Cənubi Qafqazın Xirosiması" adlandırılır. Ermənistanın 30 illik işğal müddətində burada törətdiyi dağıntıların miqyası nüvə silahından da ağır olub.
Tərtər şəhərinə atılan mərmi sayı isə - gün ərində 2400-2500, İkinci Dünya müharibəsində Stalinqrad döyüşü ilə müqayisə olunur. Beynəlxalq münasibətlərdə şəhərlərə qarşı istifadə edilən bu kimi əməllər urbisid, yəni genosidin şəhərlərə qarşı istifadə olunması termini ilə izah olunur. Tərtər şəhəri də bunun bariz nümunəsidir. Ermənistan şəhərə qarşı genosid siyasəti həyata keçirib. Bu da erməni xarakterinin təzahürüdür ki, Gəncə və Tərtər şəhərlərini ermənilər gecə saatlarında atəşə tuturdular ki, itkilər daha şox olsun. Döyüş bölgələrindən 50-100 km uzaqda yaşayan mülki obyektlərə atılna mərmilər 10-u azyaşlı olmaqla, bir ayda 94 nəfərin həyatına son qoyub.
Professor Vasili Veliçko yazır ki, ayrı-ayrı dövrlərdə müxtəlif xalqlar ermənilər haqqında pis fikir formalaşdırmışlar. Bu da əsassız deyildir, onların məkrli, zərərli fəaliyyətinin nəticəsidir.
Rus hərbi, dövlət xadimi, Qafqaz xalqlarına və Osmanlıya qarşı müharibənin əsas komandanlarından olmuş knyaz Qriqori Qolitsin (1838-1907) yazırdı: “Mən Qafqazda cəmi ikicə erməni saxlardım — biri kişi, biri qadın. Onlardan müqəvva düzəldib muzeyə qoyardım ki, gələcək nəsillər onların necə bir xalq olduğunu başa düşsünlər.”