ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR

 

Çox hörmətli Mehriban xanım! 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda  http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf  4709. nömrə ilə qeydə alınmış XVIII əsr Yusifbəyli kənd məscidinin işğaldan azad olunandan sonra Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən yayılmış videogörüntüsündə (“Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər”, 25 fevral 2021-ci il https://mod.gov.az/az/news/qubadli-rayonunun-yusifbeyli-kendinden-videogoruntuler-video-35004.html. https://www.youtube.com/watch?v=QV2oGtL-2QE bayırdan və içəridən salamat qaldığı aydın görünür.

Lakin son günlər KİV-də və sosial şəbəkələrdə yayılmış fotolarda hazırda avtomobil yolunun kəndin içindən keçən hissəsində təmir, genişləndirmə işləri zamanı ermənilərin 28 ildə məhv etmədiyi həmin məscid binasının indi tamamilə uçurulub dağıdıldığı, yox edildiyi açıq görünür və bu hadisə Qubadlı rayon sakinlərində, sosial şəbəkə izləyicilərində ciddi narazılıq, rahatsızlıq yaratmışdır. https://www.facebook.com/karabakhmedia.az/posts/289712862524601 

Tarix, mədəniyyətimizin qayğıkeş hamisi olduğunuzdan bu vəziyyətin yaranmasında günahı olan qurumların və şəxslərin üzə çıxarılaraq cəzalandırılmasını, ictimaiyyətə məlumat verilməsini, bundan sonra belə hallara qarşı sərt, qəti qadağalar qoyulmasını şəxsi nəzarətinizə almağı Sizdən xahiş edirik.

 Hörmətlə,             Hacı Nəriman oğlu Abdulla

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar,  Jurnalistlər birliklərinin üzvü, Qubadlı rayonu 

 

 

  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert