Doğulduğu, daim həsrətini çəkdiyi Qubadlıdan uzaqda Saray qəbirsanlığında dəfn mərasimində çıxış edən keçmiş şagirdləri - hacı Həmdullah Əfəndiyev, hacı Müntəxabb Mirsədizadə, mühəndis-texnoloq Yaqub Yaqubov, neftçi-mühəndis Aslan Allahverdiyev, siyasi elmlər doktoru Fətəli Abdullayev, polkovnik Sadiq Paşayev, tikinti mühəndisi Yavər Zeynalov, fəlsəfə doktoru Hacı Nərimanoğlu və başqaları sevimli müəllimlərinin mənalı ömür yolundan danışıblar, əziz xatirəsini hər zaman yaşadacaqlarını bildiriblər.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Lətif müəllim Məhərrəmovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, doğma, əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
"Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi İdarə Heyətinin sədri Dr. Hacı Nərimanoğlu