Tanınmış yazıçı Cəlal Bərgüşadın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" zalında yazıçı Cəlal Bərgüşadın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
zengezur.com xəbər verir ki, tədbirdə Qubadlı sakinləri, yazıçılar, şairlər, media nümayəndələri iştirak ediblər.
Çıxışlarda Cəlal Bərgüşadın həyatı, yaradıcılığından söhbət açılıb. Təəssüflə qeyd edib ki, Cəlal Bərgüşad Qarabağın, Qubadlının azad olunmasını görmədi. Lakin onun ruhu şaddır.
Qeyd edək ki, tanınmış istedadlı yazıçının 100 illiyi ötən il tamam olmuşdu və bu barədə ilk yazını zengezur.com yaymışdı:
https://zengezur.com/index.php/kh-b-rl-r/593-dz-lal-b-rzhuesad-100