Xocalıda 25-26 fevral 1992-ci ildə rus-erməni hərbçilərinin birgə törətdiyi vandalizm ilə bağlı məqaləmiz Fransada “Musulmans en France” xəbər portalında https://www.aztc.gov.az/az/posts/id:1347 və 12 dildə videoçarxımız çox sayda xarici mediada yayılmışdı https://aztc.gov.az/az/posts/id:1444
Xocalı qırğını dünyanın aparıcı KİV-də bu xəbər başlıqları ilə verilmişdi:
“Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya dəhşətli hala salınmış meyitlərin şahidi oldu” (“Krua l 'Eveneman” jurnalı. Paris, 25 fevral 1992-ci il);
“Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər” (“Sandi Tayms” qəzeti. London, 1 mart 1992-ci il);
“Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər” (“Faynenşl Tayms” qəzeti. London, 9 mart 1992-ci il);
“Çoxları dəhşətli hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır” (“Tayms” qəzeti. London, 4 mart 1992-ci il);
“Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmiş, kişilərin skalpları götürülmüşdü” (“İzvestiya” qəzeti. Moskva, 4 mart 1992-ci il);
"Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri gördük. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır” (“Le Mond” qəzeti. Paris, 14 mart 1992-ci il);
“Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü” (“İzvestiya” qəzeti. Moskva, 13 mart 1992-ci il);
“Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz” (İngiltərənin “Fant men nyus” teleşirkəti)...
Bağışlayın, Xocalılar, biz o gecə sizin müsibətinizdən xəbərsiz rahatca uyuyurduq...
Hacı NƏRİMANOĞLU