Tarixdə ilk dəfə Qlobal Cənubda - Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən BMT-nin Vətəndaş Cəmiyyəti Konfransı başa çatıb.
Konfransda 2 gün ərzində 2500-ə yaxın iştirakçı Nayrobidə qlobal mövzuları müzakirə edib. Əsas mövzulardan biri də dünyada iqlim dəyişmələri olub. Konfransın bağlanış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Keniya prezidenti Uillyam Samoei Ruto çıxışlar edib. Qlobal konfrans bu il sentyabrın 22-23-də BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dünya liderlərinin iştirakı ilə keçiriləcək “Gələcəyin Sammiti”nə hazırlıq məqsədilə təşkil olunub.
zengezur. com QHT Agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyətimiz Azərbaycanın Keniyadakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə keçirilən anım tədbirində iştirak edib. Tədbir iştirakçıları Ulu Öndəri xatirəsini dərin minnətdarlıq və ehtiramla yad ediblər.