Noyabrın 16-17-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Zəngəzur dəhlizinin region ölkələrinin iqtisadiyyatına və dünya ticarətinə təsirləri, texniki-iqtisadi və maliyyə təminatı məsələləri, dəniz daşımalarına mümkün təsirləri kimi problemlər müzakirə ediləcək.
Nəqliyyat, logistika, kommunikasiya sahələrini idarə edən dövlət qurumlarının, Orta dəhliz üzərində yerləşən ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycandan və xarici ölkələrdən olan alimlər, ölkələrarası Logistika üzrə ekspertlər konfransda iştiraka dəvət edilirlər.
Konfrans, birinci iş günü Zəngilanda, ikincisi isə Bakıda olmaqla 2 gün ərzində əyani formada keçiriləcək. Məruzə və müzakirələrin internet üzərindən açıq izlənməsi imkanı təmin ediləcək.
Konfransın işçi dilləri – Azərbaycan, türk, ingilis və rus dilləridir.
İştirak üçün müraciətlər, məqalələr və məruzə tezisləri bu il oktyabrın 15-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir.
Konfransın materialları kitab şəklində nəşr olunacaq. Təqdim olunan əsərlərin tərtibi qaydaları İqtisadiyyat İnstitutunun saytında yerləşdirilib.
Əlavə məlumatları Təşkilat Komitəsinin əlaqələndiricisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Azər Səfərovdan almaq olar (+994 50 747 26 49).
https://azertag.az/xeber/2709889