AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevin “Yatmış mələkləri oyatmayın” adlı kitabı çapdan çıxıb.
Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı esselər toplanıb. Yazar hissi-analitik müstəvidə ədəbiyyatşünaslığımızda az-az gəlinən hermenevtik metodla diskursa yanaşır və özünəməxsus fərqli təhlillər ortaya qoyur. Respublikamızın müxtəlif bölgələrində olan elm və sənət adamlarının həyat və yaradıcılıqları onun mahir fırçası ilə canlandırılmışdır.
Kitabın ideya müəllifi və məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, redaktoru akademik Muxtar İmanov, elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, rəyçilər Lənkəran Dövlət Universitetinin dosenti Əlirza Əliyev və şair-publisist Aqil Yaqub, korrektoru mərkəzin əməkdaşı Fəranə Mikayılova, “Ön söz”ü mərkəzin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Samir Kərimova məxsusdur.
zengezur.com science.gov.az saytına istinadla xəbər verir ki, kitab AMEA Lənkəran Regional Elmi Mərkəzi Elmi şurasının qərarı ilə çap edilib.