Akademik Muxtar İmanov - Muxtar Kazımoğlunun 70 yaşı tamam olur.
Onu 1980-ci illərdə Qubadlı, Laçında kəndbəkənd gəzib folklor nümunələri toplayan zamanlardan tanıyıram, sonra "Zəngəzur folkloru" antologiyasını, “Zəngəzur folkloru: mifopoetikası və etnosemantikası”, "Bu yurd bayquşa qalmaz", "Qarabağ: folklor da bir tarixdir" kimi çox sayda kitablarını nəşr etdirdi.
AMEA Folklor İnstitutunun direktoru olarkən İnstitutun Elmi Şurasının qərarı ilə buraxılan "Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə" monoqrafiyamın elmi redaktoru oldu, oxuyub dəyərli məsləhətlərini verdi. Muxtar müəllim onlarla elmi əsər, məqalə müəllifi, nüfuzlu alim olsa da, uzun illər rəhbər işlərdə çalışsa da, həmişə sadəliyi, səmimiyyəti ilə seçilib, elmi-pedaqoji, ədəbi camedə özünə xətir-hörmət qazanıb, hər görüşümüzdə Zəngəzur ellərini sevgi ilə xatırlayıb.
Muxtar müəllimi "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi adından təbrik edirəm, ona sağlamlıq, uğurlarının davamlı olmasını arzulayıram.
Sədr Dr. Hacı Nərimanoğlu