QHT Agentliyinin maliyyəsi ilə “Zəngəzur” cəmiyyətləri ictimai birliyinin 2022-ci ilin sentyabr – oktyabr aylarında həyata keçirdiyi “Şərqi Zəngəzur yazarları: Böyük Qayıdışın önündəyik!” layihəsinin icrası başa çatıb.
Layihə rəhbəri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun müəllifi olduğu “Şuşa – 270” kitabı rəngli formatda nəşr edilib, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində təqdimatı keçirilib, nəşrin nüsxələri təhsil, mədəniyyət obyektlərinə paylanıb.
QHT Agentliyinin maliyyə dəstəyi ilə “Zəngəzur” cəmiyyətləri ictimai birliyinin layihəsi əsasında bu ilin aprelində yaradılmış Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndindəki “QHT Kitabxanası”nda “Şərqi Zəngəzur elləri yolumuzu gözləyir” mövzuda dəyirmi masa keçirilib.
Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov 30, Mərkəzi Elekrotökmə zavodunun yataqxanasında “Qaçaq Nəbi, Qoçaq Həcər, Xosrov bəy, Sultan bəy yurdunu yenidən dirçəldəcəyik” – mövzuda Qubadlı və Laçınlılarla görüşü təşkil edilib.
“Kəlbəcər abad diyara çevrilir” mövzusunda Kəlbəcərli ziyalıların görüşü olub, “Kəlbəcərin Vətən Müharibəsi Şəhidləri” foto-guşəsi hazırlanıb, informasiya zengezur.com saytında yerləşdirilib.