“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi üzrə silsilə tədbirlər keçirib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən 2024-cü ilin may-iyul aylarında “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi həyata keçirilib.
Layihənin Fəaliyyət planına uyğun olaraq öncə Birliyin sədri, yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabı nəşr edilib. Nəşrə təqdim olunmadan əvvəl kitab elmi redaktorlar: siyasi elmlər doktoru Fətəli Abdullayev, tarix elmlər doktoru Lətif Babayev, rəyçilər: tarix elmlər doktoru Telman Quliyev, filologiya elmləri doktoru Aytən Bayramova, məsləhətçilər: prof. Abbas Abbasov, prof. Qulu Məhərrəmli, prof. Əliağa Cəfərov, Ön sözün müəlllifi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun iştirakı ilə müzakirə edilib, təkliflər, tövsiyələr dinlənilib və nəzərə alınaraq düzəlişlər, əlavələr edilib, sonra elektron variantı QHT Agentliyinə təqdim olunub, razılıq alındıqdan sonra nəşrə verilib.
“Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı Ön sözlə açılan kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər əks olunub.
Kitabdakı analitik yazılar, informasiya materialları, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış kimi fəsillərdə təqdim edilib.
Vətənimizin ayrımaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əlievin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən dövlət proqramlar, reallaşan layihələrin gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallar da nəşrdə ayrıca bölümlərdə yer alıb.
Üzlüyündə Prezident İlham Əliyevin “Mən demişdim ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”- sözləri əks olunmuş kitabda dövlət başçımızın apardığı məqsədyönlü siyasətin regionda daimi sülhün, əmin-amanlığın bərpasına şərait yaradacağına inam ifadə olunur. Kitab bu sözlərlə bitir: “Unutmayaq! Azad edilən torpaqları yenidən Ana Vətənə çevirmək borcumuz var, həm də o torpaqlarda axıdılmış Şəhid qanlarının, ulularımızın ruhu xatirinə!”
Kitabın geniş oxucu auditoriyasına əlyetənliyini təmin etmək üçün nəşrin elektron variantı Birliyin saytında yerləşdirilib və qısa müddətdə iki mindən çox baxış olub: https://zengezur.com/KITABLAR/son-zengezur.pdf
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabın təqdimatı olub. MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, kitabın məsləhətçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov, “Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin bacısı Röxsanə Səfərzadə, MEK-in elmi katibi Şəbnəm Rüstəmova və başqalarının çıxışlarında QHT Agentliyinin ciddi informasiya, maarifləndirmə yönümlü layihələri maliyyələşdirməsinin əhəmiyyəti vurğulanıb, yüksək poliqrafik formatda rəngli tərtibatda nəşr edilmiş 240 səhifəlik kitabın nüsxələrinin MEK-in nəşr və elektron bölməsində yerləşdirilməklə yanaşı, AMEA-nın kitabxanalarına, elm və təhsil müəssisələrinə də paylandığı qeyd edilib. Təqdimatın 100-ə yaxın iştirakçısına kitabın nüsxələri, üzərində QHT-nin loqosu və layihənin adı həkk olunmuş qələmlər hədiyyə olunub.
Kitabın daha geniş auditoriyaya çatdırılması üçün çox sayda nüsxələri iyunun 24-25-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarına, QHT və KİV mənsublarına, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə, Qərbi Azərbaycan İcmasına, Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin kitabxanalarına, M.F.Axundov adına Milli Kitabxanaya təqdim olunub. Heydər Əliyev adına Hərbi İnstitutda iyunun 27-də "Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri" mövzusunda keçirilən tədbirdə Birliyin sədri və kitabın müəllifi tərəfindən sözügedən nəşr haqqında ətraflı bilgi verilib, kitabın nüsxələri İnstitutun kitabxanasına, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinə hədiyyə edilib. Hərbi İnstitutun rektoru, Vətən müharibəsi qəhrəmanı polkovnik Nizami Mövlanov çıxışında QHT-nin bu nəşrində Azərbaycanın ordu quruculuğunda möhtəşəm uğurlarının, Vətən müharibəsində Zəfərinin, Prezident İlham Əliyevin müstəsna xidmətlərinin, Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildiyinin zəngin faktlarla əks olunduğunu razılıqlla vurğulayıb,
Layihənin fəaliyyət planına uyğun olaraq iyulun 8-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanının 3 illiyinə və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsinin Fəaliyyət planına uyğun olaraq “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru, şair Mehman Əliyev dövlət başçımızın imzaladığı bu sənədin mətnini iştirakçıların diqqətinə çatdıraraq tarixi Zəngəzur mahalının əsrlər boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, böyük tarixi ədalətsizliklə İrəvan mahalı, Qərbi Azərbaycanın digər torpaqları kimi nankor qonşularımıza peşkəş verildiyini tarixi faktlarla vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsininin tarixi-siyasi əhəmiyyətini qeyd edən natiq bildirib ki, 44 günlük müharibədə qazanılan möhtəşəm zəfərdən sonra Şərqi Zəgəzur ellərinin da Ana Vətənə qovuşmas, bu torpaqların dirçəlişi, yenidən məskunlaşdırılması prosesi də dövlət başçımızın başçılığı ilə uğurla davam edir və indi diqqətinizə təqdim ediləcək təqdimat bu mövzuya həsr edilib.
Layihə rəhbəri və müəllifin video-təqdimatında Vətən müharibəsində qələbənin ilk günlərindən başalayaraq Şərqi Zəngəzur ellərində həyata keçirilən irimiqyaslı bərpa, quruculuq, məskunlaşdırma işləri əks olunub, sözügedən kitab elektron tabloda təqdim edilib, iştirakçıların sualları cavablandırılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, şöbənin aparıcı məsləhətçisi Səyyad Babakişiyev, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarından fəlsəfə doktorları Samir Kərimov, Fəranə Mikayılova, Aqil Həsənov, Fuad Hüseynov və İsaq Məmmədov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda razılıq hissi ilə bildirilib ki, QHT-nin bu layihəsi çərçivəsində ilk tədbir olaraq Bakı, Lənkəran, Astara və Sabirabaddan olan, 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında erməni işğalçılarına qarşı döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərimizin valideynləri və qazilərin həmin torpaqlara səfərləri də təşkil edilib. AMEA-nın və REM-in ilk şəhidi Mahsun Bağırzadənin atası Zahir Bağırov, şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov övladlarının şəhid olduqları məkanları onların səngər yoldaşları, son döyüşlərinin şahidləri baş leytenant Elnur Talıbov, II qrup əlil Möhnət Səmədovun, bir qrup alim və yazarın iştirakı ilə ziyarət ediblər, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı dirçəliş, quruculuq, qayıdış, məskunlaşma işləri ilə tanış olublar, onların qulluq etdiyi hərbi hissəsinin şəxsi heyəti ilə görüşüblər, axıdılan qanların hədər getmədiyini görməkdən qürur duyublar, qayıtdıqdan sonra səfər xatirələrini bölüşüblər. Şəhid atası Zahir Bağırov əhəmiyyətli layihəyə görə QHT Agentliyinə təşəkkür edib.
İştirakçılara, DQDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinə, REM və digər dövlət, qeyri-hökumət və media qurumlarına “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının nüsxələri təqdim olunub.
Tədbirdən sonra Vətən müharibəsində canlarını fəda etmiş Lənkəranlı şəhidlərin məzarları, xatirə abidələri, muzeyləri ziyarət olunub.
Layihə çərçivəsində həmçinin Birliyin zengezur.com saytında yaradılmış “Fotoqalereya” bölməsində “Danışan fotolar: Qarabağ və Şərqi Zəngəzurun Dirçəlişi Birinci xanım Mehriban Əliyevanın feysbuk səhifəsində” başlığı ilə yerləşdirilən çoxsaylı fotolar da layihənin mahiyyəti, məqsəd və vəzifələri barədə seyrçilərə zəngin informasiya çatdırır.
QHT Agentliyi ilə imzalanmış müqaviləyə uyğun olaraq layihənin icra prosesi, keçirilən tədbirlərin vaxtı, yeri, keçirildikdən sonra hazırlanmış press-relizlər, foto, video materiallar layihə üzrə kurator və media menecerinin elektron poçtlarına göndərilib, onların sualları cavablandırılıb.
Layihənin icrası ilə bağlı respublika mediasında, sosial şəbəkələrdə 46 informasiya yayınlanıb, o cümlədən AZƏRTAC-da 4 sayda olmaqla, "Xalq qəzeti", "Respublika", “525-ci qəzet”, "Azərbaycan müəllimi", "Bütöv Azərbaycan", "Vətən səsi", "Şərq", “Səs, ”“İki sahil” qəzet və saytlarında aşağıdakı xəbərlər, informasiya materialları yayılıb:
Kitabın nəşri ilə bağlı KİV-də yayılan informasiyalar;
1.https://azertag.az/xeber/serqi_zengezur___quruculuq_ve_boyuk_qayidisin_unvani-3045962
3.https://www.respublika-news.az/az/news/serqi-zengezur-quruculuq-ve-boyuk-qayidisin-unvani
5.https://www.muallim.edu.az/news.php?id=30683
9.https://x.com/mtm_az/status/1799370601330831680
Kitabın təqdimatı ilə bağlı yayılan informasiyalar;
- https://azertag.az/xeber/mek_de_serqi_zengezur___quruculuq_ve_boyuk_qayidisin_unvani_kitabinin_teqdimati_kechirilib-3072182
- https://xalqqazeti.az/az/medeniyyet/184836-serqi-zengezur-quruculuq-boyuk-qayidisin?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2vLckDZGXhmo0MMayhbsdc_eliCUS9OI4br1AiklJIwvVqteMAwSjzVcc_aem_yIu8qo8zvGSBmjpWDSSKfg
- https://525.az/news/123562-merkezi-elmi-kitabxanada-zengezur-haqqinda-kitab-teqdim-olunub
- https://www.instagram.com/amea_mek/p/C8v2yVIowNg/?img_index=1
- https://mail.gununxeberi.az/3247-mek-de-serqi-zengezur-quruculuq-ve-boyuk-qayidisin-unvani-adli-kitab-teqdim-olunub.html
- https://respublika-news.az/az/news/serqi-zengezur-quruculuq-ve-boyuk-qayidisin-unvani?fbclid=IwZXh0bgNhZW0CMTAAAR2fyO9muhCqzuVzcT_kakUezxgPibve3tCh2jJGqmM5hXiOvZ4zGh1iT28_aem_Aef14fqXhkVQVCRLBFbRk3oaiUJtTzI00L6yAvIBC8QjSX5PV9pfKGLkaVCotDhPyn2P7dOJvAgdpRt8P9Dhtrd3
- https://ikisahil.az/post/528827-sherqi-zengezur-quruculuq-ve-boyuk-qayidishin-unvani-foto?fbclid=IwZXh0bgNhZW0CMTAAAR2cZ51hRZR7KxwkpNoCVEdd5bOKAcWfRpZUzT_ktZ373yHYQI-2FQTkzkc_aem_Z5JsQVYp7izID5fQZIO_mg
- https://www.facebook.com/mekirm/?locale=sq_AL
- https://www.bayraqdar.info/?s=Hac%C4%B1+N%C9%99rimano%C4%9Flu
- https://zengezur.com/index.php/kh-b-rl-r/598-mek-d-s-rzhi-z-nzh-zur-zhurudzuluzh-v-boeyuek-zhay-d-s-n-uenvan-kitab-n-n-t-zhdimat-olub?fbclid=IwZXh0bgNhZW0CMTAAAR3tOmfyEjvVBs7fwLeeR8yG7ZYmdVmq2VieAT7IHM2AfuAobDtJSPf30tU_aem_aiIE5kX60639UsJ3KTQwHw
- https://avropa.info/post/413060?fbclid=IwZXh0bgNhZW0CMTAAAR1gRfUSyUiS9dF7gPMZQan4Zb0RV4PEB-9w2nXLv34Ft09HZ4ZqCFUXPxM_aem_YqRgbnzudzdGo-fZ2I9fMQ
- https://tehsil.biz/news/az/77686/rqi-Zngzur-Quruculuq-v-Byk-Qaydn-nvan-kitabnn-tqdimat-olub-FOTO
- https://azia.az/edebiyyat/49840-mek-de-serqi-zengezur-quruculuq-ve-boyuk-qayidisin-unvani-adli-kitab-teqdim-olunub.html
- https://sherg.az/gundem/266323\
- https://butov.az/edebiyyat/zengezur/39472-rqi-zngzur-quruculuq-v-boyuk-qaydn-unvan.html
- https://ordum.az/medeniyyetxeberleri/9537-serqi-zengezur-quruculuq-ve-boyuk-qayidisin-unvani.html
- https://www.facebook.com/mekirm/posts/pfbid0285h5Y5F4bEdXhUxN2CMrqhKhQnwZJdzvP8RarvN2bzgrrnTrxCuZLbq53gQw392tl?rdid=ZcGgBBb1JY8Glk5r
- https://x.com/www_mek_az/status/1806561214220132512
