2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olundu
2025-ci il martın 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Agentliyin 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri layihələri yoxlamış müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial müzakirə olunub və nəticələr təsdiq edilib.

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin "Zəngəzur yazarlarının Zəfər çələngi" layihəsi də qaliblər sırasındadır.
QHT Agentliyinin kollektivinə, ekspertlərinə, Müşahidə Şurasına obyektiv, ədalətli seçimə görə təşəkkürümüzü bildiririk, qalibləri təbrik edirik, keçməyənlərə növbəti müsabiqələrdə uğur arzulayırıq, seçimin düzgünlüyünə inanırıq. Vətəndaş cəmiyyəti üçün xeyirli olsun!