Rus dramaturqu, yazıçısı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedov (1795–1829) 1818-ci ildə rus missiyasının katibi kimi Qacarlar İranına göndərilib və burada iki il işləyib. Sonra Qafqaz qoşunlarının komandanı general A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilib. 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında fəal iştirak edib. Bundan sonra İranda Rusiyanın rəsmi səfiri təyin edilən Qriboyedov elə həmin il Tehranda səfirlik binasında qətlə yetirilib və meyiti Tiflisə aparılıb.
Maraqlıdır ki, ən azı 40 min erməni ailəsinin İrandan Qarabağa köçürülməsinin ideya və praktiki rəhbərlərindən olmuş bu polyak əsilli rus dramaturqu ermənilərlə ünsiyyət qurub yaxından tanıyıb, ancaq heç zaman sevməyib, hansı yuvanın quşu olduqlarını gözəl anlayıb.
Köçürülmə işlərinə rəhbərlik edən erməni əsilli rus məmurlarından olan polkovnik Lazarevin (Qarabağ xanının və ailəsinin qatili) “düşüncəsiz adam” olduğunu, knyaz Arqutinski tərəfindən ona dəfələrlə “yaramaz rəftarı, lovğalığı, faydasızlığı barədə” irad bildirildiyini yazır. Başqa bir erməni barədə deyir: “Vilayət rəisinin tərcüməçisi Mirzə Tatus buralarda məşhur fırıldaqçı kimi tanınır...Onun qardaşı olan Sürməli mahalının rəisini də burada hamı yaramaz bir şəxs kimi tanıyır.” Gürcüstan ermənilərini isə “xəzinəyə heç bir fayda verməyən alverçilər” adlandırır. Köçürülən ermənilərin müsəlmanları sıxışdırdığını, buna görə “onların haqlı narazılıq etdiklərini” bildirir. Gəlmə ermənilərə paylanan sayı 30 min başa yaxın mal-qaranın da müsəlmanlardan vergi əvəzi alındığını, dərd-bəla gətirdiyini qeyd edir; “...müsəlmanları necə inandıra biləcəyimiz barədə çox düşünürük. Onları mövcud çətinliklərlə barışdırıb necə inandıraq ki, bu, uzun müddət davam etməyəcək, ermənilərin ilk dəfə gəldikləri torpaqları həmişəlik zəbt edəcəkləri barədə müsəlmanların narahatlığını necə aradan qaldıraq?”
Bu “narahatlığı” imperatora yazdığı məktubda da aydın görünür: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Onlar elə tayfadandırlar ki, bir neçə il yaşayandan sonra bütün dünyaya bu torpaqların ata və babalarına aid olduğunu qışqıracaqlar.”
Qriboyedov 1827-ci ildə rusların İrəvan xanlığını ələ keçirməsi ilə aktivləşən erməni katolikosu Nerses Aştarakesi xüsusi köçürülmə planının icrasına da hərtərəfli yardım edir.
Qriboyedov erməni qadınlarının xidmətlərindən də gen-bol yararlanır və elə bu məkrli toplumun fitnə-fəsadına da qurban gedir, “su qabı suda sınar”.
“Ağıldan bəla” komediyasının müəllifinin həyatı sonda tragikomediyaya çevrilir; Qriboyedov şah hərəmxanasından qaçmış erməni gözəlçələrinə rus səfirliyində sığınacaq verdiyinə görə ingilis casuslarının qurduğu hiyləgər planla bir qrup fanatik tərəfindən qəddarlıqla öldürülür, ağılsızlığının bəlasını çəkir.
Hacı Nərimanoğlu