2024-cü ilin 3 oktyabrında paytaxt Ankarada Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri” adlı panel keçirilib.
zengezur.com https://www.trt.net.tr/azerbaycan/video/turkiye-3/turk-m-kdasliginin-hazirki-v-ziyy-ti-v-g-l-c-k-perspektivl-ri-video istinadla xəbər verir ki, Türk Dövlətləri Təşkilatının yaradılması üzrə Naxçıvan Sazişinin 15-ci ildönümü və 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə keçirilən sessiyada Türk dövlətləri arasında əməkdaşlığın əldə olunmuş nailiyyətləri və gələcək perspektivləri müzakirə olunub.
Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömireliyev Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında əldə edilən irəliləyişlərdən danışdı, Türklərin rifahı və birliyi naminə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı.
Baş katibin çıxışından sonra Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amireyev qardaş ölkələr arasında iqtisadi inteqrasiya, birgə layihələr üçün alternativ resursların yaradılması, xarici investisiyaların cəlb edilməsi kimi məsələlərə toxundu.
Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev daha inteqrasiya olunmuş Türk dünyası üçün həyata keçirilən elmi və mədəni layihələrdən bəhs etdi.
TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er qardaş Türk dövlətlərini birləşdirən əlaqələrin hər sahədə olduğu kimi parlamentlər arasında da güclü səviyyəyə çatdığını bildirdi.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Rayimkulova dedi ki, türk dövlətlərinin bir təşkilat olaraq birləşməsi qardaşlıq bağlarını gücləndirən əsas kimi ortaq kimliyin qorunub saxlanılmasına imkan verir. “Bizim mənəvi irsimiz sərvətimizdir. Bu, həm də şəxsiyyətimizin mahiyyəti, bizə yol göstərən nurdur”.
TÜRKSOY Baş katibinin müavini Sait Yusuf “Türk Dünyasının əslində “bir dünya” demək olduğunu, ümumtürk mədəniyyətinin və tarixinin hər yerdə təsirli iz qoyduğunu vurğuladı.
Etiketlәr: Türk Mədəniyyəti və İrsi Fondu prezidenti , 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü , Türk Dövlətləri Təşkilatı 15 yaş , Naxçıvan Sazişi 15 illiyi Ankara , Türk İnvestisiya Fondu prezidenti Bağdat Amireyev , TDT baş katibi Kubanıçbek Ömireliyev , Türk Akademiyası prezidenti , professor Şahin Mustafayev , TÜRKPA Baş katibi Mehmet Süreyya Er , professor Aktotı Rayimkulova , TÜRKSOY Baş katibi müavini Sait Yusuf