Ömür yolu, savaşları
1881-ci ildə Selanikdə Qocaqasım Məhəlləsi İslahhanə Caddəsindəki üç qatlı çəhrayı-pəmbə evdə doğuldu. Babası Ali Rıza Əfəndi, anası Zübeydə xanımdır. Baba tərəfindən dədəsi Hafız Əhməd Əfəndi XIV-XV yüzillərdə Konya və Aydından Makedoniyaya yerləşdirilmiş Kocacık köçərilərindəndir. Anası Zübeydə xanım isə Selanik yaxınlarındakı Langaza qəsəbəsinə yerləşmiş əski bir Türk ailəsinin qızıdır. Milis zabiti, evkaf (vəqf evləri idarəsi) katibliyi və taxta-şalban ticarəti ilə məşğul olan Ali Rıza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evləndi. Atatürkün beş qardaşından dördü kiçik yaşlarında öldü, sadəcə bacısı Makbulə (atadan bir) 1956-cı ilə qədər yaşadı. Kiçik Mustafa məktəb yaşına gəlincə Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində təhsilə başladı, sonra babasının istəyi ilə Şəmsi Əfəndi Məktəbinə keçdi. Bu sırada atasını itirdi (1888). Bir sürə Rapla ferma-ciftliyində dayısının yanında qaldıqdan sonra Selanikə dönüb məktəbi bitirdi. Selanik Mülkiyə Rüştiyəsinə qəbul oldu. Qısa bir sürə sonra 1893-cü ildə Əsgəri Rüştiyəyə girdi. Burada riyaziyyat müəllimi Mustafa bəy ağıl, dərrakə, tərbiyəsinə görə onun adına “Kamal”ı əlavə etdi. 1896-1899-cu illərdə Manastır Əsgəri İdadisini bitirib İstanbulda Hərbi məktəbdə oxumağa başladı. 1902-ci ildə teğmen-leytenant rütbəsiylə məzun oldu. Hərbi Akademiyada təhsilinə davam etdi. 11 yanvar 1905-ci ildə yüzbaşı rütbəsiylə Akademiyanı tamamladı. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində vəzifə görev aldı. 1907-də yüzbaşı oldu. Manastıra III Orduya dəyişdirildi. 19 aprel 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda Kurmay Başqanı olaraq görev aldı. 1910-da Fransaya göndərildi. Picardiyə Manevralarına qatıldı. 1911-də İstanbulda Genel Kurmay Başqanlığı (Baş Qərargah Rəisi) əmrində çalışmağa başladı. 1911-də İtalyanların Trablusgarpa (Liviya, Trablis-qərb) hücumu ilə başlayan savaşda Mustafa Kamal bir qrup dostu ilə birlikdə Ənvər Paşanın qurduğu ilk türk gizli servisi olan “Teşkilat-ı Mahsusa” tərəfindən düzəldilən saxta kimlik, pasportlarla ərəb taciri və müxbir sifətində Liviyaya keçib Tobruk və Dərnə bölgəsində görev aldılar. 22 dekabr 1911-də İtalyanlara qarşı qızğın döyüşlərdən sonra Tobruk Savaşını qazandılar. Mustafa Kamal 6 mart 1912-də Dərnə Komandanlığına gətirildi. Noyabr 1912-də Balkan Savaşı başlayınca Mustafa Kamal Gəlibolu və Bolayırdakı birliklərlə savaşa qatıldı. Dimətoka və Ədirnənin geri alınmasında böyük xidmətlər göstərdi. 1913-də Sofya Ataşeliyinə dəyişdirildi. Bu görevdə ikən 1914-da podpolkovnik-yarbaylığa yüksəldi. Ataşelik görevi dekabr 1915-də sona yetdi. Bu sırada I Dünya Savaşı başlamış, Osmanlı İmperatorluğu savaşa girmək zorunda qalmışdı. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Təkirdağa göndərildi. 1914-cü ildə başlayan I Dünya Savaşında Mustafa Kamal Çanaqqalada bir qəhrəmanlıq dastanı yazıb Antanta (İtilaf) Dövlətlərinə “Çanaqqala keçilməz!” dedirtdi. 18 mart 1915-də Çanaqqala Boğazını keçməyə qalxan İngilis və Fransız donanması ağır itkilər verincə Gelibolu yarımadasına əsgər çıxarmağa qərar verdilər. 25 aprel 1915-də Arıburnuna çıxan düşmən qüvvələrini Mustafa Kamalın komandiri olduğu 19-cu tümən Conkbayırında durdurdu. Mustafa Kamal bu başarı üzərinə polkovnik-albaylığa yüksəldi. İngilislər 6-7 avqust 1915-də Arıburnunda təkrar hücuma keçdi. Xüsusi təyinatlı, ən döyüşkən Anafartalar Qrubu Komandanı Mustafa Kamal 9-10 avqustda Anafartalar (çətin keçilən yer adıdır) Zəfərini qazandı. Bu zəfəri 17 avqustda Kirəçtəpə, 21 avqustda II Anafartalar zəfərləri ilə davam etdirdi. Çanaqqala Savaşlarında təqribən 253.000 şəhid verən Türk milləti qürurunu, mətanətini Qərb dövlətlərinə tanıtdı. Mustafa Kamalın əsgərlərinə: “Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm!” əmri cəbhənin qədərini dəyişdirmiş oldu. Mustafa Kamal Çanaqqala Savaşlarından sonra 1916-da Ədirnə və Diyarbəkirdə görev aldı. 1 aprel 1916-da general leytenant-tümgenerallığa yüksəldi. Rus qüvvələriylə savaşaraq Muş və Bitlisin geri alınmasını təmin etdi. Şam və Hələbdəki qısa sürəli görevlərindən sonra 1917-də İstanbula gəldi. Vəlihat Vahidəttin Əfəndiylə Almaniyaya gedərək cəbhədə araşdırmalar apardı. Bu səyahətdən sonra xəstələndi. Vyana və Karisbada gedərək müalicə aldı. 15 avqust 1918-də Hələbə 7-ci Ordu Komandanı olaraq döndü. Bu cəbhədə İngilis qüvvələrinə qarşı başarılı müdafiə savaşları apardı. “Mondros Mütarəkəsi”nin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-də “Yıldırım Orduları Grubu Komutanlığı”na gətirildi. Bu ordunun ləğvindən sonra 13 noyabr 1918-də İstanbula gəlib Hərbi Nəzarət Nazirliyində görevin icrasına başladı. “Mondros Mütarəkəsi”ndən sonra Antanta Dövlətlərinin Osmanlı torpaqlarını işğala başlamaları ilə Mustafa Kamal 9-cu Ordu Müfəttişi olaraq 19 may 1919-da Samsuna çıxdı. 22 iyun 1919-da Amasyada yayımladığı bildirişdə “Millətin istiklalını yenə millətin əzm və qərarının qurtaracağını ” elan edib Sivas Konqresini toplantıya çağırdı. 23 iyul – 7 avqust 1919-cu il tarixləri arasında Ərzurum, 4 – 11 sentyabr 1919 tarixləri arasında da Sivas Konqresini toplayaraq vətənin qurtuluşu üçün izlənəcək yolu göstərdi. 27 dekabr 1919-ci ildə Ankarada coşqu ilə qarşılandı. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda önəmli bir addım atılmış oldu. Məclis və Hökumət Başqanlığına Mustafa Kamal seçildi. Türkiyə Böyük Millət Məclisi Qurtuluş Savaşının başarıyla sonuclanması üçün gərəkli qərarları qəbul edib həyata keçirməyə başladı. Türk Qurtuluş Savaşı 15 may 1919-da yunanlıların İzmiri işğalı sırasında düşmənə ilk qurşunun atılmasıyla başladı. 