Azərbaycanın sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı son Zəfərə yaxınlaşır. Bu müharibənin hərbi-strateji planlamasındakı peşəkarlıq, yeni orijinallıq yanaşma, novatorluq artıq dünyanın bir çox ölkəsinin hərbçiləri tərəfindən yüksək dəyərləndirilib, bundan sonra da uzun illər öyrəniləcək, hərb və tarix kitablarına salınacaqdır. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdəki ən mühüm strateji mövqelərdə möhkəmlənmiş erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında aciz, gücsüz, miskin duruma düşməsi, darmadağın edilməsi faktlarda, Müdafiə Naziliyinin, eləcə də Ermənistanın rəsmi qurumlarının yaydığı video görüntü, çıxışlarda appaçıq görünür. Görünən dağa bələdçi nə lazım?! Ermənistanı, qondarma dağlıq qarabağ respublikası adlandırdığı bic uşağı doğub, əmizdirib, bələyib yekəldən, həm də Azərbaycanın üstünə qısqırdan iri buynuzlular, tətikçi dövlətlərin özləri də çarəsiz, pat vəziyyətdə qalıblar, kömək, yardım filan da yetərsiz qalıb, erməni hərb maşını tamam sıradan çıxarılıb. Savaşda qazanılan uğurlarımızın səbəblərini sıralayaq: 1.Xalqın döyüş əzmi, savaş ruhu, milli qeyrət və düşüncəsi, erməni təcavüzünün nəticələrini qəbul etməməsi, əsarətlə barışmamağı;
2.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əzmi, xalqı qələbəyədək aparmaq məharəti, şəxsi qüruru, mənəvi keyfiyyətləri;
3.Milli Ordumuzun müasir modern silahlarla, insansız hava aracı - İHA, digər hərbi-texniki vasitələrlə təchizatı, peşəkarlığı, döyüş ruhunun yüksək olması;
4.Qardaş Türkiyə Cümhuriyyəti, Ərdoğan kimi dünyanın hesablaşdığı arxa, dayağın olması, beynəlxalq arenada sözümüzü deməsi, haqq işimizi dünyaya yayması, Ərdoğan-Putin razılaşması;
5.Erməni təxribat, təcavüzünə qarşı qətiyyətli savaşa başlamaq üçün seçilmiş zamanın bizim üçün əlverişli olması (Rusiya və ABŞ-da seçkilər, maliyyə problemləri, sanksiyalarla çökdürülən Rusiyanın Türkiyə ilə hərbi-sənaye kompleksi üzrə bağlanmış çoxmilyardlıq sazişlər, pandemiya və sair);
6.Rusiyadan Ermənistanın baş naziri Paşinyana, Avropa, NATO yönümlü hərəkətlərə görə verilən qulaqburma, cızdığı ssenaridən, cızıxdan çıxmağı, çıllaq atması, nakorluğunun cəzası;
daha bir neçə məsələni əlavə etmək olar.
Hərbi üstünlük masa arxasında da davam etməlidir, yəni Azərbaycan qalibiyyətli savaşın sonunda nələrə nail olmalıdır:
1.Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından, genosidi tanıtma siyasətindən rəsmən, yazılı şəkildə imtina etməli, son verməlidir.
2. Azərbaycanla Ermənistan arasında əgər sülhməramlı silahlı qüvvələrin yerləşdirilməsi zərurəti yaranarsa, bu müvəqqəti dövr üçün nəzərdə tutulmalı və yalnız Ermənistanın Laçın rayonu ilə kiçik sərhəd bölgəsini əhatə etməlidir.
3.Sülhməramlı adı ilə yerləşdiriləcək kiçik kontingentin bir tərəfi mütləq Türkiyə hərbçiləri olmalıdır.
4.Dağlıq Qarabağa muxtariyyət və Ermənistan arasında dəhliz-koridor verilməsi, yalnız Ermənistanda Azərbaycanlıların yaşamış olduğu əraziyə muxtariyyət verilməsi və qaçqınların həmin torpaqlarda yaşama haqq-hüququnun tanınması, Zəngilan rayonu ilə Mehridən keçməklə Naxçıvana dəhliz-koridor verilməsi ilə paralel aparılmalı, müzakirə edilməlidir.
Bərpa planı hazırlanmalı, dağıdılmış kəndlərin əvəzinə yeni abad qəsəbələr salınmalıdır
5.Dağılmış, məhv edilmiş bölgələrdəki 30 il əvvəl olduğu kimi, adda-budda, sivil yaşayış üçün qeyri-münasib kəndlərin (Qubadlıda 7, 10-15 evli, heç bir sosial obyekti, şəraiti olmayan çoxlu kəndlər var idi) əvəzinə, yeni, müasir kommunal, infrastruktura, etibarlı mühafizə, müdafiəyə malik qəsəbələr salınması planlaşmalıdır.
6. Respublikamızın bütün guşələrindən gənc ailələrin, ən çox da hərbçi ailələrinin işğaldan azad edilən bölgələrə köçürülməsi üçün Dövlət proqramları hazırlanmalıdır.
Hacı Nərimanoğlu