İzmirin Ege Universitetində Azərbaycan Milli Mətbuatının banisi, Rusiya türkləri içərisində ilk anadilli jurnalistikanın əsaslarını yaradan Həsən bəy Zərdabinin xatirəsinə həsr olunan Türk Dünyası Mətbuatı simpoziumu təşkil olunub.
Oktyabrın 15 - dən 19 -dək davam edən elmi toplantıya Türkiyə, Azərbaycan, Özbəkistan , Qazaxıstan, Qırğızıstan , Quzey Kıprıs və İrandan 110 mətbuat tarixçisi, bilim insanı, ədəbiyyatşünas qatılıb.
Simpoziumun təşkilatçısı Dos.Dr. Yılmaz Özkaya simpoziumun açılışında Həsən bəy Zərdabini Türk Dünyasının ilk peşəkar mətbuat xadimi, böyük maarifçi, əvəzolunmaz müəllim, fikir, düşünçə insanı adlandırıb. Y.Özkaya bildirib ki, Ege universitetinin ədəbiyyat fakültəsinin Türk Dünyasının modernləşmə hərəkatı ilə bağlı təşkil etdiyi ikinçi böyük elmi toplantının Həsən bəy Zərdabinin xaturəsinə həsr olunmasının önəmi böyükdür.
" Əkinçi " qəzeti RusiyaTürklərinin milli oyanışında, öznüdərk prosesində , qəzetçilik işinin qurulmasında, abnadilii jurnalistikanın formalaşmasında böyük rolu var. Həsən bəy ərəb qrafikalı hürufatı İstanbuldan satın alaraq Bakıya gətirəib, milli qəzetin əsasını qoyub. Bir qədər sonra bu maarifçilik işini Baxçasarayda İsmayıl bəy Qaspralı davam etdirib.
Türkiyənin tanınmış tarixçi alimləri, professor Yavuz Akpınar, professor Sema Barutcu, professor Hasan Krımlı, professor İbrahim Maraş Həsən bəy Zərdabi ilə başlanan və Krımda İsmayıl bəy Qaspralı ilə davam etdirilən türk mətbuatının keçdiyi müxtəlif mərhələlərdən, cədiçilik hərəkatından , Rusiya türklərinin modernləşməsində mətbuatın rolundan danışıb, mətbuatın indiki vəziyyəti təhlil olunub.
Sonra müxtəlif mövzular ətrafında alimlərin mühazirələri dinlənilib, müzakirələr aparılıb.
Azərbaycandan simpoziuma qatılan professor Qafar Caxmaqlı, Akif Aşırlı, Nazim Muradoğlu, Hacı Abdulla, Odər Əlizadə ,Təhminə Bədəlova, Hicran Əhmədova, Yeganə Babayeva və digər alimlər anadilli jurnalistikamızın təşəkkülü , mətbuat tariximizin örnək qəzet və dərgilərinin ideya- siyasi istiqamətləri , inkişaf və tənəzzül dövrləri, mətbuatın cəmiyyətin inkişafında medianın rolu barədə mühazirələr oxuyub, müzakirələrdə aktiv iştirak ediblər.
Oktyabrın 18- i və 19 - da elmi toplantı onlayın formatda davam etdirilib, simpoziumun işinə canlı qatıla bilməyən alimlərin məruzələri dinlənilib.