10 avqust 1920-də Sevr Andlaşmasını imzalayaraq aralarında Osmanlı İmperatorluğunu paylaşan I Dünya Savaşının qalib dövlətlərinə qarşı öncə “Kuvâ-yi Milliye” adı verilən milis qüvvələriylə savaşıldı. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə nizami ordu quruldu, “Kuvâ-yi Milliye” – ordu bütünləşməsini təmin edərək savaşı zəfərlə sona çatdırdı. Mustafa Kamal komandanlığında Türk Qurtuluş Savaşının önəmli mərhələləri bunlardır: Sarıkamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi. Çukurova, Gazi Antəp, Kahraman Maraş, Şanlı Urfanın müdafiəsi (1919- 1921) I İnönü Zəfəri (6 -10 yanvar 1921) II İnönü Zəfəri (23 mart-1 aprel 1921) Sakarya Zəfəri (23 avqust-13 sentyabr 1921) Böyük Hücum (Taarruz), Başkomutan Meydan Müharibəsi və Böyük Zəfər (26 avqust- 9 sentyabr 1922) Sakarya Zəfərindən sonra 19 sentyabr 1921-də Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi adı verdi. Qurtuluş Savaşı 24 iyul 1923-də imzalanan Lozan Andlaşmasıyla sonuçlandı. Beləcə Sevr Andlaşmasıyla paramparça edilən Türklərə 5-6 vilayət böyüklüyündə vətən buraxıldı. Türkiyə torpaqları üzərində beynəlxalq-ulusal birliyə dayalı yeni Türk dövlətinin qurulması üçün heç bir əngəl qalmadı. 23 aprel 1920-də Ankarada TBMM-nin açılmasıyla Türkiyə Cümhuriyyətinin quruluşu müjdələndi. Məclisin Türk Qurtuluş Savaşını başarıyla yönətməsi yeni Türk dövlətinin quruluşunu sürətləndirdi. 1 noyabr 1922-də xilafət və səltənət bir-birindən ayrıldı, səltənət qaldırıldı. Beləcə Osmanlı İmperatorluğuyla idarəçilik bağları qoparıldı. 29 oktyabr 1923-də Cümhuriyyət idarəsi qəbul edildi, Atatürk bir səslə ilk Cümhurbaşqanı seçildi. 1923-cü il 30 oktyabr günü İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk hökuməti quruldu. Türkiyə Cümhuriyyəti, “Hegemonluq qeyd şərtsiz millətindir” və “Yurdda barış, cahanda barış” təməlləri üzərində yüksəlməyə başladı.
Reformaları
Atatürk Türkiyəni çağdaş tərəqqi yoluna, dövrünə çıxarmaq üçün gərəkən bütün sahələrdə inqilabi reformaların həyata keçirilməsinə başladı. Bu inqilabi dəyişimləri-devrimləri beş başlıq altında toplaya bilərik: 1. Siyasi devrimlər: · Səltənətin qaldırılması (1 noyabr 1922) · Cümhuriyyətin elanı (29 oktyabr 1923) · Xəlifəliyin qaldırılması (3 mart 1924) 2. İctimai-toplumsal devrimlər: · Qadınlara kişilərə bərabər haqlar verilməsi (1926-1934) · Şapka və qiyafət dəyişimi (25 noyabr 1925) · Təkyə bucaq (tekke zaviyə) və türbələrin qapadılması (30 noyabr 1925) · Soyadı qanunu ( 21 aprel 1934) · Ləqəb və ünvanların qaldırılması (26 noyabr 1934) · Uluslararası saat, təqvim və uzunluq ölçülərinin qəbulu (1925-1931) 3. Hüquq devrimi : · Məcəllənin qaldırılması (1924-1937) · Türk Mədəni Qanunu və digər qanunların çıxarılaraq dünyəvi hüquq nizamına keçilməsi (1924-1937) 4. Təhsil və kültür sahələrində devrimlər: · Tədrisin-Öğretimin birləşdirilməsi (3 mart 1924) · Yeni Türk hərflərinin qəbulu (1 noyabr 1928) · Türk Dil və Tarix Qurumlarının qurulması (1931-1932) · Üniversitetdə tədris düzənləməsi (31 Mayıs 1933) · Gözəl sənətlərdə yeniliklər 5. Ekonomi-iqtisadi sahədə devrimlər: · Aşarın qaldırılması · Çiftçinin həvəsləndirilməsi-özənlənməsi · Örnək çiftliklərin qurulması · Sənayeni Təşviq Qanununun qəbulu, sənaye quruluşlarının yaradılması · I və II İnkişaf-Kalkınma Planlarının (1933-1937) təsdiqi, yurdun hər tərəfinə yeni yolların çəkilməsi Atatürk dönəmində Türkiyə Cümhuriyyətinin dış siyasətinin bütün mahiyyəti Atatürkün “Yurtta Barış, Dünyada Barış” sözü ilə müəyyən olunmuş, uluslararası əlaqələrdə dövlətin rəsmi siyasəti olaraq bütün dünyaya elan edilmişdir. Soyadı Qanunu gərəyincə 24 noyabr 1934-də TBMM Mustafa Kamala "Türklerin Atası" anlamına gələn “Atatürk” soyadı verdi (2587 sayılı qanun). Atatürk 24 aprel 1920 və 13 avqust 1923 tarixlərində TBMM Başqanlığına seçildi. Bu başqanlıq görevi Dövlət-Hökumət Başqanlığı səlahiyyətini özündə birləşdirirdi. 29 oktyabr 1923-cü ildə Cümhuriyyət elan edildi və Atatürk ilk Cümhurbaşqanı seçildi. Anayasaya görə dörd ildə bir cümhurbaşqanlığı seçimləri yenilənməliydi. 1927, 1931, 1935-ci illərdə TBMM Atatürkü yenidən Cümhurbaşqanı seçdi. Atatürk sıx- sıx yurd gəzintilərinə çıxaraq dövlət çalışmalarını yerində yoxladı. Geri qalan sahələrlə bağlı bilgilər alıb qərarlar verdi. Cümhurbaşqanı sifəti ilə Türkiyəni ziyarət edən yabançı ölkə dövlət başqanlarını, başbakanlarını, bakanlarını, komandanlarını qəbul etdi. 15-20 oktyabr 1927 tarixdə Qurtuluş Savaşını və Cümhuriyyətin quruluşunu anladan böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini oxudu. Atatürk özəl yaşamında sadəlik içində yaşadı. 29 yanvar 1923-də Lətifə xanımla evləndi. Bir çox yurd gəzisinə birlikdə çıxdılar. Bu evlilik 5 avqust 1925-ci ilədək sürdü. Çocukları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçən), Fikriyə, Ülkü, Nəbilə, Rukiyə, Zəhra adlı qızları və Mustafa adlı çobanı mənəvi övlad götürdü. Abdurrahim və İhsan adlı çocukları himayəsinə aldı. Onlara doğma ata kimi yaxşı bir gələcəyə hazırladı. 1937-ci ildə çiftliklərini-fermalarını, təsərrüfatlarını xəzinəyə, bir qisim daşınmaz əmlaklarını da Ankara və Bursa bələdiyyələrinə bağışladı. Mirasından bacısına, mənəvi övladlarına, Türk Dil və Tarix Qurumlarına pay ayırdı. Atatürk kitab oxumağı, musiqi dinləməyi, rəqs etməyi, ata minməyi və üzməyi çox sevərdi. Zeybək oyunlarına, güləşə, Rumeli türkülərinə çox sevgisi vardı. Nərd və bilyard oynamaqdan böyük zövq alırdı. Sakarya adlı atına, köpəyi Foksa çox dəyər verir, vaxt ayırırdı. Zəngin bir kitabxanası vardı. Axşam yeməklərinə dövlət və elm adamlarını, sənətçiləri dəvət edər, ölkənin sorunlarını onlarla müzakirə edər, bilgilər alardı. Təmiz və səliqəli geyinməyə diqqət göstərirdi. Dovğanı çox sevərdi. Sıx-sıx Atatürk Orman Çiftliyinə gedər, çalışmalara özü də qatılardı. Fransızca və almanca bilirdi.
