Tanınmış şair, istedadlı yazıçı, peşəkar jurnalist və bacarıqlı media təşkilatçısı Rəşad Məcidin 60 yaşı olur. O, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü kimi fəal ictimai, mədəni iş aparır. Ölkəmizdə və xaricdə 20-dən çox kitabı nəşr olunub.
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rəşad Məcid xarakterində, yaradıcılığında və insanlarla ünsiyyətində səmimiyyəti ilə seçilir. O, bu cəhətləri ilə də cəmiyyətdə özünə sevgi, hörmət qazanan üzdə olan azsaylı tanınmışlardan biridir.
Rəşad Məcidi 60 illik yubileyi münasibətilə təbrik edir, ona bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirik.
“Zəngəzur” İctimai Birliyinin İdarə Heyəti, zengezur.com saytı