Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda dağ-mədən sənayesinin inkişafı üçün böyük potensial var. Hazırda 175 ailədən ibarət 871 sakin Zəngilan rayonunun Ağalı kəndində yaşayır.
zengezur.com xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dağ-mədən sənayesinin inkişafı üçün böyük potensial mövcuddur. Hazırda bölgədə yerli və xarici şirkətlərin yatırımları ilə layihələr həyata keçirilir”, - deyə o əlavə edib.