Atatürk və Azərbaycan
Azərbaycan Xalq Komissarları Sovetinin sədri N. Nərimanov 23 mart1921-ci il tarixdə Atatürkə yazdığı məktubunda böyük səmimiyyət və hörmət hissi ilə etiraf edirdi: "Paşam, 1918-ci ildə siz bizi mütləq bir ölümdən qurtardınız!"
Qurtuluş savaşından zəfərlə çıxan Türkiyə ağır maliyyə böhranı keçirirdi. Atatürk 3 may 1920-ci ildə Şərq ordusukomandiri general Kazım Qarabəkirə göndərdiyi məktubda həmin əsil ürək kövrəldən ərklə, göz yaşardan qardaşlıq duyğusu ilə yazırdı: "Dövlətin pulu qalmadı. İndiki halda heç bir yerdən kömək istəməyəümid də yoxdur. Başqa çıxış yolu tapana qədər Azərbaycan hökumətindən borc almağınızı rica edirəm".
Kazım Qarabəkir Atatürkün xahişini birbaşa Nəriman Nərimanova çatdırır. Nərimanov 19 avqust 1920-ci ildə Atatürkə cavab məktubu göndərərək belə yazır:”…qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və hər zaman əlinizdən tutacağıq…Müsəlman kommunistlər sizin istəyinizə çatmağınızüçün bütün gücləri ilə yanınızda olacaqlar. Siz məğlub olduğunuz təqdirdə nə sizin üçün, nə də digər Şərq xalqları üçün qurtuluş yoluqalmayacaq". (Doğan Avçıoğlu "Milli qurtuluş tarixi", 2-ci cild, səhifə 430)
"Cənab general, bizim Türk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıqvə hər zaman əlinizdən tutacağıq" (A. Şəmsəddinov "Qurtuluş savaşıillərində Türkiyə-Sovet İttifaqı əlaqələri," səhifə 66).
Azərbaycan hökuməti çox keçmir ki, 500 kiloqram qızılı Türkiyəyə göndərir. Qardaş köməyi bununla bitmir. Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl rublu da Türkiyəyə ünvanlayır. 23 mart 1921-ci ildə isə Türkiyənin müraciətini gözləmədən Azərbaycan hökuməti hədiyyə kimi 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərir. Yardımların arası kəsilmir. Çox keçmir ki, 62 sistern neft də göndərilir. Atatürk Azərbaycanın Türkiyə üçün önəmini çox yüksək dəyərləndirərək Bakıya bir səfir göndərir. Diplomat olmaqla yanaşıı bir yazıçı olan səfir Mehmet Şövkət Esendal Nəriman Nərimanovla və o dönəmin önəmli şəxsiyyətləri ilə görüşür. Hətta, Hacı Zeynalabdin Tağıyevin xanımını da ziyarət edir. Azərbaycan da ilk səfirini - İbrahim Əbilovu Ankaraya göndərir. İ. Əbilovun 1921-ci ilin oktyabr ayında Ankaraya gəlməsi böyük bir sevincə səbəb olur. Səfirlik binasını Atatürk açır və öz əlləri ilə Azərbaycan bayrağını yüksəldir. Bu Azərbaycan Sovet Sosialist Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında ilk rəsmi diplomatik əlaqənin qurulması demək idi. Atatürkün ən yaxın adamlarından olmuş Dr.Riza Nurun xatirələrində yazır ki, İ. Əbilov sonralar Atatürkün ən inanılmış, etibarlı adamlarından biri olur.1921-ci ildə Nərimanov xarici işlər naziri Mirzə Davud Hüseynovu yanına çağıraraq Atatürkə 1 və 2-ci İnönü döyüşlərində qazandığı zəfər münasibətilə bu məzmunda bir teleqram vurmağı tapşırır: “Qazanılan bu böyük zəfərlərdən dolayı Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik.”
Çanakkalada Azərbaycandan ürəyinin istəyi ilə gəlib Qurtuluş savaşına qatılmış 18 yaşlı İbrahimin məzarı durur. Osmanlı tabeliyindəki Balkanlarda başlayan savaşda Osmanlıya ilk dəstəyi verən Bakı aydınları olmuşdu. 1912-ci ildə İstanbulda çıxan “Səbilür-Rəşad” məcmuəsində Bakıdan bir qrup insanın göndərdiyi bəyanat dərc olunmuşdu: “Dindaşlar! Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Osmanlının istiqlal və tərəqqisindədir!”
Türkiyənin sabiq mədəniyyət və turizm naziri Namiq Kamal Zeybəkin Türkiyə Cümhuriyyəti Başbakanlığı arxivindən tapıb üzə çıxardığı aşağıdakı sənəddə bu ifadələr əksini tapmışdır: “Türkiyə Cümhuriyyəti Baş naziri və xarici işlər naziri İsmət Paşa cənablarına!Türk ordusununAzərbaycanı azğın düşmənlərin caynağından xilas etdiyi, sevgili, gözəl İzmirimizin və bir sıra digər müqəddəs türk torpaqlarının qana susamış mənfur düşmənlər tərəfindən atəşə verilərək işğal olunduğu bir zamanda türk yurdu Azərbaycan da ingilis əsgərləri tərəfindən işğal edilmişdi. Bütün qəlblərin sızladığı, qan ağladığı bir məqamda Azərbaycanın fədakar övladları 23 mart 1920-ci il tarixində baharın gəlişi münasibətilə Anadolu gününə həsr olunmuş xüsusi yardım kampaniyası təşkil etmişdir. Miqdar baxımından çox olmasa da, “Anadolu günü” yardım kampaniyasında bolşeviklərin işğalına məruz qalmış Azərbaycandan Anadoludakı qardaşlarımıza kömək məqsədilə 3 milyon rubl toplanmışdır. Bakı Yardım Komitəsinin adından bank hesabınıza köçürülmüş 3000 ingilis funt sterlinqini qəbul etməklə yardım etmək istəyən vətəndaşlarımızın öz vicdanları qarşısında borcunu ödəməyə imkan vermənizi rica edirik. Azərbaycan maliyyə naziri, xeyriyyə cəmiyyətinin sədri Abdulvasi, Bakı, 10 dekabr 1920-ci il.”
