Noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi,

9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə özünü demokratik dəyərlərə malik sivil dövlət sayan Fransada hüquq sisteminin ədalətdən, həqiqətdən nə qədər uzaq olduğunun ifadəsi, real gerçəkliyin tam əksidir, böhtan, yalan və iftira dolu sənəddir. Bu sənədin Fransa Senatında məhz indiki günlərdə - Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün sülh sazişinin imzalanması ərəfəsində qəbulu iki qonşu xalqın, region ölkələrinin ümidlə, inamla gözlədiyi prosesin baş tutmaması üçün düşünülmüş addımdır. Əlcəzairdə milyonlarla günahsız insanı məhv etmiş, ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olmuş, Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalda saxlanmasına, mülki əhaliyə qarşı törədilmiş qanlı qırğınlara, deportasiya və etnik təmizləmə siyasətinə qarşı bir dəfə də olsun etiraz bildirməmiş Fransada belə bədnam qətnamənin qəbulu beynəlxalq hüququn tapdanması, Fransanın qanunverici, ali icra strukrurlarında hökm sürən siyasi ikiüzlülüyün, xristian təəssübkeşliyinin, təcavüzkar Ermənistanın separatçı, davakar hərbi-siyasi dairələrinə  siyasi, hərbi, mənəvi, şirnikləndirici dəstəyin aydın ifadəsidir.

Bu, haqqın, ədalətin, hüququn, həqiqətin tapdanmasıdır!

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi olaraq, Fransa Senatının tarixi reallığa, hüquqa, ədalətə zidd addımını pisləyirik, belə bir əsassız qətnamənin qəbuluna etiraz edirik!

Bəyanat Fransa Senatına, prezidentinə, Bakıdakı səfirliyinə, beynəlxalq təşkilatlara göndərilmişdir.

Sədr            Hacı Abdulla

16.11.2022