Rusiya Xarici işlər naziri Sergey Lavrov: Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış həmin üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil.
Sünik bölgəsindən marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki bir işin hələ də kağız üzərində qalması çox təəssüf doğurur. Biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal sızmağa başladılar. Bu proseslər dəvətsiz gedir və spoyler rolunu oynayır.
"Deməyə bütün əsaslarım var ki, Qərb Rusiyanın vasitəçiliyi ilə İrəvanla Bakı arasında bağlanmış razılaşmaların baş tutmasına imkan vermək istəmir”, - Lavrov qeyd edib.
Buna misal olaraq Sünik rayonundan keçən yolu göstərmək olar. Nazirin sözlərinə görə, üçtərəfli bəyanatda qeyd olunduğu kimi, marşrutun açılmasında çətinlik çəkən Ermənistandır. İrəvan marşrut boyu təhlükəsizliklə bağlı yeni tələblər irəli sürür.
"Onlar istəmirlər ki, orada rus sərhədçiləri dayansın. Baxmayaraq ki, bunu yazıblar və baş nazir Paşinyan imzalayıb. Onlar istəmirlər ki, orada neytral gömrük və sərhəd nəzarəti olsun”, - Lavrov bildirib.
https://publika.az/news/nida_xeber/494370.html