Atatürk 1921-ci ildə 3 nəfərlik bir heyət ayırıb Bakıya göndərir, Nərimanovla görüşdükdən sonra Moskvaya yola düşmələrini tapşırır. Nərimanov onlara dəyərli məsləhətlərini verir, Leninin xəstələnməyi səbəbi ilə onunla görüşə bilməsələr də, dövlətin 2-ci adamı Stalinlə mütləq görüşməyə nail olmalarını tövsiyə edir, hər şeyin onun əlində olduğunu bildirir, Stalinin adına bir məktub da yazıb verir. Behbud bəy Şahtaxtinskini də yardım üçün onlara qoşur. Dediyi kimi də olur, nümayəndələri Stalin qəbul edir, Atatürkün istəyi gerçəkləşir, Rusiya Türkiyəni 1-ci olaraq tanıyır, Qars müqaviləsinin şərtləri razılaşdırılır. Bütün təzyiqlərə baxmayaraq, Naxçıvan Azərbaycan tərkibində saxlanır.
Dr.Riza Nurun xatirələrində Azərbaycan oxucusu üçün maraqlı, yeni olan bir çox məqamlarla birlikdə bu epizod da diqqət çəkir; Türkiyəyə geri dönmək üçün Bakıya qayıdan nümayəndələrin vaqonuna 40 ədəd hədiyyə xalı qoyulur, ancaq onlar çətinliklə də olsa, bu hədiyyədən imtina edə bilirlər, səfirlikdə buraxıb gedirlər. Təbii ki, bu da bir qardaşlıq jesti-çətin maddi durumda olan Türkiyəyə kömək amacı idi. Göründüyü kimi, Azərbaycanda milli hökumət yıxıldıqdan sonra belə, hələ Sovet Rusiyası öz məkrli niyyətlərini tam çılpaqlığıilə büruzə verə bilmədiyi dövrlərdə Azərbaycan Türkiyə ilə əlaqələrini üzmədi. Kommunist də olsa, Nəriman Nərimanovun bu cəhətdən fəaliyyəti olduqca ibrətli və təqdirəlayiqdir, ədibin adına yazılası ən xoşməramlı, işıqlı fəaliyyətlərdən biridir. Təbii ki, onun Bakıdan aralaşdırılaraq Moskvaya aparılıb zəhərlənib öldürülməsində bu amilin də təsiri olub.
Qars müqaviləsi. Atatürk: “Naxçıvan Türk qapısıdır!”
1919-cu il iyunun 28-də Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri "Avropanın xəstə adamı" adlandırdıqları Osmanlı imperiyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu həm də, Konstantinopolun-İstanbulun türk-müsəlman dövləti Osmanlının ixtiyarına keçməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beş yüz illik arzusunun reallaşması demək idi. 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalandı. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de fakto isə Türkiyənin suverenliyini ləğv etdi. Bunadək Müttəfiq dövlətlərlə Almaniya arasında Versal müqaviləsi imzalanmışdı. Eyni zamanda, Fransa, Böyük Britaniya və İtaliya öz aralarında gizli "Üç tərəfli müqavilə" imzaladılar. 15 aydan çox davam edən açıq danışıqlar isə Paris Sülh Konfransında və London konfransında davam etdirilərək, 1920-ci ilin aprelində San-Remo konfransı ilə yekunlaşdı. Lakin hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu. Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilməmişdir. Bundan başqa, I Dünya müharibəsindəki müttəfiqlərdən ABŞ və Rusiya bu müqaviləni imzalamışlar, ABŞ Senatı V.Vilsonun Ermənistan üzərində mandat əldə etmək təklifini rədd etdikdən sonra isə Birləşmiş Ştatlar bu məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə üstünlük verdi. Bolşevik Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-Litovsk müqaviləsini imzalayaraq, 1877-1878-ci illərdəki Rus-Türk müharibəsi zamanı Rusiyanın işğal etdiyi Ərdəhan, Qars və Batumu Tələt paşanın israrları nəticəsində yenidən türklərə qaytarmağa razılıq verdi. Sevr müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa protektoratlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini tanıdı, Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalətinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik, Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin müddəalarına əsasən, Dardanel boğazı hərb və sülh dövründə hansı bayraq altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğazların beynəlmiləlləşməsi demək idi. Bu qayda həm də Bosfor boğazına və Mərmərə dənizinə şamil olunurdu. Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni "Vilson Ermənistanı" adlandırırdılar. Sultan VI Məhəmməd müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti onu qəbul etməkdən imtina etdi. Türk millətçi hökuməti bu əraziləri Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Nizam Qarabəkir Paşanın 50 000 nəfərlik ordusu qarşısında aciz qalmışdılar. Mustafa Kamal Atatürkün banisi olduğu Türk Milli Azadlıq Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına əyləşməyə məcbur etdi. Habelə ərəblər Suriyada Fransanın, Bağdadda Britaniyanın hakimiyyətini qəbul etmək istəmirdilər. Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və fransız qüvvələrinə müqavimət göstərərək, 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması imzalayaraq öz beynəlxalq əlaqələrini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars müqaviləsini bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəmləndirdi. Bütün bu hadisələr türklərə Antanta ölkələri ilə yenidən danışıqlara başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa imkan verdi. 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi 1922-ci il sentyabr ayının 11-dən qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir. Atatürkün təlimatı ilə aparılmış danışıqların yekunu olaraq Moskvanın –RSFSR-in diqtəsi ilə bir tərəfdə Ermənistan, Azərbaycan və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri –Zaqfederasiya, o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti Müvəkkillərinin imzaladığı Müqavilədə:
Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır.
Və Türkiyə Naxçıvanın qarantı olur! Ermənistan rəsmiləri, qəzetləri bu Müqaviləyə o zamanlar belə bir şərh vermişdi ki, Qars müqaviləsi nəinki Ermənistana, Rusiyanın özünə də zərərdən başqa heç nə vermədi və sanki türk qoşunları təntənə ilə Moskvaya daxil olaraq məğlub Rusiyaya öz iradələrini diqtə etdirdilər, erməni xalqının "xilaskar Rusiyaya" bəslədiyi ümidlər sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənistan da onun qurbanı oldu. Sonralar ermənilər və onların havadarları SSRİ hökumətinə təzyiqlər edərək dəfələrlə Türkiyə ilə bağlanmış Qars müqaviləsinin ləğvinə uğursuz cəhdlər etdilər. Stalin, Mikoyan, Beriya və başqa Türk düşmənlərinin yönəltdiyi Qırmızı imperiya tərəfindən 2-ci Dünya savaşından dərhal sonra bu məqsədlə planlaşdırılan Türkiyəyə qarşı hərbi təcavüzə İngiltərə Baş naziri Çörçillin sərt təpkisi (“Rusiyaya bundan artıq qüvvətlənməyə heç cür imkan vermək olmaz”) mane oldu.
