2025-ci ilin aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib.
zengezur.com xəbər verir ki, toplantı “Aprel şəhidləri” daxil olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər. 400-ə yaxın QHT rəhbərlərinin iştirak etdiyi tədbirdə çoxsaylı suallar cavablandırılıb, gözləntilər diqqətə çatdırılıb.