Hörmətli Malik müəllim,
Sizi 70 illik yubileyiniz münasibətilə səmimi - qəlbdən təbrik edirəm.
Siz Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingərlikdən zavod direktoru vəzifəsinə qədər ucalmış, 2001-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmisiz. İşlədiyiniz müddətdə dogma rayondan uzaqda məcburi köçkünlük həyatı yaşayan Qubadlı camaatının qayğı və problemlərinin həllinə həssaslıqla yanaşmış, rayon sakinlərinin hörmətini qazanmısız. Şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğınız razılıq yaradır. Bakı, Sumqayıtda çox sayda məktəb binası, sosial obyektlərin inşası sahəsində gördüyünüz işlər təqdirəlayiqdir. Siz həm də “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin qurucularından olmusunuz.
Hörmətli Malik Xizir oğlu, 70 illik yubileyiniz münasibətilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Ağsaqqallar Şurası və İdarə Heyətinin üzvləri adından təbrik edir, sizə bundan sonra da sağlam, xeyirli ömür arzulayıram.
Hörmətlə,
Sədr Hacı Nərimanoğlu
26 sentyabr 2023-cü il