Xəstələnməyi, vəfatı, dəfni
“Benim naçiz vücudum, Elbet bir gün toprak olacaqdır. Fakat Türkiye Cümhuriyyeti, İlelebet payidar kalacaktır”. Mustafa Kamal Atatürk
Atatürkün xəstəliyi haqqında ilk bilgi 1937-ci ildə ortaya çıxdı. 1938- in əvvəlində Yalovada olan zaman ciddi olaraq xəstələndiyi üzə çıxdı. Buradakı müalicə əhəmiyyətli nəticə verdi. Fəqət tamamən sağalmadan Ankaraya dönməsi, burada sıx proqramlı gərgin işləri xəstəliyinin artmasına səbəb oldu. Bu tarixlərdə Hatay sorununun gündəmdə olması da onu yormaqdaydı. Xəstə olmasına rəğmən, Mərsin və Adanaya gəzintiyə çıxdı. Qızğın günəş altında əsgəri birlikləri təftiş edib təlimlər keçirən Atatürk çox yorğun düşdü. Fəaliyyəti sırasında şəxsi sağlamlığını arxa plana keçirdi, günəş altında çox qalması da xəstəliyinin artmasına səbəb oldu. 26 mayda Ankaraya döndükdən sonra müalicə və istirahət üçün İstanbula getdi. Doktorlar tərəfindən “siroz” xəstəliyi diaqnozu qoyuldu. Dəniz havası xeyirli olduğu üçün Savarona Yatında bir sürə dincəldi. Bu durumda belə ölkə sorunlarıyla ardıcıl maraqlanmaqda davam etdi. İstanbula gələn Rumıniya kralı ilə görüşdü. Nazirlər Kabinetinin toplantısını keçirdi, 4 iyul 1938-ci ildə Hatay Andlaşmasının qüvvəyə minməsi Atatürkü çox sevindirib əhvalını qaldırdı. İyulun sonlarına qədər Savaronada qalan Atatürkün xəstəliyi ağırlaşınca Dolmabağça Sarayında müalicəyə alındı. Fəqət xəstəliyi durmadan irəliləyirdi. Onun xəstələndiyini duyan Türk xalqı sağlığıyla ilgili xəbərləri həyəcanla izləyir, bütün qəlbi ilə yaxşılaşmasını Allahdan diləyirdi. Xəstəliyinin ciddiyyətini qavrayaraq 5 sentyabr 1938-ci ildə vəsiyyətini yazıb sərvətinin böyük bir qismini Türk Tarix və Türk Dil qurumlarına bağışladı. Oktyabr ayının ortalarında durumu düzəlir kimi oldu. Fəqət çox arzuladığı halda Ankaraya gəlib Cümhuriyyətin on beşinci il dönümü törənlərinə qatıla bilmədi. 29 oktyabr 1938-ci ildə qəhrəman Türk Ordusuna yolladığı mesaj Başbakan Cəlal Bayar tərəfindən oxundu. “Zəfərləri və keçmişi insanlıq tarixi ilə başlayan, hər zaman zəfərlərlə bərabər mədəniyyət nurlarını daşıyan qəhrəman Türk ordusu!” sözü ilə Türk Ordusunun önəmini bildirdi. Yenə eyni mesajda “Türk vətəninin və Türklük camiasının şan və şərəfini, daxili və xarici hər dürlü təhlükələrə qarşı qorumaqdan ibarət olan vəzifəni, hər an ifaya hazır və amadə olduğuna mənim və böyük ulusumuzun tam bir inam və etimadımız vardır” deyərək Türk Ordusuna olan güvənini bildirmişdi. Atatürk 1 noyabr 1938-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılış törənində də görünmədi. Hazırladığı açılış nitqini də Başbakan Cəlal Bayar oxudu. Atatürk bu nitqində ölkənin abadlığı, sağlamlıq xidmətləri və ekonomi sahəsində vəzifələrini açıqladı. Bundan başqa təhsil və kültür mövzularına da toxunub gəncliyin milli şüurlu və modern kültürlü olaraq yetişməsi üçün İstanbul Universitesinin genişləndirilməsi, Ankara Universitesinin tamamlanması və Van Gölü civarında bir universitenin qurulması üçün çalışmaların başlandığını bildirdi. Türk Tarix və Türk Dil qurumlarının çalışmalarından duyduğu məmnuniyyəti açıqladı. Ayrıca Türk gəncliyinin kültürdə olduğu kimi idman -spor sahəsində də ideal başarılara çatması üçün Bədən Tərbiyəsi Qanununun qəbul edilməsi və həyata keçirilməyə başlamasından duyduğu məmnuniyyəti bildirdi. Atatürk ölümünə qədər məmləkət məsələlərindən bir an olsun uzaq qalmamışdı. Atatürkün xəstəliyi təkrar şiddətləndi. 8 noyabrda sağlığıyla ilgili raporlar yayımlanmağa başlandı. Bütün məmləkəti təkrar dərin bir üzüntü bürüdü. Hər Türkün qəlbi onun qurtulması diləyi ilə çarpırdı. Ancaq qurtarılması üçün göstərilən çabalar sonuc vermədi və xalqın, vətənin qorxduğu oldu. Dolmabağça Sarayında 10 noyabr 1938-ci il səhər saat doqquzdan beş dəqiqə keçmiş insan üçün dəyişməz qanun öz hökmünü göstərdi. Mustafa Kamal Atatürk cismən uğrunda son gücünə qədər çalışdığı xalqından ayrıldı. Bu qara xəbərlə yalnız Türk milləti deyil, bütün dünya yasa büründü. Böyük, kiçik bütün dövlətlər onun cənazə törəninə qatılmaq üçün təmsilçilər göndərərək, Türkiyə Cümhuriyyətinin qurucusuna qarşı duyduqları dərin sayğını bildirən mesajlar göndərdilər. 16 noyabr günü Atatürkün tabutu Dolmabaxça Sarayının böyük törən salonunda katafalka qoyuldu. Üç gün üç gecə gözü yaşlı bir insan seli ulu öndərinə qarşı duyduğu sayğı, minnət və bağlılığını ifadə etdi. Cənazə namazı 19 noyabr günü Prof. Şərafəttin Yaltkaya tərəfindən qıldırıldı. On iki generalın çiynində sarayın çöl qapısına çıxarılan tabut, top arabasına qoyularaq İstanbul xalqının gözyaşları arasında Gülhanə Parkına götürüldü. Buradan bir “torpido” ilə Yavuz zirehlisinə qoyularaq Böyük Adanın açıqlığına qədər donanmanın və törənə qatılmaq üçün gəlmiş olan xarici gəmilərin də müşayiət etdiyi Yavuz zirehlisi cənazəni İzmitə gətirdi. Burada Yavuz zirehlisindən alınan cənazə özəl bir qatara qoyuldu. Atalarına son sayğı görevlərini yerinə yetirmək üçün yollar uzunu toplanan, düzülən xalqın qəlbində dərin bir üzüntü buraxaraq Ankaraya gətirildi. Atatürkün vəfatından sonra cümhurbaşqanı seçilən İsmət İnönü Türkiyə Böyük Millət Məclisi Başqanı, bakanlar, Genelkurmay Başqanı, millət vəkilləri ilə ordu və dövlətin rəhbərləri tərəfindən qarşılanan cənazə Türkiyə Böyük Millət Məclisi önündə hazırlanan katafalka qoyuldu. Ankara xalqı da onun cənazəsi önündən sayğıyla keçərək son borclarını verdilər. 21 noyabr 1938-ci ildə bazar ertəsi günü, mülki və əsgəri rəhbərliyin, xarici dövlət təmsilçilərinin hazır dayandığı və on minlərcə insanın qatıldığı böyük bir mərasim keçirildi. Daha sonra Atatürkün tabutu katafalk-tabut aparan maşın üzərinə alınaraq Etnoqrafiya Muzeyində hazırlanan müvəqqəti qəbrə qoyuldu. Türk milləti daha sonra bu böyük insana layıq Ankara Rasattəpədə bir Anıtkabir ucaltdı. 10 noyabrda Etnoqrafiya Muzeyindən alınan Atatürkün nəşi Anıtkabirə gətirildi. Burada yurdun hər guşəsindən gətirilmiş olan vətən torpaqlarından hazırlanan əbədi istirahətgahına yerləşdirildi.
