Qubadlının Mahruzlu kəndinin tikintisinə 26,4 milyon manat sərf olunacaq. Kənddə yaşayış evləri, qeyri-yaşayış binaları, su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənddaxili yollar inşa olunacaq. Artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb. Qurum kənddə sözügedən işlərin 26,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Xəbəri trend.az saytı yayıb.