Yusif Şamiloğlu: Laçın da aparılan abadlıq-quruculuq işləri üçün Dövlətimiz lazım olan şəraiti yaradıb. Lakin bərpa edilən evlərin tikintisindən narazı olanlar çoxdur.
Laçın rayon sakinləri haqlı şəkildə öz etirazını bildirir. Bildirilən etirazlara səbəb olan problemlər aradan qaldırılırmı? Xeyr! Xüsusilə tikilən evlərdə aparılan işlərdən narazılıçılıq çoxdur. Misal üçün sakinlərə evlərin açarları təqdim edilir, əşyalar evə yığılır. Sonra isə ev sahibi məcburi şəkildə əşyalarını çölə daşıyıb evdə yenidən təmir işləri aparırlar. Qeyd etdiyim həlli "asan" olan problemdir.
Qeyd edilənləri nəzərə alsaq belə qənaətə gəlmək olar ki, evlərdə fərqli şəkildə tikilib yenidən bərpa edilir. Kimin tanışı adamı varsa evində istədiyi kimi təmir işləri aparılır.
Üç mindən çox igid oğullarımız şəhid olmadı ki, sizlər orada istədiyinizi edib özünüzə qazanc mənbəyi kimi istifadə edəsiniz. Bugünə kimi Laçına gedib öz ata-baba yurdlarını görə bilməyən insanlar var siz özünüzü ora dürtüb mal-mülk davası aparırsız.
Laçın da aparılan işlərlə bağlı problemi qaldıranda malalamaq lazım deyil problemləri həll etmək üçün lazım olan addımları atmalısınız. Bakı Abadlıq Xidmətinin ofisinin qarşısına gedən laçınlıları dinləmək lazımdır!
Laçın adına olan hörmət və sayğıya görə susuruqsa bu o, demək deyil ki, heç nədən xəbərimiz yoxdur. Laçın da baş verən özbaşınalığa görə lazım olan addımlar atılacaq problemlər ictimailəşdiriləcək.
Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin xüsusu olaraq Laçınla bağlı tapşırıqlarına nöqtə vergülünə qədər əməl edilməlidir.
https://www.facebook.com/groups/1413806006135987/