Qubadlı rayonunun Teymur Müskanlı kənd sakini, uzun illər Qubadlıda icra strukturlarında çalışmış, ömrünün böyük bir hissəsini müəllim olaraq gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, yurd nisgilli, doğma yurd sevgili şeirləri ilə də hamının hörmətini qazanmış Allahverdi Əyyub oğlu Əliyev dünyasını dəyişib.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası mərhuma Allahdan rəhmət diləyir, doğma və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
