Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin mənasız sülh, danışıqlar çağırışına aldanmaq yoxdur, təzyiqlərinə əyilmək yoxdur, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan… alınmadan durmaq bağışlanmaz səhv olardı, yalnız tam qələbədən sonra masa arxasında oturmaq var. Durmaq yox, son qələbəyədək davam. Bütün diləklərimiz, xeyir-duamız sənin üçündür, yolun açıq olsun, xalq səndən zəfər gözləyir, sənə inanır, canımızın, cismimizin ən əziz parçası-Azərbaycan Ordusu! "Qurani-Kərim", Bəqərə surəsi, 179-cu ayə: "Ey ağıl yiyələri, qisas alırsınızsa, deməli, yaşayırsınız..."
10 minlik nizami ordu hissəsinin başında Zəngəzurun yuxarı hissəsini qan içində məhv edən general Andronik Ozanyanın seçmə qoşun hissələrini xalq qəhrəmanı Sultan bəyin (Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanovyn qardaşı) başçılıq etdiyi silahlı könüllülər, partizan dəstələri Laçının Zabux dərəsində mühasirəyə alıb qırmış, ardınca ən yüksək strateji əhəmiyyətli yüksəklikləri azad edərək möhkəmlənmişdi (təəssüf ki, məktəblərimizin tarix dərsliklərində belə uğurla hərbi əməliyyatlar, ermənilərə vurulan yaralar barədə məlumatlar yazılmır).Acı təəssüflər olsun ki, Cümhuriyyət Hökumətinin Zəngəzur qəzasına göndərdiyi qoşunların rəhbərliyindəki erməni əsilli xəyanətkar zabitlər Baş qərargahda hazırlanmış planı -"Zəngəzur əməliyyatı"nı 200 min rubla ermənilərə satıb qazanılmış qələbələri heçə endirmiş, yüksəklikləri əldən verib qoşunu acı məğlubiyyətə düçar etmişdilər.
Bunun ardınca 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının aşağı hissəsində Qafan bölgəsinə bağlı Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanmışdı. Qaniçən, qisasçı erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib.
Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə aman verilməyib. Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib.
Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən müsəlman kəndlərində hər kəsi belə sonun gözlədiyini söyləsin.
Bundan sonra aşağı Zəngəzurda Cümhuriyyət qoşunların hərbi əməliyyatlara başlaması erməni başbilənlərini bu dəfə başqa yol seçməyə vadar etdi. Erməni xisləti bu dəfə də başarılı oldu. Cümhuriyyət Hökuməti və Parlamentinin rəhbərlərinin humanist, insani, səmimi, əxlaqlı mənəviyyatına yaxşı bələd olan ermənilər Azərbaycan tərəfini bu dəfə yalançı sazişlə aldada bildilər.
1919-cu il 23 noyabrda Tiflisdə Azərbaycan və Ermənistanın hökumət başçıları ABŞ və Gürcüstan təmsilçilərinin də iştirakı ilə atəşi dayandırmaq barədə sazişə qol çəkirlər. Bu saziş o günlərdə imzalanmışdı ki, dörd gün qabaq axıdılan qanlar hələ qurumamışdı.