Azərbaycan liderləri Atatürk haqqında
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Atatürk barəsində fikirləri ulu öndərin ömür yoluna, ideallarına işıq salan ən böyük dəyər-qiymətdir: “Nə İngilis himayəsi, nə Amerika mandası altında deyil, o qurtuluşu yalnız hakimiyyəti milliyəyə müstənid, qeyd-şərtsiz müstəqil bir Türk dövləti təsis etməkdə görmüşdü. Onun diləyi: ‘Ya ölüm, Ya istiqlal’ idi. Anadoluya o bu diləklə keçdi, əfsanəvi İstiklal Hərbini başaran baş qəhrəman, Çanaqqala Zəfəri üzərinə, Sakarya və Dumlupınar kimi zəfər taclarıyla bəzəndi. Tarixin üç böyük imperatorluğunu dizləri altına alaraq istədikləri kimi parçalayan qaliblər, bir ovuc Anadolu mücahidləri qarşısında ricata məcbur qaldılar! “Başındakı komandanı qaçmadıqca, Türk nəfəri heç bir zaman qaçmaz” deyən böyük komandanın sözü doğru çıxdı. Ölüm beratı Sevr yırtıldı, istiqlal vəsiqəsi “Lozan” yazıldı. Atatürk, bir millətin xilasını yalnız özündəki qüvvətdən gözləmişdir. Bu fikir, onun gəncliyə xitabında məxsusi aydın bildirilmişdir. Muazzam əsərinin müdafiasini əmanət etdiyi Türk Gəncliyinə “Möhtac olduğun qüdrət damarlarındaki əsil qanda mövcuddur”- deyən ATATÜRKün Türk kəndlisi ilə nəfəri haqqındakı səmimi fikirləri məlumdur. Ona görə də, “Məmləkətin yeganə əfəndisi kəndlidir! Nə mutlu Türküm deyənə!”- bu ən çox təkrarladığı bir şüar idi.”
Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Atatürkün Anıtqəbrində xatirə dəftərinə yalnız bu qısa cümləni yazmışdı: "Ey böyük Türkün böyük komutanı! Sizi ziyarət etməklə özüm və bütün millətim adına şərəf duydum. Sənin əsgərin (Əbülfəz Elçibəy)".
Atatürk Azərbaycan Prezidenti Heydər Əliyevin də ən çox sevdiyi siyasi liderlərdən olub, haqqında dəfələrlə yüksək fikirlər söyləyib:
"Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm. Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır." 8 fevral 1994-cü il
“Türkiyə cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk 70 il bundan öncə indiki böyük, demokratik Türkiyənin əəsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər.” 8 fevral 1994-cü il, Ankarada "Çankaya" köşkündə şərəfinə ziyafətdə nitqindən
“Dahi insan, böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə cühuriyəti 71 il ərzində türkün, türk dünyasının, türk xalqının nəyə qadir olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirmişdir. ...Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən, milli istiqlaliyyətinə nail olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Türkiyə xalqının dəstəyinə, dayağına arxalanmış, Mustafa Kamal Atatürkün qoyduğu yolla gedən Türkiyə cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir” 1 noyabr 1994-cü il, Bilkənd Universitetində Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli açılışda çıxışından
“Böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə erməni millətçilərinin, daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-1920-ci illərdə Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuruq. ...Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə cümhuriyyətinin mükafatıdır. Bu, böyük öndər Mustafa Kamal Atatürkün ölkəsinin, onun yaratdığı cümhuriyyətin mükafatıdır. Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də Azərbaycanlılar üçün belədir. Ona görə də Türkiyə, demokratik, Atatürk Türkiyə cümhuriyyəti bizim üçün doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmləkətimiz hesab edirik.” 13 aprel 1999-cu il, Türkiyənin ən nüfuzlu mükafatı olan "Atatürk Beynəlxalq Sülh Mükafatı"nın təqdimatında çıxışından
“Türkiyədə türk dilinin inkişaf etdirilməsi böyük Atatürkün adı ilə bağlıdır. Bugünkü türk dilinin yaranması böyük Atatürkün xidmətləridir. Mən Azərbaycanda Atatürk Mərkəzi Yaratmışam. Çünki Atatürk təkcə Anadolu türklərinin deyil, o bizim hamımızındır. Mən Anadolu türk dilinin nə qədər ağır vəziyyətdə olduğunu bilirdim. Əgər Atatürk dil haqqında qərar qəbul etməsəydi bu gün belə gözəl Anadolu türkcəsi olmazdı. Ona görə dil, dil, bir də dil.” 6 fevral 2003-cü il, “Türksoy”un XIX toplantısında çıxışından.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Atatürk Mərkəzinin açılış mərasimində çıxışından: “...Mustafa Kamal Atatürk dünyanın ən görkəmli şəxsiyyətlərindən biridir. Böyük dövlət xadimi, siyasi xadimdir. Onun Türkiyə qarşısında, bütün türk dünyası qarşısında misilsiz xidmətləri olmuşdur. Ən böyük xidməti isə Türkiyə Cümhuriyyətini yaratmasıdır. Müasir Türkiyə Mustafa Kamal Atatürkün əsəridir. Necə ki, müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Atatürkdən sonra 65 il yaşayan Türkiyənin bütün uğurlarının təməli məhz 1923-cü ildən qoyulmuşdur. Bu, düzgün, sağlam təməl üzərində qurulmuş müasir dövlət inkişaf etmiş, güclənmişdir və bu gün Türkiyə dünyada böyük siyasi çəkiyə malik olan bir ölkədir. Türkiyənin dünya birliyində çox önəmli yeri vardır. Bu, bizim hamımızı - bütün türk dünyasını sevindirir. Mustafa Kamal Paşanın ən böyük xidmətlərindən biri də odur ki, onun tərəfindən, bilavasitə onun rəhbərliyi və iştirakı ilə türk ordusu yaranmışdır. Bu ordu bu gün güclənmiş və deyə bilərəm ki, bölgədə, regionda sülhün, təhlükəsizliyin keşiyində duran bir ordudur. Türkiyə Cümhuriyyətinin, bütün türk dünyasının rahat, təhlükəsiz şəraitdə yaşamasında mühüm rol oynayan bir amildir. Biz, türk dünyası haqlı olaraq bundan qürur hissi duyuruq. Mustafa Kamal Atatürk təkcə Türkiyə haqqında deyil, bütün türk dünyası haqqında daim düşünmüşdür. O cümlədən Azərbaycanda yaşanan olaylar da onu hər zaman narahat edirdi, düşündürürdü və azərbaycanlı qardaşlarına olan məhəbbəti, hörməti, sevgisi bizim hamımıza bəllidir” 10 aprel 2004-cü il.
Atatürkün vəsiyyətlərindən
*Biz Türkler, bütün tarihimiz boyunca hürriyet ve istiklâle timsal olmuş bir milletiz. Ne kadar zengin ve müreffeh olursa olsun, istiklâlden mahrum bir millet, medenî insanlık karşısında uşak olmak mevkiinden yüksek bir muameleye lâyık sayılamaz.
*Milli egemenlik öyle bir nurdur ki, onun karşısında zincirler erir, taç ve tahtlar batar, mahvolur. Milletlerin esirliği üzerine kurulmuş müesseseler her tarafta yıkılmaya mahkumdurlar. Cumhuriyet fikir serbestliği taraftarıdır. Samimi ve meşru olmak şartıyla her fikre saygı duyarız. Egemenlik kayıtsız ve şartsız milletindir. Gerçi bize milliyetçi derler. Ama, biz öyle milliyetçileriz ki, işbirliği eden bütün milletlere hürmet ve riayet ederiz. Onların milliyetlerinin bütün icaplarını tanırız. Bizim milliyetçiliğimiz herhalde hodbince ve mağrurca bir milliyetçilik değildir.
*Bilelim ki milli benliğini bilmeyen milletler başka milletlere yem olurlar.
* Milli mücadelelere şahsî hırs değil, milli ideal, milli onur sebep olmuştur. Türk çocuğu ecdadını tanıdıkça daha büyük işler yapmak için kendinde kuvvet bulacaktır.
*Milli his ile dil arasındaki bağ çok kuvvetlidir. Dilin milli ve zengin olması, milli hissin gelişmesinde başlıca etkendir. Türk dili, dillerin en zenginlerindendir. Yeter ki, bu dil şuurla işlensin. Ülkesini, yüksek bağımsızlığını korumasını bilen Türk milleti, dilini de yabancı diller boyunduruğundan kurtarmalıdır. Bir dinin tabiî olması için akla, fenne, ilme ve mantığa uygun olması lazımdır.
*Türk Milletinin istidadı ve kesin kararı medeniyet yolunda, durmadan, yılmadan ilerlemektir. Medeni olmayan insanlar, medeni olanların ayakları altında kalmaya mahkumdurlar.
*Arkadaşlar, efendiler ve ey millet, iyi biliniz ki, Türkiye Cumhuriyeti şeyhler, dervişler, müritler, meczuplar memleketi olamaz. En doğru, en hakiki tarikat, medeniyet tarikatıdır. Medeniyetin emir ve talep ettiğini yapmak insan olmak için yeterlidir. Biz dünya medeniyeti ailesi içinde bulunuyoruz.
*Ey kahraman Türk kadını, sen yerde sürünmeye değil, omuzlar üzerinde göklere yükselmeye layıksın. Anaların bugünkü evlatlarına vereceği terbiye eski devirlerdeki gibi basit değildir. Bugünün anaları için gerekli vasıfları taşıyan evlat yetiştirmek, evlatlarını bugünkü hayat için faal bir uzuv haline koymak pek çok yüksek vasıflar taşımalarına bağlıdır. Onun için kadınlarımız, hattâ erkeklerimizden çok aydın, daha çok feyizli, daha fazla bilgili olmaya mecburdurlar; eğer hakikaten milletin anası olmak istiyorlarsa.
*Gençler cesaretimizi takviye ve idame eden sizlersiniz. Siz, almakta olduğunuz terbiye ve irfan ile insanlık ve medeniyetin, vatan sevgisinin, fikir hürriyetinin en kıymetli timsali olacaksınız. Yükselen yeni nesil, istikbal sizsiniz. Cumhuriyeti biz kurduk, onu yükseltecek ve yaşatacak sizsiniz. Yüksek Türk! Senin için yüksekliğin hududu yoktur. İşte parola budur. Benim naçiz vücudum nasıl olsa bir gün toprak olacaktır. Fakat Türkiye Cumhuriyeti ebediyen yaşayacaktır. Sizler, yani yeni Türkiye'nin genç evlatları! Yorulsanız dahi beni takip edeceksiniz... Dinlenmemek üzere yürümeye karar verenler, asla ve asla yorulmazlar. Türk Gençliği gayeye, bizim yüksek idealimize durmadan, yorulmadan yürüyecektir. Biz cahil dediğimiz zaman, mektepte okumamış olanları kastetmiyoruz. Kastettiğimiz ilim, hakikati bilmektir. Yoksa okumuş olanlardan en büyük cahiller çıktığı gibi, hiç okumak bilmeyenlerden de hakikati gören gerçek alimler çıkabilir. Müsbet bilimlerin temellerine dayanan, güzel sanatları seven, fikir terbiyesinde olduğu kadar beden terbiyesinde de kabiliyeti artmış ve yükselmiş olan erdemli, kudretli bir nesil yetiştirmek ana siyasetimizin açık dileğidir.
*Mualimler! Yeni nesli, Cumhuriyetin fedakâr öğretmenleri ve eğiticileri, sizler yetiştireceksiniz. Ve yeni nesil sizin eseriniz olacaktır. Eserin kıymeti, sizin maharetiniz ve fedakârlığınız derecesiyle mütenasip bulunacaktır. Milleti kurtaranlar yalnız ve ancak öğretmenlerdir. Öğretmenden, eğiticiden yoksun bir millet, henüz millet namını almak istidadını keşfetmemiştir. Dünyanın her tarafından öğretmenler insan topluluğunun en fedakâr ve muhterem unsurlarıdır. Okul sayesinde, okulun vereceği ilim ve fen sayesindedir ki, Türk milleti, Türk sanatı, Türk iktisadiyatı, Türk şiir ve edebiyatı bütün güzellikleriyle gelişir.
*Türkiye'nin asıl sahibi ve efendisi, gerçek üretici olan köylüdür. O halde, herkesten daha çok refah, saadet ve servete müstahak ve layık olan köylüdür. Onun için, Türkiye Büyük Millet Meclisi'nin iktisadi siyaseti bu aslî gayeye erişmek maksadını güder. Ekonomik kalkınma, Türkiye'nin hür, müstakil, daima daha kuvvetli, daima daha refahlı Türkiye idealinin belkemiğidir.
*Atatürkün Türk Tanımı: "Bu memleket, dünyanın beklemediği, asla ümid etmediği bir müstesna mevcudiyetin yüksek tecellisine, yüksek sahne oldu. Bu sahne 7 bin senelik, en aşağı, bir Türk beşiğidir. Beşik tabiatın rüzgarları ile sallandı; beşiğin içindeki çocuk tabiatın yağmurları ile yıkandı. O çocuk tabiatın şimşeklerinden, yıldırımlarından, kasırgalarından evvela korkar gibi oldu; sonra onlara alıştı; onları tabiatın babası tanıdı, onların oğlu oldu; Bir gün o tabiat çocuğu tabiat oldu; şimşek, yıldırım, güneş oldu; Türk oldu. Türk budur. Yıldırımdır, kasırgadır, dünyayı aydınlatan güneştir."
Atatürk adı, idealları əbədi yaşayacaqdır
Osmanlı dövləti Almaniya, İtaliya, Avstriya-Macarıstanla ("Üçlər birliyi") birlikdə I Dünya savaşından məğlub çıxmış, Antanta (İngiltərə, Fransa, Rusiya, ABŞ İttifaqına-Antantaya məğlub olmuşdu. Osmanlı Türkiyəsi 4 cəbhədə dünyanın 7 ən böyük dövlətinin bütün hərbi gücünə qarşı savaşırdı. Tək Çanaqqala savaşında Türkiyə 251 min Şəhid vermişdi (1600-ü Qafqaz türkü olmaqda-indi onların şərəfinə Çanaqqalada abidə ucaldılır!). Bir o qədər də hücum edən ingilis, fransız, ...həlak edilmişdi! Qurtuluş savaşında Şəhid olanların sayı 3 milyonu keçmişdi. Dünyanın, demək olar ki, bütün güclü dövlətlərinin əsas hərbi qüvvələrinin cəlb olunduğu savaşda Türkiyə tamamən işğal olunub pay-püş edilmişdi. Dəniz sularında lövbər salmış yadelli hərb gəmiləri Türkiyəni mühasirəyə alaraq ətraf dünya ilə əlaqəsini tamam kəsmişdilər. Əcnəbilər hələ onları gözləyən aqibətdən xəbərsiz idilər. 1919-cu ilin 19 mayında 18 nəfər silahdaşı ilə istiqlal-qurtuluş savaşına başlamışdı Atatürk...Elə bu hərbi gəmilərin arası ilə gecənin zülmətində sahilə qədəm qoyan Atatürk inam və qətiyyətlə belə demişdi: "Gəldikləri kimi də gedəcəklər!".Və 4 illik savaş-mücadilə ilə dediyini eləmişdi. 22 gecə-gündüz davam edən Sakarya meydan savaşında yadelliləri süpürüb Egey dənizinə tökən türk şücaəti dünyanı hünəri ilə heyrətləndirmişdi. Türkiyə ən böyük canlı insan-əhali itkisini qabaq-qənşər döyüşdə yox, içində, qoynunda əsrlərlə bəsləyib böyütdüyü xəyanətkar ermənilərin törətdiyi qətliamlarda vermişdi... Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə at(ıl)mışdı. O bu düşüncənin sahibi idi. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımzı orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm". 1923-cü ilin oktyabr ayının 29-da Ankaradakı Məclis binasında qopan alqış səsləri dünyaya yeni bir ölkənin qədəm qoyması barədə müydə verirdi. Hər bir türkün iftixarı olan, hər zaman sonsuz məhəbbət və sevgi ilə anılan, ən uca ada layiq görülən Mustafa Kamal Paşa Atatürk 600 il dünyaya hökm edərək sonda tarixə qovuşan Osmanlı imperiyasının dağıntıları üzərində qurulan yeni Türkiyə Cümhuriyyətinin ilk prezidenti oldu. Osmanlının dağılması ilə onun yerində 50 dövlət əmələ gəldi. Avrasiya yeni dövrə qədəm qoydu. Son da bu günkü Türkiyədir!
Əcnəbi hərb tarixçiləri hələ də bu qələbənin səbəbini, mahiyyətini izah edə, anlaya bilmirlər-türk ruhunun, mənəviyyatının nəyə qadir olduğunu, Atatürk ucalığını bütün əzəməti ilə dərk edə bilmədiklərindən, görəmədiklərindən! Atatürk əfsanə, mif, əsatir deyil- həqiqi Xilaskar idi və belə insanı yetirən xalq xoşbəxtdir, xoşbəxt olmağa layiqdir və buna borcludur, məhkumdur. Atatürk yolundan sapma Türkiyənin faciəsi, rəzaləti olar-elə Azərbaycan üçün də faciələr yaradar. Atatürk mənim üçün 1 nömrəli vətənsevər siyasətçi və millətsevər qəhrəmandır, xalqı, vətəni, milləti üçün yaşamanın, vuruşmanın, yorulmaz mücadilənin-həqiqi millət atası olmanın bütün zamanlar üçün əvəzolunmaz örnəyidir. Türkiyə ulu Atatürkün uzaqgörənliklə söylədiyi bu vəsiyyətə sadiqdir: Bir zaman SSRİ adlı xalqlar məhbəsxanası dağılacaqdır və indidən Türkiyə o vaxt öz türk qardaşlarına sahib çıxmağa hazır olmalıdır.”
Atatürkün qurduğu Azad, Müstəqil Türkiyədə Demokratiya artıq xalq tərəfindən qəbul edilmiş bir Ümummilli Dəyərə çevrilib-Atatürkün Türkiyəyə ən böyük töhfəsi budur!
Ulu öndər Atatürkün Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində dediyi bu vəsiyyət Azərbaycanın atəşkəsdən sonrakı dövrünə, II Qarabağ savaş yoluna da işıq saçmışdır:
“Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımızı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir".
Türkiyə son on illərdə dünya siyasətinin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi məkanda məğrurluğunu qoruyub saxlamağı bacaran, böyük güclərin planladığı siyasi-hərbi tuzakların içindən çıxmağı bacaran, dünya siyasətinə haqq, ədalət, siyasi əxlaq nümunəsini gətirən söz sahibi dövlətə çevrilib.
Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi dövründə Türkiyə Böyük 20-liyə daxil olub, dünyanın iqtisadiyyatına görə inkişaf etmiş 18-ci, Avropanın 7-ci ölkəsi, Ümumi daxili məhsul - ÜDM-in artım sürətinə görə dünya öncüllərindən olub.
17 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması və Ərdoğanın çağırışı ilə İstanbulun Topkapı meydanındakı milyonların mitinqi türk xalqının demokratiyaya, azadlığa, milli qürura, vətənə, Anadolu yurduna sahibliyinin, Atatürk ideyalarına sadiqliyinin təcəssümü oldu.
Türkiyə son illər dünyanın ən reytinqli sorğularında dünya siyasətinə təsir edən etkili dövlətlərdən birinə çevrilib.
2020-ci ildə Azərbaycanın apardığı 44 günlük II Qarabağ müharibəsində, 2023-cü ilin 19-20 sentyabrında 23 saat sürən anti-terror əməliyyatında Türkiyənin Azərbaycana hərtərəfli informasiya, hərbi, siyasi dəstəyi unudulmazdır, qardaş xalqlarımız, dövlətlərimiz arasında birliyin parlaq təzahürü, Türkiyənin Atatürk vəsiyyətlərinə sədaqətinin təcəssümüdür.
HACI NƏRİMANOĞLU, “Azərbaycan Sevdalısı 3 Paşa” kitabından I fəsil