Doğum tarixi: 11.06.1978. Şəhid olub: 31.10.2020.
Polkovnik-leytenant Orucov Nail Rəfail oğlu 1978-ci il iyunun 11-də Astaranın Məsçidməhəllə kəndində doğulub. 1985-ci ildə Qapıcıməhəllə kənd orta məktəbinə daxil olub və 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər təhsilini C.Naxçivanski adına Hərbi liseydə dəvam etdirib. 1995-ci ildə Bakı Ümumqoşun məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib. Məktəbi bitirdikdə ona "leytenant" rütbəsi verilib və Müdafiə nazirinin əmrinə əsasən, xidməti davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilib. 1999-2002-ci illərdə orada motoatıcı taqım komandiri, 2002-2005-ci illərdə motoatıcı bölük komandiri, 2005- 2007-ci illərdə N saylı hərbi hissənin motoatıcı taborun maddi texniki təminat üzrə komandirin müavini, 2007-ci ildə N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisi, həmin ilin dekabrından 2008-ci ilin dekabrınadək N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisi, 2008-in dekabrından 2013-cü ilin iyuluna kimi N saylı hərbi hissənin maddi texniki təminat bölməsinin (Q4) rəisi - (qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi) vəzifəsinə təyin olunub. 2014-cü ilin yanvarından oktyabrına kimi N saylı hərbi hissənin motoatıcı tabor komandiri, 2015-ci ilin dekabrına kimi isə N saylı hərbi hissənin maddi-texniki təminat üzrə vəzifəsində xidmət edib.
Müdafiə Nazirinin 31.12.2015-ci ildə tarixli 0912 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməni 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ ilə Polkovnik-leytenant kimi ehtiyata buraxılıb.
29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunub. Oktyabrın 6-dan etibarən, 1-ci Tabor komandiri vəzifəsi ilə müharibədəki xidmətinə başlayıb. Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində əks-hücum əməliyyatları ilə düşməni geri çəkilməyə məcbur qoyub, Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədin tam nəzarətə alıb. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunub və düşmənin artilleriya atəşi nəticəsində polkovnik-leytenant Nail Rəfail oğlu Orucov şəhadətə yüksəlib.
Ailəli olan şəhidimizin Ruslan, Əlihəsən və İbrahim adlı üç oğlu Vətənə əmanətdir.
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
"Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
"Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)

Təltifləri:

Şəhidlərimizə əbədi sevgi, sayğılarla hazırlayan Hacı Nərimanoğlu
Mənbə:
https://memorial.az/az/qehremanlarimiz/630?fbclid=IwAR2uMUAG_MMOKqktayiG1l_V64Rz05AXIppcKrFCuozVaQpfhtU6uW_BHec