Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş: Babam ötən əsrin əvvəlində Zəngəzur bölgəsindəki əhalini təşkilatlandırmaq və xalqı erməni yaraqlılarına qarşı qorumaq üçün mübarizə aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
“Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır. Olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsidir. Nuri paşanın komandanlığı altında Qafqaz cəbhəsində əvvəlcə Bakıya gəlir, sonra da Zəngəzurdakı əhalini təşkilatlandırmaq və erməni çətələrinə qarşı oradakı xalqı qorumaq üçün mübarizə aparır”, – parlament başçısı söyləyib.
64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib.
https://teleqraf.com/news/toplum/408575.html