zengezur.com 525.az-a istinadla xəbər verir ki, İcmanın açıqlamasında deyilir:
"Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bu məsələnin qapanmadığını bildirib. Qayıdış hüququndan danışan səfir ilk növbədə akkreditə olunduğu ölkədə bu sahədə vəziyyətə dair fikrini bildirməlidir. Görəsən səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə niyə bir dəfə də olsun danışmayıb?"
"Biz ABŞ hökumətinə bir daha müraciət edərək, onu Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son verməyə və onların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq", - açıqlamada bildirilir.