Qərbi Azərbaycan məsələsi bu gün ümummilli məsələ olduğu üçün əli qələm tutan hər qeyrətli soydaşımız bu işə bacardığı qədər öz töhfəsini verməyə çalışır. Qərbi Azərbaycan İcması olaraq, onların hər birinə öz təşəkkürümüzü bildiririk. Lakin təəssüf ki, kitablarda, məqalələrdə, sosial və çap mediasında Qərbi Azərbaycanla bağlı tez-tez fərqli, hətta bir-birini təkzib edən məlumatlara rast gəlirik ki, bu da bəzi haqlı suallar doğurur. Biz bunun səbəbini ilk növbədə Qərbi Azərbaycanla bağlı rəsmi məlumatların azlığında görürük. Ona görə də bu gündən etibarən səhifəmdə Qərbi Azərbaycanla bağlı əsaslandırılmış məlumatları yayımlamağa qərar vermişəm. İlk məlumat Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərzisinə aid olan tarixi Azərbaycan mahal və bölgələri barədədir.
I. İrəvan xanlığının tarixən 15 mahalı olub, onlar aşağıdakılardır:
1. Vedibasar
2. Gərnibasar
3. Zəngibasar
4. Karbibasar
5. Sərdarabad
6. Abaran
7. Talın
8. Saatlı
9. Seyidli-Ağsaqlı
10. Dərəçiçək
11. Qırxbulaq
12. Göyçə
13. Sürməli
14. Dərəkənd-Parçenis
15. Şərur
Bu 15 mahaldan son 3-ü Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərazisinə daxil deyil. İlk 12 mahal bu gün də Qərbi Azərbaycanın (indiki “Ermənistan”ın) tərkibindədir.
Bu mahallardan daha çox ikisinin yazılışında tez-tez yanlışlığa yol verilir ki, bu, yolverilməzdir. Belə ki, 4-cü sıradakı Karbibasar gah Körpübasar, gah Kərpibasar kimi yazılır ki, bu, yanlışdır. 9-cu sırada dayanan Seyidli-Ağsaqlı toponimi isə tez-tez Seyidli-Ağsaqqallı kimi yazılır ki, bu da yanlışdır. Biz mənbələrdə bu toponimin ikinci hissəsinin yazılışına Axsaxlı/Ağsaklı şəklində də rast gəlirik ki, üstünlüyü Ağsaqlı variantına veririk.
İrəvan xanlığının bu 12 mahalından başqa Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərazisinə Azərbaycanın aşağıdakı tarixi əraziləri də daxildir:
1. Zəngəzur mahalı (Qərbi Zəngəzur)
2. Dərələyəz mahalı
3. Şörəyel mahalı
4. Ağbaba mahalı
5. Loru mahalı
6. Pəmbək mahalı
7. Dilican dərəsi
8. Qaraqoyunlu dərəsi
9. Şəmşəddil sultanlığı
Deməli, Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərazisinə Azərbaycanın 21 tarixi ərazi-inzibati vahidi, şərti olaraq deyək ki, 21 mahalı daxildir.
https://www.facebook.com/eziz.elekberli/posts/pfbid0DjgJqYUT5m9UcK3WzKVvusj7bHyPqLL976KibGeNhaykF1FMfDBQBSRHKTc4S6iTl