Ermənistan hökumətinin nümayəndəsi baş nazir Xatisov və Azərbaycan hökumətinin nümayəndəsi baş nazir Usubbəyov arasında imzalanmış sazişin mətni belədir: “Ermənistan və Azərbaycan hökumətləri indi baş verən düşmənçilik hərəkətlərini dayandırmağı və bir daha silaha əl atmamağı öhdələrinə götürürlər. Ermənistan və Azərbaycan hökumətləri dinc mal mübadiləsi üçün Zəngəzura aparan yolların təmiri və açılması məqsədilə təsirli tədbirlər görməyə razıdırlar. Sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli məsələlər ilə bağlı növbəti paraqrafda xatırladılan konfrans tərəfindən qərar qəbul edilənədək Ermənistan və Azərbaycan hökumətləri bu məsələləri sülh sazişləri vasitəsilə həll etməyi öhdələrinə götürürlər. Əgər bunu yerinə yetirmək mümkün olmazsa, hər iki hökumətin qərarına tabe olmağa razılaşdığı hakim kimi hər hansı bir neytral tərəf seçilməlidir. İndi belə bir neytral tərəf Birləşmiş Ştatların ordu polkovniki Ceyms Reydır. Ermənistan və Azərbaycan hökumətləri təcili surətdə çərşənbə günü, noyabrın 26-da Bakıda görüşməli və Tiflisdə konfransın başlanmasını dekabrın 4-dən təxirə salmamalı, bərabər sayda nümayəndə təyin etməyi öhdəsinə götürürlər. Ümumi razılığa əsasən konfransın keçiriləcəyi yer dəyişdirilməzsə, konfransın iclasları Tiflisdə davam edəcəkdir. İki hökumət arasında mübahisə və ixtilaflara səbəb olan bütün məsələlər bu konfransın müzakirə obyekti olacaq. Konfrans bu və bu qəbildən olan bütün məsələləri saziş və arbitraj yolu ilə həll etmək hüququna malik olacaqdır. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir, hər iki hökumətin parlamentləri tərəfindən təsdiq edildiyi gündən daimi sayılır. Ermənistan və Azərbaycanın baş nazirləri öhdələrinə götürürlər ki, onların hökumətləri yuxarıda ifadə olunmuş müqavilənin bütün bəndlərini dönmədən müdafiə edəcək və yerinə yetirəcəklər. Bunu sübut etmək üçün onlar bu müqaviləni imzalayırlar. Müqavilə üç nüsxədə: ingilis və rus dillərində, Tiflisdə 1919-cu il noyabrın 23-də tərtib edilmişdir. Onun bir surəti müttəfiqlərin ali komissarının nümayəndəsinə, bir surəti Ermənistanın baş nazirinə, bir surəti isə Azərbaycanın baş nazirinə göndərilir. A.Xatisov, Ermənistanın baş naziri, N.Usubbəyov, Azərbaycanın baş naziri aşağıdakıların iştirakı ilə imzalanmışdır: Gürcüstanın xarici işlər nazirini əvəz edən müvəqqəti baş nazir, Müttəfiqlərin ali komissarı-Birləşmiş Ştatlar Ordusunun Baş qərargahının polkovniki».
Noyabrın 23-də Tiflisdə imzalanan bu sazişin heç mürəkkəbi qurumamış AXC Hökuməti az sayda qüvvələrini Zəngəzurdan geri çəkdi. Bu dəfə Erməni Milli Şurasının da (erməni hər zaman ilk növbədə ermənidir-daşnakı da, bolşeviki də, ziyalısı da, əli qabarlı kəndçi, ustası da) da açıq dəstəyi ilə bu dəfə qaniçən Njdenin (erməni başçıları dinc, əliyalın mülki müsəlman türklərin qətliamında amansız, qəddar vəhşilikdə biri-biri ilə yarışmış kimi görünürlər) quldur dəstələri Zəngəzurun aşağı Qafan, Meğri, Qubadlı bölgəsini qan içində boğdu. Naxçıvanla Azərbaycanın qalan hissəsi ermənilərin əlinə keçmiş, 4 mindən çox insan amansızlıqla qətl edilmişdi. Xarici İşlər Nazirliyi isə nota dalınca nota verməkdə idi. Azərbaycanın Xarici İşlər Naziri Məmmədyusif Cəfərov noyabrın 29-da Ermənistan xarici işlər nazirinə Ermənistan hökumətinin 23 noyabr sazişinə xilaf çıxdığına görə etiraz teleqramıda deyilirdi: “Noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri arasında Zəngəzurda silahlı toqquşmaları dərhal dayandırmaq və bütün mübahisəli məsələlərin həllini çağırılacaq Azərbaycan Ermənistan konfransının öhdəsinə buraxmaq barəsində razılaşma olmuşdur. Bununla yanaşı indi Sizin hökumətin qoşunları tərəfindən Zəngəzurda Oxçu, Pirdavidan, Atqız, Şabadin, Anişu və Quşçular kəndlərinin talan edilməsi haqqında məlumat alınmışdır. Çoxlu ölənlər var, Girətağ kəndi və bütün ətraf müsəlman kəndləri ilə bütün əlaqələr kəsilmişdir və bu kəndlər erməni quldur dəstələri tərəfindən mühasirəyə alınmışdır”.
