Avqustun 15-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Şamaxı şəhərində yerləşən Vergilər Nazirliyi Tədris Mərkəzində ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” mövzusunda 3 günlük təlimlərə başladı. Agentliyin icraçı direktoru Aygün xanım Əliyeva giriş nitqi ilə açılış etdi.
Qeyd edək ki, QHT Agentliyinin təşkilatçılığı ilə cari il iyun ayında Şərqi Zəngəzur bölgəsində 2 gün ərzində 200-ə yaxın ictimai təşkilat təmsilçilərinin iştirakı ilə reallaşan “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” yaddaqalan silsilə tədbirlərin, müzakirələrin ictimai əhəmiyyəti, mütəşəkkilliyi, vətəndaş cəmiyyətinin inkişafına verdiyi davamlı, dəyərli töhfələri ilə yadda qalmışdır.