“Hazırda Qəzza məsələsinə görə, Qırmızı dənizdə yaşanan problemlərlə əlaqədar qlobal ticarət zərər çəkir. Orta Dəhliz bu baxımdan qlobal əhəmiyyət daşıyır”.
zengezur.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
“Bu dəhliz Türk Dövlətləri Təşkilatı, Türk dövlətləri üçün önəmlidir. 21-ci əsr türklərin əsri olsun. Zəngəzur dəhlizi də açılmalıdır. Ermənistan Qarabağ məsələsinin həllindən sonra bu fürsətə sahibdir. Azərbaycanla, Türkiyə ilə sərhədlərin açılması, Zəngəzur dəhlizinin açılması lazımdır. Ermənistanın Konstitusiyası dəyişməlidir. Ermənistanın gerbində torpaqlarımız, Ağrı dağı var. Bunu aradan qaldırmaq lazımdır”.