Astara, Lənkəran, Sabirabad, Bakıdan olan Şəhid ailələri və qazilərin Şərqi Zəngəzura (Cəbrayıl-Zəngilan-Qubadlı) səfəri (layihə rəhbərinin şəxsi vəsaiti hesabına);
- https://azertag.az/xeber/sehid_atalari_ve_qaziler_cebrayil_zengilan_ve_qubadlida_olublar-3033426?fbclid=IwZXh0bgNhZW0CMTAAAR0r2PEynn7bBJdxHTFhn1JdehaLVM6dQd48zbIjwonPaYOt-uzL0t2Zz9M_aem_AaYdr94b1LEb3enrlmLy-BOYXZk5ihvqSNe6sTbr_pkxYWOmgxmlgT_lt1JBr2FXAQJjHShEjCqKaKcoy8Ie1uPR
- https://www.azerbaijan-news.az/az/posts/detail/sehid-atalari-ve-qaziler-cebrayil-zengilan-ve-qubadlida-olublar-1717221391
- https://files.preslib.az/projects/jabrayil/xronika.pdf
- https://sia.az/search.php?query=%C5%9E%C9%99hid+atalar%C4%B1+v%C9%99+qazil%C9%99r+C%C9%99bray%C4%B1l%2C+Z%C9%99ngilan+v%C9%99+Qubadl%C4%B1da+olublar
- https://ikisahil.az/post/522598-shehid-atalari-ve-qaziler-cebrayil-zengilan-ve-qubadlida-olublar
- https://tv.ikisahil.az/post/522598-shehid-atalari-ve-qaziler-cebrayil-zengilan-ve-qubadlida-olublar?fbclid=IwZXh0bgNhZW0CMTAAAR0NsQTK-OgTy8iw3WOWUB1wkZUKfRSGihWdk92UB5TAASylLuxv9eZjIho_aem_Aedj7no9rSNGlQMUzv_AxmFH7CkjRdbwnS8LFnPNOdtZMxUgUd5fvSm6iPsjP9YhdEv3NtkhsINbWmvigT2FjFDD
- https://azerforum.com/ru/article/7117462/?fbclid=IwZXh0bgNhZW0CMTAAAR2fyO9muhCqzuVzcT_kakUezxgPibve3tCh2jJGqmM5hXiOvZ4zGh1iT28_aem_Aef14fqXhkVQVCRLBFbRk3oaiUJtTzI00L6yAvIBC8QjSX5PV9pfKGLkaVCotDhPyn2P7dOJvAgdpRt8P9Dhtrd3
- https://www.ilk.az/meqale/sehid-atalari-ve-qaziler-cebrayil-zengilan-ve-qubadlida-olublar
- https://zengezur.com/index.php/kh-b-rl-r/579-s-hid-atalar-v-zhazil-r-dz-bray-l-z-nzhilan-v-zhubadl-da-olublar
- https://butov.az/edebiyyat/zengezur/38927-hid-atalar-v-qazilr-rqi-zngzurda.html?fbclid=IwZXh0bgNhZW0CMTAAAR2dLlTo7ZnG2Ru9Pj-NWcN_2xpMyDLwd9ePoN4p8HaLdBI7RinYsSBkEHA_aem_ARFHTfIDwNfUT8JocaEwc8689lJEXkpt80waNgesOb-s7-i8ICCFVuvN0-oopwtPGOxopJBtbPFNWV0cdw-Fj3xG
AMEA Lənkəran REM-də “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzuda dəyirmi masa;
- https://azertag.az/xeber/serqi_zengezuru_ana_vetene_qovusduran_siyaset_movzusunda_elmi_seminar_kechirilib-3088150
- https://science.gov.az/az/news/open/29599
- https://scara.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/lenkeranda-serqi-zengezuru-ana-vetene-qovusduran-siyaset-movzusunda-tedbir-kecirilib
- https://sia.az/az/news/education/1170852.html
- https://xeber24.media/gundem/2629-amea-nn-lnkran-regional-elmi-mrkzind-seminar-rqi-zngzuru-ana-vtn-qovuduran-siyast.html
- https://tehsil365.news/az/news/15872/
- https://zengezur.com/index.php/kh-b-rl-r/606-s-rzhi-z-nzh-zuru-ana-v-t-n-zhovusduran-siyas-t-moevzusunda-elmi-seminar-kedzirilib
- https://butov.az/edebiyyat/zengezur/39585-rqi-zngzuru-ana-vtn-qovuduran-siyast.html
- https://ordum.az/cemiyyet/9542-serqi-zengezuru-ana-vetene-qovusduran-siyaset.html
- https://az.ajmedia.jp/s%c9%99rqi-z%c9%99ng%c9%99zurda-aparilan-quruculuq-v%c9%99-boyuk-qayidis-isl%c9%99rin%c9%99-dair-silsil%c9%99-t%c9%99dbirl%c9%99r-kecirilib/
- https://azertag.az/xeber/serqi_zengezurda_aparilan_quruculuq_ve_boyuk_qayidis_islerine_dair_silsile_tedbirler_kechirilib-3110126