Aprelin 16-da Zəngəzur ərazisində İran İslam Respublikasının vətəndaşı 59 yaşlı Davud Mərəndin idarə etdiyi “Hovo” markalı yük avtomobili qoşqu ilə birlikdə yoldan çıxaraq aşıb.
zengezur.com axar.az - a istinadla xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Qəza nəticəsində sürücü bədən xəsarətləri ilə Qarakilsə Tibb Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, İran yük maşınlarının sürücüləri Qafan istiqamətindən Azərbaycan ərazisi ilə keçən daha etibarlı yoldan rüsum ödəməmək üçün istifadə etmirlər, əvəzində yük avtomobilləri üçün ciddi narahatlıq yaradan və kəskin döngələr, dolaylar olan “alternativ” marşrutla gedirlər ki, bu da hər gün qəzalarla nəticələnir.