ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR

Türkiyə yenidən çalxalanır, İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi səbəbi ilə Türkiyədə başlanan kütləvi etirazlarda səslənən tələblər, qaldırılan plakat, şüarlar artıq siyasi xarakter almaqdadır.

Növbəti prezident seçkilərinə 3 ilədək qalsa da, xalqın səsi ilə seçilmiş Cümhurbaşqanı R.T.Ərdoğanın istefası, növbədənkənar seçkilərin keçirilməsi tələbləri səslənir. Türkiyə və Ərdoğanın son illər yürütdüyü müstəqil siyasətdən rahatsız olan daxili və xarici qüvvələr də bu fürsətdən yararlanmaq üçün güclərini birləşdirir, etirazları körükləyir.  

Azərbaycana bütün mənalarda əsl qardaş olan Türkiyənin bu imtahandan da az zərərlə çıxmasını, haqq-ədalətin, hüququn öz yerini tutmasını arzu edirik. Dünyanın hərbi-siyasi durumunun getdikcə gərginləşdiyi bir dövrdə güclü Türkiyə Azərbaycana indi hər zamankından daha çox lazımdır. İnanırıq ki, hər zaman qətiyyəti, iti ağlı ilə düzgün yol müəyyən etməyi bacaran müdrik Ərdoğan bu sınaqdan da Allahın iznilə müzəffər çıxacaq.

Sayın Ərdoğanın Qarabağ sorunumuzun birdəfəlik həllinə, dövlət suverenliyimizin bərpasına şəxsi qatqıları ilə boynumuzda əvəzi ödənilməz haqqı var, unutmarıq! Azərbaycanın güclü Türkiyəyə, s.n Ərdoğana ehtiyacı indi daha böyükdür. Aylar öncə də bu haqda yazmışdım:

https://zengezur.com/index.php/kh-b-rl-r/620-turkiye-azer-ebedi-zhardashdir?fbclid=IwY2xjawJWQLZleHRuA2FlbQIxMQABHSKz_7TTajNZhbLiO74g2UYGuN5Mn6H4kjoEDUVGX5wwqOzcX80bYRFsvw_aem_5dYZu6HXwH7Id7QLThEXeQ

Türkiyə və Azərbaycan xalqları üçün ən xeyirlisi olsun!

Dr. Hacı NƏRİMANOĞLU, tarix üzrə fəlsəfə doktoru, “Zəngəzur” İctimai Birliyinin İdarə Heyətinin sədri

 

 

 

  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert