Bunu sentyabrın 20-də jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistanın üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi:
“Ermənistan bu öhdəliyi yerinə yetirmir və hər bir vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.
https://apa.az/az/xarici-siyaset/hikmet-haciyev-ermenistan-zengezur-dehlizinin-acilmasina-problemler-yaratmaqda-davam-edir-786736