10 sentyabr Zəngəzur elimizin Azərbaycana bəxş etdiyi layiqli simalardan biri Əhliyət Adıgözəlovun dünyaya gəldiyi gündür. Əhliyət müəllim 25 ildir Təhsil Nazirliyində (ETN) məsul vəzifələrdə çalışır, "Azərbaycan Respublikasının Əməkdar Müəllimi", "Qabaqcıl təhsil işçisi" fəxri adlarına layiq görülüb, Nazirlik üzrə YAP-ın sədr müavinidir. O, mədəniyyəti, əxlaqı, bilik, bacarığı, ləyaqəti ilə respublikamızın bütün guşələrində qazandığı xətir-hörmətlə həm də doğulduğu torpağın adını ucaldıb.
Xatırladım ki, onun atası mərhum Musa Adıgözəlov “Şərəf nişanı” ordeni ilə təltif edilib, 31 il Göyərcik, Seytas, Bəxtiyarlı, Cılfır və Göyərəbas kəndlərini özündə birləşdirən Göyərcik sovetliyinin sədri, rayon sovetinin deputatı olub, el-obanın duz-çörəkli kişilərindən, nəcib ağsaqqallarından idi.
Əhliyət müəllim “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, daimi təəssübkeşlərindən biridir.
Birliyimizin Ağsaqqallar Şurası və İdarə Heyəti adından Əhliyət Adıgözəlovu təbrik edir, Ulu Yaradandan ona bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirik.