DAK-ın vitse-prezidenti, Azərbaycan Yazıçılar Birliyinin Fəxri Üzvü, Ümumdünya Sülh Federasiyasının “Sülh Səfiri”, DAMB təşkilatının təsisçisi və həmsədri, Qarabağ müharibəsi veteranı Xəzər Eminin 60 illik yubileyi qeyd olunub.
Sumqayıt şəhərində, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Azərbaycan Yazıçılar Birliyinin Fəxri Üzvü, Ümumdünya Sülh Federasiyasının “Sülh Səfiri”,Dünya Azərbaycanlıları Milli Birliyi təşkilatının təsisçisi və həmsədri, Qarabağ müharibəsi veteranı Xəzər Eminin 60 illik yubileyi qeyd olunub.
Tədbirdə Qubadlı rayon Icra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, RİH aparatının məsul işçiləri, Xalq artisti Niyaməddin Musayev, Xalq şairi Sabir Rüstəmxanlı, təqaüddə olan Polkovnik Turab Mehdiyev, Rusiya Federasiyasında Diasporamızın öncüllərindən olan Rafiq Qafarov, Dtv-nin aparcı jurnalisti Könül xanım, ziyalılar, yubiliyarın dostları, yaxınları, həmkəndliləri iştirak ediblər.
Qubadlı rayon Icra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev çıxış edərək, rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun adından yubiliyarı təbrik edib, ünvanına xoş sözlərini çatdırıb.
Xəzər Emin Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Eminov Xəzər Sabir oğlu 1965-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində ziyalı ailəsində anadan olmuşdur. Qubadlı rayonunda Qara İlyasov adına orta məktəbi bitirdikdən sonra, 1983-89-cu illərdə Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluğu fakültəsində təhsil almışdır.
Sovet Ordusu sıralarında həqiqi hərbi xidməti başa vurduqdan sonra 1989-94-cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı və nitq mədəniyyəti" kafedrasında və eyni zamanda Azərbaycan Dövlət "Muğam" teatrında bədii qiraət ustası və nitq mədəniyyəti müəllimi kimi fəaliyyət göstərmişdir.
1994-99-cu illərdə Azərbaycan Respublikası Jurnalistləri müdafiə komitəsində "Ədəbiyyat və incəsənət şöbəsinin müdiri, 1999-cu ildən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Vitse-prezidenti vəzifəsində çalışır. Təşkilatda işlədiyi müddətdə bir sıra tədbirlərin keçirilməsinin idea müəllifi və təşkilatçısı olub. 2002-ci ilin oktyabr ayında Dünya Azərbaycanlıları Konqresinin Haaqada keçirilən VI qurultayında nəzarət-təftiş komissiyasının üzvü və eyni zamanda Internet-Paltalk proqramında Incasənət proqramının açılması və dünyaya yayılmasının təşəbbüskarı, 2003-2004-cü il tarixində Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən "Dalğa" televiziya kanalının Azərbaycanda İctimai əlaqələr təmsilçisi işləyib.
2004-cü il fevral ayında Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin VI qurultayında bu təşkilatın Mədəniyyət və İncəsənət Akademiyasının Prezidenti seçilmişdir.
Xəzər Emin Azərbaycanda Mədəniyyətin inkişafı istiqamətində çalışdığı müddətdə respublikanın görkəmli sənətçilərinin, o cümlədən Xalq artistlərinin böyük konsert proqramlarının, simpoziumlarının keçirilməsinə nail olub. Dünya Azərbaycanlıları Konqresi ən böyük təşkilatlardan biridir və Xəzər müəllim 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən DAK-ın VIII qurultayında sədrin Mədəniyyət və Humanitar işlər üzrə müavini seçilmişdir.
Bütün bunlarla yanaşı işlədiyi dövrlər ərzində gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi işində xidmətləri danılmazdır. Dəfələrlə cəbhə bölgələrində hərbi hissələrin şəxsi heyətinin tərbiyəsində göstərdiyi xidmətlərə görə və eləcə də əsgərlər qarşısında milli vətənpərvərlik ruhunda munəvi çıxışlarına görə Fəxri fərmanlara və diplomlara layiq görülmüşdür.
Xəzər Emin Dünya Azərbaycanlıları Milli Birliyi Təşkilat Komitəsinin sədri olaraq Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə böyük proqramlar və layihələr həyata keçirib. Bu gün də o gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə edilməsində əlindən gələni əsirgəmir.
Xəzər müəllim həm də gözəl ailə başçısı, qayğıkeş ata, mehriban babadır. Boya-başa çatdırdığı övladları onun yolunu, ailə ənənələrini qürurla davam etdirir.
https://www.facebook.com/groups/590664597630918
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Xəzər Emini 60 yaşının tamam olması münasibətilə təbrik edir, bundan sonra da sağlam, uzun, mənalı, xeyirli ömür diləyir!