Bu mövzuda təkrar yazmağa məcburam; R.T.Ərdoğanın sözlərindən qəzəbnak olanlar düşüblər feysbukun canına yenə od püskürürlər.
Nə deyib Ərdoğan: "Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir". Bu sözlərdə nə qüsur varmış; Asiya, Afrikanın milyonlarla ərəb, kürdün yaşadığı torpaqlarının tam əksəriyyəti Osmanlının itaətində idi, bütün savaşlarda Osmanlı dövlətinin bərabərhüquqlu sakinləri olaraq türklərlə birlikdə ərəb, kürd, yunan, lap erməni döyüşçüləri də könüllü, ya məcburən Avropa,, Asiya, Afrikada savaşlarda birlikdə idi, elə Çanakkkala da olmaqla, məsələn SSRİ tərkibindəki millətlərin nümayəndələri almanlara qarşı savaşmırdı ki, ya I, İİ Qarabağ müharibəsində talış, ləzgi, tat, kürd, yəhudi...vahid Vətən uğrunda rus-erməni işğalına qarşı çiyin-çiyinə döyüşmürdülər ki, ya Əmir Teymurun qoşununda nə qədər millətin döyüşçüləri var idi ? Bu fikirdə, sözlərdə nə qəbahət varmış, ya bəlkə məğlub olan Səfəvi ordusu yox, Osmanlı imiş, ya heç-heçə razılaşıb, atəşkəs ediblər?! Bir çox taxtabaşlar isə hər fürsətdə Ərdoğanla birlikdə Türkiyəni də hədəfə alır, yazıqlar olsun; 1918-ci ildə dünya güclərinin pay-püş etdiyi Osmanlı dövləti son gücünü toparlayıb hər tərəfində qanı axıdılan Azərbaycana köməyə gəlməsəydi, Az.Cümhuriyyəti harada qurulacaqdı, erməni Qafqazda salamat türk-müsəlman qoyacaqdımı qalsın?! Türk qoşunu Təbrizlə birlikdə Arazın o tayını da erməni nizami ordu hissələrindən azad edib Dərbəndə qədər təmizləmişdi, Qafqaz İslam Ordusu dünyüa güclərinin tələbi ilə silahı təhvil verib tam buraxılmaq məcburiyyətində qalandan sonra da Nuru paşa Azərbaycanda, Osmanlının hərbi naziri Ənvər paşa Türküstanda rus-erməni hərbi dəsətələrinə qarşı açıq, gizli mübarizə aparmaqdaydı, ya bəlkə 44 günlük savaşda Azərbaycan Türkiyəsiz, Ərdoğansız, "Bayraqdar"sız, lap elə İsrailsiz qalib gələcəkdi?! Gəlin haqq düşünək, haqqı deyək, haqqı nahaqqa verməyək!
Bu haqda əvvəl də yazmışdım:
https://zengezur.com/index.php/kh-b-rl-r/620-turkiye-azer-ebedi-zhardashdir?fbclid=IwY2xjawKZpX1leHRuA2FlbQIxMQBicmlkETFVODNpeVJZaG5wOTY4TUE5AR4NCwVRvCMjpa2L2az8w4e6gm6eZ5HohS1rqonkroW059F3lL1KvEvTcnM4ww_aem_FHvXpJ5ToQAhMoNP_6u8XQ