9 sentyabr 2023-cü ildə qondarma "DQR"-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquqa ziddir, ölkəmizin dünya birliyi, o cümlədən Ermənistan Respublikasının rəhbərliyi tərəfindən dəfələrlə rəsmən bəyan edilən, tanınan suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir, açıq-aşkar meydan oxumaqdır.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün sülh sazişinin imzalanmasının gözlənildiyi, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmasları üçün tədbirlər görüldüyü günlərdə belə avantürist siyasi oyunbazlığın təşəbbüsçü və təşkilatçıları Azərbaycan Respublikasının qanunlarına uyğun cəzalanmalı, Xankəndində Azərbaycan Resublikasının hərbi, siyasi nəzarəti bərpa olunmalı, dünyanın heç bir dövləti tərəfindən tanınmayan saxta "DQR"in varlığına son qoyulmalıdır.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi bu istiqamətdə Azərbaycanın siyasi, hərbi rəhbərliyini qəti addımlar atmağa çağırır.
Sədr Hacı Abdulla
10.09.23.