Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən zengezur.com saytına verilən məlumata görə, 30 ölkədən 107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib.
Bəyanatda Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlıq və liderlik alqışlanır, dünya ölkələri iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi fürsətdən istifadə etməyə çağırılır.