Baş nazir F. Xoyski 4 fevral 1920-ci ildə Ermənistanın Baş naziri Xatisova ünvanladığı teleqramda yazırdı: «Zəngəzur müsəlmanlarının tamamən yox edilməməsi üçün Azərbaycan Ordusundan bir miqdar əsgəri qüvvə o bölgəyə göndərilmişdir və bu, 23 noyabr 1919-cu il anlaşmasına zidd deyildir.» Bu da gecikmiş qərar idi. Artıq Zəngəzurda barmaqla sayılacaq qədər salamat kənd qalmışdı.
101 il əvvəlin bu tarixinə ekskurs etməkdə məqsədim var. İkinci Qarabağ savaşında da xeyli belə aldanışlarımız olub. Birini xatırladım; 1918-19-cu illərdə müsəlman kəndlərinə “Allahü-əkbər!” nidaları ilə girən erməni quldurları, 1992-93-cü illərdə Cəbrayılın dağ kəndlərindən 7 batalyonun hamısının yuxarıdan verilən əmrlə çıxarılıb əliyalın insanları azğın düşmənlə üzbəüz buraxdığı Qubadlının Həkəri çayı boyu kəndlərinə üstündə “Lənkəran”, “Qusar” yazılmış tank, BMP -lərlə, Azərbaycan musiqisinin sədaları altında girmişdi.
27 sentyabrdan Qarabağ torpağında bütün tarixi şərəfsizliklə, xəyanətlə dolu olan ermənilərlə (erməniliklə), işğalçı ordu ilə qanlı döyüş gedir (Ulu Tanrı əsgər, zabitlərimizi hifz etsin, güc, qüvvət versin!), xeyli uğur əldə olunub, dogma yurd-yuvalarına qayıtmaq həsrətilə yaşayan insanlarımızda böyük ümid, inam yaranıb, minlərlə günahsız insanımızın alınmamış qisasları bizdən incik qalmış ruhları bizi qələbəyə səsləyir. "Qurani-Kərim", Bəqərə surəsi, 179-cu ayə: "Ey ağıl yiyələri, qisas alırsınızsa, deməli, yaşayırsınız..." Vətəndaşlarımızı tariximizin dərslərini unutmamağa, ibrət almağa, şəhid qanları ilə suvarılmış torpaqlarımıza qayıdışımız, ölkəmizin bütövlüyünün təmin olunması, daha güclü Vətən naminə hər kəsi, hamını qələbə naminə milli birliyə çağırırıq.
Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin sülh, danışıqlar çağırışına aldanmaq yoxdur, təzyiqlərinə əyilmək yoxdur, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan… alınmadan durmaq bağışlanmaz səhv olardı, yalnız tam qələbədən sonra masa arxasında oturmaq var. Durmaq yox, son qələbəyədək davam.
Xalq Sizdən düşmən üzərində tam qalib sərkərdə kimi adınızı tarixə yazmağı gözləyir və buna inanır, cənab Prezident, Ali Baş Komandan və canımızın, cismimizin bir parçası-Azərbaycan Ordusu!
https://avropa.info/post/355318
Hacı Nərimanoğlu,
Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru