zengezur.com xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.
Bununla da Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub. Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.
Qürur hissilə bildiririk ki, bu komandanın baş məşqçisi Elşad Əhməd oğlu Quliyev Zəngəzur mahalının Sisian rayonunun Ağdü kəndində, komandanın kapitanı isə əslən Qubadlıdan olan Elvin Əli oğlu Əlizadədir. Baş məşqçi E.Quliyev peşəkar futbolçu olmaqla yanaşı, 2018-ci ildən Azərbaycan Milli Minifutbol Komandasının baş məşqçisidir, onun başçılığı ilə Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub. Bu gün isə dünya çempionudur!