AMEA Tarix və Etnologiya İnstitutunda son vaxtlar aparılan elmi tədqiqatların kəmiyyət və keyfiyyəti yüksəlib, əhatə dairəsi genişlənib, nizam-intizamın səviyyəsi xeyli yaxşılaşıb. İnstitutda cari ilin yekunlarına həsr olunmuş iclasda bu barədə ətraflı müzakirələr aparılıb, gələcək hədəflər müəyyən edilib.
İnstitutdan zengezur.com saytına verilən məlumata görə, 2024-cü il ərzində institutda 17 problem üzrə 43 mövzu, 200-dək iş tədqiq edilib. 23 mövzu və 180-dək iş üzrə tədqiqat tamamlanıb. 20-dək monoqrafiya, 2 respublika konfransının materiallar toplusu, 2 beynəlxalq konfransın materiallar toplusu, 1 sənədlər toplusu nəşr olunub. 59 məqalə və tezis beynəlxalq konfranslarda, 20 məqalə və tezis respublika konfranslarında, 54 məqalə xarici jurnallarda, 58 məqalə respublikada yüksək səviyyəli elmi jurnallarda nəşr edilib, 4 elmlər doktoru və 2 fəlsəfə doktoru avtoreferatı çap olunub.
İnstitutun Elmi Şurasının 2024-cü ildə 7 iclası keçirilmiş, bu iclaslarda 300-dək məsələyə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir. Elmi işlər haqqında 100-dək, elmi ezamiyyətlərə dair hesabatlarla bağlı 64, doktorantura, doktorluq mövzuları, elmi rəhbərlər haqqında 56, elmi ad almaq üçün müraciətə baxılması haqqında 3 qərar verilmişdir və s.
Bildirilib ki, İnstitutun saytının fəaliyyətinin təşkilindəki bəzi obyektiv çətinliklərə baxmayaraq bu il 200 minədək baxış olmuşdur. Top 10-luqda İspaniya, Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya, Polşa, Ermənistan və ABŞ yer almışdır və s.